Qripə qarşı ən yaxşı təbii vasitələr

Soyuqdəymə və qrip infeksiyalarının təbii yollarla müalicəsi

1894989
Qripə qarşı ən yaxşı təbii vasitələr

Sağlıq Olsun-8-2022

Qrip, soyuqdəymə kimi yoluxucu bir virus infeksiyası olsa da, soyuqdəymədən daha şiddətli bir xəstəlikdir.

Hər mövsüm milyonlarla insan qrip virusuna yoluxur. Bu bəzi insanlar üçün yüngül xəstəlik olsa da yaşlı insanlar, xüsusilə diabet və ya ürək xəstəliyi kimi sağlamlıq problemləri olanlarda təhlükəli ola bilir. Ancaq aparılan araşdırmalar belə bir təhlükə ilə üz-üzə gəlməmək və ya xəstəlikdən qısa müddətdə xilas olmaq üçün təbii qida və bitki çayların gündəlik istehlakının əhəmiyyətini ortaya qoyur.

Qripin təbii yollar ilə müalicəsində istehlakı məsləhət olunan qidalar:

1- Vitamin C

Pomidor, təzə bibər, rukula, cəfəri, naringi, qreypfrut, portağal, nar, itburnu, kivi kimi tərkibində C vitamini olan qidalar gün ərzində istehlak edilməlidir.

2-Zəncəfil

Zəncəfil tünd dadı və ətri ilə tənəffüs yollarını açan xüsusiyyətə malik olduğu səbəbi ilə şorbalarda, təzə tərəvəz yeməklərində və salatlarda istifadə edilə bilər.

3-Sarıkök

Sarıkökü salat, şorba, qatıq və ya yumurtanın üzərinə səpərək istehlak etmək qrip üçün faydalıdır.

4-Hil

Hil bakteriyalara və viruslara qarşı təsirlidir. Soyuqdəymə,bronxit, öskürək, qızdırma kimi problemləri aradan qaldırır. İmmunitet sistemini dəstəkləyir. Ağız və boğaz iltihablarını yox edər.

Hil daha çox toz şəklində qəhvə və ya çaya əlavə edilərək istifadə edilsə də, qurudulmuş bitkisini çay kimi dəmləyib içmək və ya qatığa əlavə edərək yemək olar.

5-Exinasea

Exinasea qrip və soyuqdəymə üçün faydalı bitkilərdən biridir. 4 çay qaşığı exinasea bir 1 litr qaynar suda 5 dəqiqə qaynadıldıqdan sonra istehlak edilir.

6. Jenşen

Yorğunluq və tükənmə kimi hallarda bədənin müqavimətini artırır. İmmunitet sistemini tənzim edər.

7. Ağ çay

Gündə 1-2 stəkan ağ çay qəbul etmək immunitet sistemini gücləndirir.

8. Nar qabığı və Hibiskus

1 stəkan qaynar suya sikkə böyüklüyündə 2 ədəd qurudulmuş nar qabığı və 1 çay qaşığı hibiskus əlavə edib, 5 dəqiqə qaynadıb içmək qrip virusunu öldürür.

9. Boğaz ağrısı üçün duz və karbonatlı su

1 stəkan suya 1 çay qaşığı duz və 1 çay qaşığı karbonat əlavə edib qarışdırdıqdan sonra qarqara etmək boğaz ağrısını azaldır.

10. Sink və selenium

Sink və selenium immunitet sistemi üçün vacib minerallardır. Dəniz məhsulları, ət, soğan və sarımsaq selenium; balqabaq toxumu, qoz-fındıq, badam, hinduşka və quzu əti, qulançar və göbələk isə sink baxımından zəngin qidalardır.

11. Omeqa 3 yağ turşuları

Balıq mövsümünün başlaması ilə həftədə 2 gün balıq, fındıq, qoz və badam kimi omeqa 3 baxımından zəngin qidaların istehlakı qripin qarşısını alır.

12. Beta-karoten

Sarı-narinci meyvə və tərəvəzlər başda olmaqla Beta-karoten baxımından zəngin olan balqabaq, kök, ananas, xurma və ərik immunitet sistemini gücləndirərək qrip virusuna qarşı müqaviməti artırır.

13. Çobanyastığı

Qurudulmuş çobanyastığı buxarı qrip səbəbi ilə ortaya çıxan burun tıxanıqlığını açar və tənəffüs yollarını təmizləyir.

14. Quersetin

Quersetin sitrus meyvələri, alma, qırmızı üzüm, soğan, çiyələk, tut, böyürtkən, qırmızı soğan kimi meyvələrin qabığında olan bu piqment immunitet sistemini dəstəkləyir.

15. Öskürəyi aradan qaldıran ballı zəncəfil

Qriplə birlikdə başlayan quru öskürəyin qarşısını almaq üçün bal və toz zəncəfil qarışığı hazırlayıb səhər və axşam 2 çay qaşığı qəbul etmək məsləhətdir.

16. Zəncəfil çayı

Zəncəfil çayı immunitet sistemini gücləndirir.

17. İstirahət

Qripə qarşı ən təsirli tədbirlərdən biri də istirahət etməkdir. Ancaq istirahət edilən otaqda hava təmiz olmalıdır.

18. Su içmək

 Qripə qarşı ən faydalı tətbiqlərdən biri də çox su içməkdir.

19. Bulyon

Bulyon susuzluğu yatırmağa, boğaz ağrısını sakitləşdirməyə və tıxanıqlığı aradan qaldırmağa kömək edir.

19. Toyuq şorbası

İsti toyuq şorbası qrip simtomlarının artmasının qarşısını alır.

20. Sarımsaq

Sarımsaq istehlakı immunitet sistemini gücləndirir və ağrıları azaldır.

21. Qatıq

Üzvi qatıq istehlakı boğaz ağrısını azaldır, immunitet sistemini tarazlayır.



Әlaqәli Xәbәrlәr