Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi

Bu gün dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyindən bəhs edəcəyik və bəzi tövsiyələr verəcəyik.

1710981
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi

Bu gün dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyindən bəhs edəcəyik və bəzi tövsiyələr verəcəyik.

Dəmir tərkibli qidalar lazımi miqdarda qəbul olunmadığı zaman orqanizmdə dəmir çatışmazlığı meydana gəlir. Bu da dəmir çatışmazlığı ilə əlaqədar anemiya kimi narahatlıqlara səbəb olur.

- Heyvan mənşəli qidalardakı dəmir orqanizm tərəfindən bitki mənşəli qidalardakı dəmirdən daha yaxşı mənimsənilir. 100 qr qırmızı ət 2,7 mq dəmir miqdarı ilə gündəlik dəmir qəbulunun təxminən 15 faizini  qarşılayır.

Bu səbəbdən anemiyaya meylli insanlar üçün bu çox vacibdir. Həftədə 2 gün qırmızı ət, 2 gün ağ ət və 3 gün balıq yemək kifayətdir. Ətin yanında C vitamini tərkibli limonlu yaşıl salatdan istifadə etmək dəmir qəbulunun miqdarını artırmağa kömək edir.  Həmçinin,

•Qaraciğer

• Sığır əti

• Balıq (skumbriya, farel)

•Sardina konservi

• İspanaq

• Toyuq eti

•Hinduşka əti

• Yumurta

•Fındıq

• Bişmiş kartof

•Qaynadılmış noxud

• Bəhməz

•Tahin

•Taxıl çörəyi

• Çəyirdəksiz kişmiş də dəmir terkibli qidalardır.

 Quru meyvələrin təzə meyvələrə nisbətən dəmir tərkibli daha yüksəkdir.

• Qara çay, bitki çayı, yaxud da qəhvə yeməklərlə birlikdə qəbul edilməməlidir.  Yeməkdən sonra 1 saat gözlənilməlidir. Bu içkilər qidalardakı dəmirin sovrulma miqdarını azalda bilər.

• Dəmir sovrulmasını yavaşlatdığı üçün ara yeməklərində  süd və süd məhsullarına üstünlük vermək lazımdır.

• Kolalı içkilərdən qaçmaq lazımdır.

• C vitamini tərkibli yemək və içkilər orqanizmimizin dəmiri  mənimsəməsini artırır. Dəmir qəbul edərkən yüksək C vitamini tərkibli qidalar bunlardır.

•Portağal suyu

• Qırmızı dolmalıq bibər

• Brokoli

•Çiyələk

• Gül kələmi

• Brüssel kələmi

• Ananas

•Kivi

-Dəmir tərkibli digər təbii qidalar;

• Lobya

• Noxud

• Mərcimək

• Kaju

• Qabaq toxumu

• Fıstıq əzməsi

• Qaysı

• Tomat pastası

• Cəfəri

• Kərəviz-ispanaq qarışığı qan azlığına qarşı olduqca faydalıdır və dəmir çatışmazlığı ilə əlaqədar olan anemiyanın aradan qaldırılmasında çox təsirlidir. 

Kimya terapiyası və yaxud radioterapiyadan sonra ortaya çıxan anemiyaya qarşı kərəviz-ispanaq qarışığı olduqca faydalıdır və yardımçı müalicə üsuludur.  Kərəviz-ispanaq qarışığını belə hazırlaya  bilərsiniz:

Qarışığı hazırlamaq üçün 250 qram təzə ispanaq və 200 qram qabığı soyulmuş kereviz lazımdır.

Qaynamaqda olan bir litr suyun içərisinə 200 qram xırda doğranmış kərəvizi atın və ağzı bağlı olaraq zəif odun üzərində 10 dəqiqə qaynadın.

On dəqiqədən sonra üzərinə 250 qram ispanağı əlavə edin və yenə ağzı bağlı 5 dəqiqə də qaynadın. 

Daha sonra soyumağa qoyun. Soyuduqdan sonra süzərək suyunu təmiz bir şüşəyə qoyun. Səhər ac qarına və ya səhər yeməyindən bir saat sonra bir stəkan için.

Axşam da ac qarına  və ya axşam yeməyindən bir saat sonra bir stəkan için.

On beş gün boyunca səhər və axşam davamlı olaraq için.

On beş gündən sonra on gün ara verilir.

On gündən sonra eyni şəkildə olmaqla təkrar səhər və axşam on beş gün davam edilir.

Qarışıq otuz günlük müddətdə istifadə edilib qurtarır.

Gün ərzində yeməklərimizə  kifayət qədər çeşiddə dəmir tərkibli qidalar daxil etsək orqanizmimiz özü üçün lazımi miqdarda dəmiri təmin edəcək. Lakin bütün bunlara baxmayaraq orqanizm dəmir çatışmazlığı yaşayırsa bu qidalarla yanaşı dəmir əlavəsinin qəbulu kimi durumlar da lazim gələ bilər. Belə vəziyyətlərdə mütləq həkimlə məsləhətləşmək lazımdır.

• Dəmir tərkibli dərmanlar artıq çəkiyə səbəb olmur.

Həkim Mehmet Uçar



Әlaqәli Xәbәrlәr