Türkiyənin ''Mavi vətən''dəki mühafizəçiləri

Türkiyə ''Mavi vətən''də seysmik araşdırma və karbohidrogen yataqlarının axtarışı ilә bağlı fәaliyyәtlәrini sürətlə davam etdirir

2181168
Türkiyənin ''Mavi vətən''dəki mühafizəçiləri

Türkiyənin ''Mavi vətən''dəki mühafizəçiləri

Türkiyə ''Mavi vətən''də seysmik araşdırma və karbohidrogen yataqlarının axtarışı ilә bağlı fәaliyyәtlәrini sürətlə davam etdirir.

Türkiyənin ən böyük enerji kəşfi Qara dənizdəki Sakarya qaz yatağında edilib.

Ancaq Türkiyə buna o qədər də asan nail olmadı. Xüsusilə Kipr adası ətrafında baş verən proseslər rəsmi Ankaranın enerji ilə bağlı daha fəal siyasət yürütməsinə səbəb oldu.

Türkiyə bu çərçivədə ilk qazma gəmisini 2012-ci ildə almağa qərar verdi.

Gәmiyә Türkiyәnin ən mühüm dәniz komandanlarından biri olan 'Barbaros Xeyrәddin Paşa'nın adı verilib.

Uzunluğu 84 metr olan ‘‘Barbaros Xeyrәddin Paşa gәmisi ilk seysmik araşdırmasını Qara dənizdə həyata keçirib.

Rəsmi Ankara Qara dənizdəki kəşflərdən sonra donanmasını genişləndirmək üçün addımlar atmağa başlayıb.

Bu çərçivədə MTA ‘‘Oruç Rəis’’ gəmisinin milli imkanlarla tikilməsinə qərar verilib. Gəminin tikintisinə 2012-ci ildə Tuzla Gəmiqayırma zavodunda başlanılıb. ‘‘Oruç Rəis’’ gəmisi 2015-ci ildə dənizə buraxılıb.

Gəmi ilk fəaliyyətini Aralıq dənizində həyata keçirib. 87 metr uzunluğundakı ‘‘Oruç Rəis’’ gəmisi dənizin 15 kilometr dərinliyində kəşfiyyat aparmaq qabiliyyətinə malikdir. Türkiyə milli imkanlardan istifadə etmədən qazma işlərinin sürətləndirilə bilməyəcəyi anlayıb və qazma gəmiləri ilə əlaqədar addımlar atılmağa başlayaraq Norveçdən ilk qazma gəmisini almağa qərar verib. İlk qazma gəmisi  ''Fatih'' adlandırılıb. Yüksək texnologiyaya malik olan ''Fatih”  gəmisi öz sinfində dünyanın ilk 5 gəmisi sırasındadır. Gəmi yüksək təzyiq altında dənizin 12 min metr dərinliyində qazma işləri həyata keçirə bilir. Gəminin uzunluğu 229 metr, eni isə 36 metrdir. Gəmi iki qülləyə malikdir. Bu qüllələrin yükgötürmə qabiliyyəti 1750 tondur.

‘‘Fatih’’ gәmisi ilk qazma işlәrini Aralıq dənizindә hәyata keçirib. Gəmi 2018-ci il oktyabrın 29-da Alanya-1 yatağında qazma işləri aparıb.

Qara dənizdəki ilk qazma işini 2020-ci ildə həyata keçirәn ‘‘Fatih’’ gәmisi Tuna 1 yatağında 2 min 100 metr dərinlikdə 320 milyard kubmetr təbii qaz kəşf edib. Bir il sonra Amasra 1 yatağında  daha 135 milyard kubmetr təbii qaz kəşf edilib.

Bu sәbәbdәn Türkiyə donanmasını genişləndirməkdən vaz keçməyib.

2018-ci ildə ‘‘Yavuz’’  qazma gəmisi donanmaya daxil edilib. Gəmi təmir işləri başa çatdıqdan sonra yәni 2019-cu ilin iyun ayından etibarәn Şərqi Aralıq dənizində fəaliyyətə başlayıb.

Türkiyənin 3-cü qazma gəmisi isə ‘‘Qanuni Sultan Süleyman’’ oldu. Donanmaya 2020-ci ildə daxil edilәn gəmi ilk fəaliyyətini Türkali-2 yatağında həyata keçirib.

2022-ci ildə daha bir gəmi inventara daxil edilib. Bu 12 min 200 metr dərinlikdə qazma işləri aparmaq qabiliyyәtinә malik ‘‘Әbdülhәmid Han’’ gəmisi idi.

Türkiyənin enerji donanması yanlız bunlardan ibarәt deyil. Türkiyәnin İzmirin Aliağa və Hatayın Dörtyol rayonlarında üzən LNG saxlama və yenidən qazlaşdırma terminalları mövcuddur.

Türkiyә hazırda inventarına  üzən qaz emalı platforması əlavə etməyə hazırlaşır. Mәqsәd daşıma işlәrini sürәtlәndirmәk vә artırmaqdır. Sözügedәn gәmi ilә xam təbii qaz dənizin ortasında emal edilə biləcək. Belәliklә Qara dәnizdә kәşf edilәn tәbii qazın quruya daşınmadan sistemә daxil edilmәsi planlaşdırılır. 360 metr uzunluğundakı gәmi Sakarya qaz yatağında fәaliyyәt göstәrәcәk. Sinqapurdan yola düşәn gәminin noyabr ayında Filyos limanında lövbәr salması gözlәnilir.

Qeyd etmәliyik ki, Türkiyә Somali ilә bağlanan müqavilә çәrçivәsindә bir seysmik gәmisini qarşıdakı hәftәlәrdә bölgәyә göndәrә bilәr.



Әlaqәli Xәbәrlәr