Türk ləhçələrinin təsnifatı

VII – VIII əsrlərə aid sənədlərdə belə inkişaf etmiş bir dil olduğu sübuta yetirilən türk dilinin bugünkü vəziyyəti haqqında məlumat verməyə çalışacağıq.

2158316
Türk ləhçələrinin təsnifatı

Türk ləhçələrinin təsnifatı

 "Türk dilinin sehirli dünyası" adlı proqramın ilk hissəsində  VII – VIII əsrlərə aid sənədlərdə belə inkişaf etmiş bir dil olduğu sübuta yetirilən və bu gün 200 milyondan çox insanın danışdığı türk dilinin bugünkü vəziyyəti haqqında məlumat verməyə çalışacağıq. Proqramımızın birinci hissəsində türk dilinin qısa tarixinə, coğrafi və dilçilik prinsiplərinə görə təsnifatına nəzər salacağıq və bu gün danışıldığı coğrafiyalara diqqət çəkəcəyik. Proqramımızın növbəti hissələrində isə günümüzdə danışılan türk ləhcələrinin xüsusiyyətlərindən bəhs edəcəyik.

Dil insanlar arasındakı ünsiyyəti təmin edən ən əsas və təbii vasitədir. Eyni zamanda, öz qanunları çərçivəsində yaşayan və inkişaf edən canlı varlıqdır. Bu baxımdan bir millətin kimliyini müəyyən edən ən mühüm ünsürlərdən biri hesab olunur.

Bu gün dünyada 7000-ə yaxın dilin olduğu qəbul edilir. Onların arasında əsrlərə gedib çıxan və incəsənət, ədəbiyyat, tarix, fəlsəfə və texnologiya kimi müxtəlif sahələrə öz damğasını vurmuş,  insanların inkişafına, xalqların varlığına töhfə vermiş dillər var.

Bu gün Balkanlardan Sakit okeana, Şimal Buzlu Okeanından Tibetə qədər çox geniş bir ərazidə danışılan türk dili onlardan biridir.

Türk dili Göktürk - Uyğur - Qaraxanlı dövlətləri daxilində yeganə yazı dili olaraq mövcudluğunu davam etdirib. Sonrakı dövrlərdə bütün dillər kimi türk dili də şivələrə ayrılıb və xarici dillərin təsirindən irəli gələn dəyişikliklərə məruz qalıb. Buna baxmayaraq  XX əsrə qədər  türk dilində dialekt fərqlərinin dərəcəsi çox da böyük olmayıb. Lakin bu gün bu vəziyyət xeyli dəyişib. Bu gün 200 milyondan çox insanın danışdığı müasir türk dili coğrafi və dilçilik prinsiplərinə görə türkoloqlar və dilçilər tərəfindən 6 qrupa bölünüb

Sözügedәn qruplar belәdir:

• Cənub-Şərqi və ya Qarluq qrupu

• Şimal-şərq və ya Sibir qolu

• Cənub-qərb və ya Oğuz qrupu

• Şimal-qərb və ya Qıpçaq qrupu

• Çuvaşların təmsil etdiyi Oğur qolu

• Xələclərin təmsil etdiyi Arqu qoludur

Cənub-şərqi və ya Qarluq qrupu bu gün əsasən Özbəkistan və Şərqi Türküstanda, Şimal-şərq və ya Sibir qolu Sibir bölgəsində, Cənub-qərb və ya oğuz qrupu  Türkiyə, Qaqauziya, Azərbaycan, İran, İraq, Əfqanıstan və Türkmənistanda, Şimal-qərb və ya Qıpçaq qrupu  Qafqazda, Krımda, Tatarıstanda, Başqırdıstanda, Qazaxıstanda, Qırğızıstanda, Qaraqalpaqıstanda və Altayda,Çuvaşların təmsil etdiyi Oğur qolu Volqa bölgəsində,Xələclərin təmsil etdiyi Arqu qolu isə əsasən İranda istifadə olunur.

Bunlardan başqa Şimal-şərqi və ya Sibir qoluna aid Sarı uyğur dili və Cənub-qərb və ya Oğuz qrupuna aid Salar dili Çinin qərb bölgəsində, Şimal-şərq və ya Sibir qoluna aid Fuyü türkcəsi isə Mancuriyada öz mövcudluğunu davam etdirir.

Proqramımızın bu hissәsindә türk dilinin tarixi, coğrafi v dilçilik prinsiplərinə görə təsnifatı ilə hansı coğrafiyalarda istifadə edildiyi haqqında danışdıq. Proqramımızın növbəti hissəsində türk ləhcələrinin xüsusiyyətlərini müzakirə edəcəyik.



Әlaqәli Xәbәrlәr