Türkiyə tәbii qaz vә neftlә bağlı kәşfiyyat-axtarış fәaliyyәtlәrini sürәtlә davam etdirir
Türkiyə Qara dәniz başda olmaqla öz dәniz sahәsindә tәbii qaz vә neftlә bağlı kәşfiyyat-axtarış fәaliyyәtlәrini sürәtlә davam etdirir
Türkiyə tәbii qaz vә neftlә bağlı kәşfiyyat-axtarış fәaliyyәtlәrini sürәtlә davam etdirir
Türkiyə Qara dәniz başda olmaqla öz dәniz sahәsindә tәbii qaz vә neftlә bağlı kәşfiyyat-axtarış fәaliyyәtlәrini sürәtlә davam etdirir.
Qara dәnizdәki ‘’Sakarya’’ qaz yatağında Cümhuriyyәt tarixinin әn böyük kәşfinә imza atılıb. Rәsmi Ankara hazırda bu kəşfin quruya çatdırılması üçün donanmasını genişləndirməyə hazırlaşır. Mәlumata görә, donanmaya qaz emalı platforması da әlavә olunacaq. Amma bu nə başlanğıcdır, nə də sondur...
Türkiyə Kipr adası ətrafındakı karbohidrogen böhranından sonra ilk seysmik kəşfiyyat gəmisini almağa qərar verdi. Kiprdәki Yunan tərəfinin Türkiyә ilә Şimali Kipr Türk Cümhuriyyәti ilә yanaşı beynəlxalq hüquq normalarını heçә sayaraq 13 fərqli neft və təbii qaz sahəsində kəşfiyyat aparacağını açıqlaması vә bölgәyә bəzi beynəlxalq şirkətlərin seysmik tədqiqat və qazma gəmilərinin daxil olmağa çalışması Ankarada böyük narahatlığa səbəb olub.
Türkiyə Kiprdәki Yunan tәrәfinin xüsusilə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyәtinin kontinental şelfindəki bölgələrdə kəşfiyyat və qazma işləri ilə məşğul olmasına icazə vermədi.
Belәliklә kəşfiyyat işləri üçün seysmik tədqiqat gəmisinin alınması ilә bağlı qәrar qәbul edildi. ‘’Türkiye Petrolleri Anonim’’ şirkәti 2012-ci ildә ‘’Barbaros Hayrettin Paşa’’ gəmisini inventarına daxil edib.
Dənizin 8 kilometr dәrinliyindә geoloji strukturları tədqiq edə bilən gəmi Türkiyənin enerji sahəsindəki səsini eşitməkdə mühüm rol oynadı.
84 metr uzunluğa vә 17 metr enә malik ‘’Barbaros Hayrettin Paşa’’ gәmisinin üstündә helikopter meydançası və helikopter da var.
‘’Barbaros Hayrettin Paşa’’ gәmisi bayrağını Aralıq dənizində dalğalandırdıqdan sonra ilk seysmik fәaliyyәtini Qara dənizdə həyata keçirib.
Ancaq Qara dənizdəki mövcud potensial və Aralıq ilə Egey dәnizlәrindә hәyata keçirilәcәk işlər nəzərə alınaraq, donanmanın sürətlə genişləndirilməsi ilә әlaqәdar qәrar qәbul edilib.
Belәliklә 2012-ci ildә Tuzla Gəmiqayırma Zavodunda MTA ‘’Oruç Rəis’’ gәmisinin tikintisinə başlanılıb. Gəmi 2015-ci ildə suya buraxılıb və 2017-ci ilin aprel ayında Aralıq dənizində kәşfiyyat-axtarış fəaliyyətlərinə başlayıb.
87 metr uzunluğa vә 23 metr enә malik ‘‘Oruc Rәiz’’ gәmisi dәnizin 15 kilometr dәrinliyindә tәbii qaz vә neftlә bağlı axtarış fәaliyyәti hәyata keçirә bilir.
Seysmik tədqiqatlardan sonra qazma işlərinə başlanılması ilә bağlı qәrar qәbul edildi. Cənubi Koreyada istehsal olunan ‘’Fatih’’ qazma gəmisi Norveçdən alınıb. ‘’Fatih’’ qazma gәmisi yüksək texnologiyalı gəmilər üçün istifadə edilən 6-cı nəsil səviyyəsindədir. Öz kateqoriyasında 16 gəmi arasında dünyanın ən yaxşı 5 gəmisi sırasındadır. ‘’Fatih’’ gәmisi dünyanın әn dәrin bölgәsi olan Mariana çökәkliyindәn daha dәrindә yәni 12120 metr dәrinlikdә qazma fәaliyyәti aparmaq qabiliyyәtinә malikdir. Ultra dərin qazma qabiliyyətinə malik gəminin uzunluğu 229 metr, eni isə 36 metrdir.
