Qaraciyər piylənməsinin qarşısını almaq üçün təbii üsullar

Qaraciyər piylənməsinin (hepatosteatoz) səbəbləri və xəstəliyin təbii üsullarla  müalicəsi

1891564
Qaraciyər piylənməsinin qarşısını almaq üçün təbii üsullar

Sağlıq Olsun-7-2022

Qaraciyər piylənməsinin (hepatosteatoz) səbəbləri və xəstəliyin təbii üsullarla  müalicəsi 

Qaraciyərin piylənməsi və ya hepatosteatoz, qaraciyərdə piyin toplanmasına verilən addır. Günümüzdə  Qaraciyər hüceyrələrində artıq piylərin yığılması nəticəsində yaranan xəstəliyə hər dörd nəfərdən birində rast gəlinir. Ancaq  bunun yaranma səbəbi  hər insanda  fərqli  ola  bilir. Əksər hallarda qaraciyər piylənməsi zamanı hər hansı ağrı, digər əlamətlər müşahidə edilməsə də vaxtında lazımlı tədbirlər alınmazsa çox ciddi sağlamlıq problemləri yarana  bilər. 

Qaraciyərin piylənməsinin səbəbləri:

Qaraciyər hüceyrələrində piy yığılmasına səbəb ola biləcək bir çox vəziyyət var. Bunlar;

• İşlənmiş karbohidratların həddindən artıq istehlakı

• Şəkər və yağ baxımından zəngin məhsullarla qidalanmaq

• Daha az protein istehlakı

 • Həddindən artıq A vitamini qəbulu

• Siqaret çəkmək və həddindən artıq alkoqol qəbulu

 • İnsultin müqaviməti

• Köklük və piylənmə

 • Şok pəhrizlər nəticəsində qısa müddətdə həddindən artıq arıqlamaq

• Arterial hipertenziya

 • Oturaq həyat tərzi

Qaraciyər yağlanmasına qarşı tövsiyə edilən təbii müalicə reseptlərini təqdim etməzdən əvvəl ifadə etməliyik ki, belə bir probleminin olduğundan şüphə edildikdə ilk növbədə həkimə müaciət etmək lazımdır.  

Qaraciyər piylənməsinin təbii yollarla qarşısının alınması və müalicəsi üçün ən çox tövsiyə edilən reseptlər belədir:

• Limon

Bir stəkan suya yarım limon suyu əlavə edərək bir neçə həftə gündə 2-3 dəfə içmək qaraciyərin piylənməsinə faydalıdır.

• Alma sirkəsi

Bir stəkan ilıq suya bir xörək qaşığı təbii alma sirkəsi əlavə edib bir ay müddətlə gündə iki dəfə, yeməkdən əvvəl içmək tövsiyə olunur. Buna bir çay qaşığı bal da əlavə edərək istehlak etmək  olar.

• Sarıkök

1 çay qaşığı sarıkök bir stəkan suda qaynadıb bir neçə həftə gündə iki dəfə içilir.

• Zəncirotu bitkisi

Bir stəkan qaynar suya 1 çay qaşığı qurudulmuş zəncirotu əlavə edilir . Dəmlənməsi üçün 5-10 dəqiqə gözlədikdən sonra içilir. Bu bitki çayı bir neçə həftə hər gün istehlak edilir. Hamilə və diabet xəstələrin istehlak etmələri məsləhət deyil.

• Yaşıl çay

Hər gün 2-3 stəkan yaşıl çay içmək, alkoqoldan qaynaqlanmayan qaraciyər piylənməsini azaldır və ya yox edir.

•Çobanyastığı çayı

Gündə iki dəfə müntəzəm olaraq çobanyastığı çayı qəbul etməklə qaraciyər piylənməsindən xilas olmaq mümkündür. Aparılan elmi tədqiqatlara görə Çobanyastığı çayı müntəzəm olaraq istehlak edildikdə, daha təsirli nəticə alınır.

• Həyat tərzində dəyişikliklər

Sağlam pəhriz və idman, qaraciyər xəstəliklərinin qarşısını alan tədbirlər arasında ilk sırada dayanır. Ümumi bədən çəkisinin 5%-ni itirmək qaraciyər piylənməsini azalda bilər. Bu nisbət kök və arıq çəki problemi olan insanlarda bədən çəkisinin ən az 10 faizi qədər olmalıdır.

•İdman

İdman sayəsində qısa müddətdə həm artıq çəkidən, həm də qaraciyər piylərindən xilas olmaq mümkündür.

• Məşq

Məşq qaraciyər piyinin səviyyəsini azaltdığı üçün, xəstəlikdən əziyyət çəkənlər həftədə 150-300 dəqiqə orta intensivlikdə məşq edə bilərlər.

 • Bitki mənşəli əlavə qidalar

Qaraciyər piylənməsi üçün ən çox istifadə edilən bitki mənşəli əlavələr arasında süd qığılcımı, ənginar və sarıkök yer alır. Qaraciyəri piylənənlərin ənginar ilə hazırlanmış yeməkləri müntəzəm istehlak etmələri tövsiyə olunur.

•Sarımsaq

Aparılan tibbi bir araşdırmanın nəticələrinə görə sarımsaqdan istifadə qaraciyər piyini azaldır. Lakin nəzərə alınmalıdır ki, nəzarətsiz istifadə ciddi problemlər yarada bilər

• Omeqa-3 yağ turşuları

Qızılbalıq, sardina və qoz kimi omeqa-3 baxımından zəngin qidalar qaraciyər piylənməsini azaldır.

• Qoz

Aparılan tibbi araştırmalar qoz istehlakının qaraciyər piylənməsinin azalmasında təsirli olduğunu ortaya qoyub.

• Avokado

Tədqiqatlar göstərib ki, avokadonun tərkibində qaraciyər piylənməsini yavaşlatan kimyəvi maddələr var.

•Cəfəri

Qaraciyər piylənmvsinin qarşısını almaq üçün səhərlər limonlu cəfəri istehlak  etmək  məsləhət görülür. Biraz cəfəri sapı blenderdən keçirilir, üzərinə bir neçə damcı limon suyu və yarım stəkan su əlavə edilərək içilir. Bu resept bir ay tətbiq edilir.

• Qaragilə

Qaragilə istehlakı qaraciyər piylənməsinin müalicəsində təsirlidir.

• Qəhvə

Tibbi tədqiqatlar  göstərib  ki,  gündə  iki və ya daha çox qəhvə içinlər  arasında qaraciyər piylənməsi  xəstəliyinə tutulanların  nisbəti heç istehlak  etməyənlərə  müqayisədə daha azdır.

• Təbii Qidalar

Qaraciyərin yükünü azaltmaq üçün təbii qidalara üstünlük verilməli, tərkibində   əlavələr  olan  məhsullar istehlak edilməməlidir.

• Çərəz

• Qoz, fındıq kimi yağlı toxumların  istehlakına üstünlük verilməlidir.



Әlaqәli Xәbәrlәr