Erməni revanşizminə keçid yox

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Erməni revanşizminə keçid yox” başlıqlı yazısı

1811809
Erməni revanşizminə keçid yox

Qafqazın gündəmi_32_2022

Azərbaycan Prezidenti İ. Əliyevin rübün yekunlarına həsr edilən müşavirədə Ermənistanla münasibətlərin gələcəyi,  regionda qalıcı sülhün əldə edilməsinin yeganə yolu və gündən-günə gücləndirilən Azərbaycan ordusunda həyata keçirilən islahatlarla bağlı səsləndirdiyi fikirlər  diqqət mərkəzindədir.

Xüsisiylə  iki ölkə liderinin  Brüssel görüşü sonrasında normallaşma və sülh sazişinin imzalanmasına yönəlik  ümidlər az da olsa  artmışkən,  keçmiş prezidentlər Köçəryan, Sarkisyan və  keçmiş müdafiə naziri Ohanyan kimi Erməni xalqını fəlakətlərə sürükləyən revanşistlər də bu sülh sazişinin imzalanmasına mane olmaq üçün hərəkətə keçərkən Cənubi Qafqazın aparıcı  ölkəsinin liderinin xəbərdalıqları, məğlub Ermənistanı yenidən silahlandıraraq prosesi müsbət məcradan, sülh istiqamətindən çıxarmaq həvəsində olan dairələrə göndərdiyi  birmənalı mesajlar önəmlidir.

Azərbaycan Prezidenti məlum çıxışında ermənilər 15 il ərzində Naxçıvana göndərilən qazı kəsərkən şaxtalı havalarda orada yaşayan insanların çəkdiyi çilələri görməməzlikdən gələn Qərb ölkələrinin  Xankəndinə gedən qaz xəttinin bir neçə günlüyə təmirə dayandırılmasını "humanitar fəlakət" adlandırmağa cəhd etməsini, Qarabağ müharibəsi zamanıyla müqayisədə  Rusiya- Ukrayna müharibəsində  Bayraqdarlara olan ikili münasibəti də tənqid edərək Azərbaycan və Türkiyəyə qarşı olan ədalətsiz yanaşmanı bir daha dilə gətirmişdir.

Ancaq bütün bunlara baxmayaraq Azərbaycan Türkiyə ilə olan qardaşlıq ittifaqını da qüvvətləndirərək, dünyada yaranan yeni geosiyasi vəziyyətdə getdikcə artan əhəmmiyətini   milli maraqların reallaşdırılması  istiqamətində istifadə edərək addımlar atmağa, Bakının razılığı olmadan nəinki Qafqaz regionunda yeni İpəkyolu güzərgahında heç bir taleyüklü dəyişimin mümkün olmadığını nümayiş etdirməyə davam edir. İndi revanşist, xarici dairələrin maraqlarını həyata keçirən müxalifətdən fərqli olaraq məxfi informasiylara sahib olan, proseslərin hansı yöndə inkişaf etdiyini yaxşı bilən Paşinyan iqtidarı  da təcrid və iflasdan  xilas olmanın yeganə yolunun Türkiyə və Azərbaycanla normallaşmadan keçdiyini anlamaqdadır. Bunun alternativi isə daha çox Rusiyaya məhkum olan, sürdürülən düşmənçilik siyasəti nəticəsində sarsıdıcı məğlubiyyətlərə hazır olması gərəkən,  dövlətçiliyi formal xarakter daşıyan, iqtisadi tənəzzül səbəbiylə əhalisi başqa ölkələrə  çörək dalınca getdiyi üçün demoqrafik fəlakət yaşayan Ermənistan deməkdir. Bu da aydındır ki, ölkələr bir- birinin ərazi bütövlüyünü  tanımadan hər hansı əməkdaşlıq da mümkün deyil. Xankəndi və ətrafında yaşayan Azərbaycan vətəndaşı ermənilərin separatizm qalıqlarından təmizlənərək ölkə qanunlarına tabe olmaları,  yeni dövrdə Ermənistanla Azərbaycan arasında başlayacaq müsbət proseslərə töhfə vermələri hər yönüylə onların da maraqlarına uyğundur. Azərbaycan heç bir zaman öz torpaqlarında  25 minlik bir əhali üçün hansısa əlahəddə status verilməsinə razı ola bilməz. Sülh sazişinə mane olmaq, ermənilər arasında faşizm təbliğatını gücləndirmək üçün Xankəndinə gedəcəklərini bəyan edən Ohanyan kimi revanşistlər isə, bilməlidir ki, artıq  onların qatarı çoxdan gedib, hər hansı siyasi divident əldə edə bilməyəcəklər. Bakının qətiyyətli mövqeyi bəllidir. Sülh üçün regiondakı  bütün keçidlər  bir daha açılmamaq üzərə revanşist və separatçıların üzünə bağlanmalıdır.



Әlaqәli Xәbәrlәr