Gəmi 64 metr hündürlüyündə iki qülləyә vә 1750 ton yük qaldırma qabiliyyətinə malikdir. ‘’Fatih’’ gәmisi aktiv yerləşdirmə sistemi sayəsində yüksәk dalğalara baxmayaraq sabit şәkildә fəaliyyətini davam etdirə bilir. ‘’Fatih’’ qazma gәmisi 2018-ci ildə ‘‘Türkiye Petrolleri Anonim’’ şirkәti tərəfindən idarə olunmağa başlayıb. İlk fəaliyyətini Aralıq dənizində həyata keçirib. 2018-ci il oktyabrın 29-da ‘’Alanya-1’’ yatağında qazma fәaliyyәtinә başlayıb.
‘’Fatih’’ gәmisi həmçinin İstanbulun fəthinin 567-ci ildönümü çərçivəsində 2020-ci ildə Qara dənizdə ilk milli qazma fәaliyyәtini həyata keçirib. ‘’Tuna 1’’ yatağında aparılan işlər avqust ayında öz nəticəsini verib. ‘’Fatih’’ qazma gəmisi ‘’Tuna 1’’ yatağında 2 min 100 metr dərinlikdə 320 milyard kubmetr təbii qaz kәşf edib. Gәmi cəmi 1 ildәn sonra ‘‘Amasra 1’’ yatağında 135 milyard kubmetr təbii qaz kəşf edib.
Türkiyә kəşflərin ardıcıllığı, Egey, Aralıq vә Qara dənizlәrdәki potensialı nәzәrә alaraq qazma gəmilərinin sayını artırmağa qərar verib.
2018-ci ildə ‘’Yavuz’’ qazma gәmisi donanmaya daxil edilib. Gəmi İspaniyanın Algeciras limanından yola düşərək 22 fevral 2019-cu ildə Mərmərə dənizinə gəlib. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra “Yavuz” qazma gəmisi 2019-cu il iyunun 20-dә Şərqi Aralıq dənizində fəaliyyətə başlayıb.
“Fatih” gәmisi kimi yüksәk texnologiyaya malik olan “Yavuz” gәmisinin uzunluğu 230 metr, eni isə 36 metrdir. İki qüllәli dizayna malik gәmi hәm әsas, hәm dә kömәkçi gәmi kimi fәaliyyәt göstәrә bilir.
Donanmaya daxil olan üçüncü gəmi isә ‘’Qanuni Süleyman’’ olub. Türkiyə Cənubi Koreyada istehsal olunan və Braziliyada fəaliyyət göstərən "Sertao" adlı gəminin 2012-ci ildə alınmasına qərar verib. ‘’Türkiye Petrolleri Anonim’’ şirkәti 2020-ci ildə gəmini donanmasına daxil edib. Taşucu limanına gətirilən gəminin adı ‘’Qanuni Sultan Süleyman’’ olaraq dәyişdirilib.
227 metr uzunluğa vә 42 metr enә malik olan gәmi ilk qazma fәaliyyәtini ‘’Türkali-2’’ yatağında hәyata keçirib.
2022-ci ildә isә ‘’Abdülhәmid Han’’ qazma gәmisi inventara daxil edilib. Dünyada 7-ci nəsil qabaqcıl texnologiyaya malik 5 qazma gəmisindən biri olan “Abdülhəmid Han” gәmisinin uzunluğu 238 metr, eni isə 42 metrdir.
Donanmanın ən böyük gәmisi olan “Abdülhәmid Han” gəmisi ikiqat təhlükəsizlik sistemi ilə karbohidrogen kəşfiyyatı fəaliyyətini həyata keçirir. Gәmi 12 200 metr dәrinlikdә qazma işləri hәyata keçirә bilir.
Türkiyənin enerji donanması yanlız bunlardan ibarәt deyil. Türkiyәnin İzmirin Aliağa və Hatayın Dörtyol rayonlarında üzən LNG saxlama və yenidən qazlaşdırma terminalları mövcuddur.
Türkiyә seysmik tədqiqatlar, qazma və saxlama gəmiləri ilә yanaşı mühüm addımlar da atır. Türkiyә inventarına üzən qaz emalı platforması əlavə etməyə hazırlaşır. Mәqsәd daşıma işlәrini sürәtlәndirmәk vә artırmaqdır. Sözügedәn gәmi ilә xam təbii qaz dənizin ortasında emal edilə biləcək vә Filyos boru kəmərinə ötürülə biləcək.
Sinqapurdan yola düşәn vә ‘’Sakarya’’ qaz yatağında fəaliyyət göstərəcək gәminin təxminən 2 aydan sonra Filyos limanına çatması planlaşdırılır.