Anadolu Agentliyinin cümhuriyyət elan edilmәzdәn əvvəl yaradıldığını bilirsinizmi?

Anadolu Agentliyinin Türkiye Cümhuriyyətinin tarixində çox mühüm yeri var.

2047918
Anadolu Agentliyinin cümhuriyyət elan edilmәzdәn əvvəl yaradıldığını bilirsinizmi?

Anadolu Agentliyinin cümhuriyyət elan edilmәzdәn əvvəl yaradıldığını bilirsinizmi?

Türkiye Cümhuriyyətinin rəsmi xəbər agentliyi olan Anadolu Agentliyinin cümhuriyyət elan edilmәzdәn əvvəl yaradıldığını bilirsinizmi?

Anadolu Agentliyinin Türkiye Cümhuriyyətinin tarixində çox mühüm yeri var. Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperiyasının torpaqlarının işğalı ilə başlayan Türkiye Qurtuluş Savaşı dövründə (6 aprel 1920-ci il) qurulan Anadolu Agentliyi Qurtuluş Savaşının hər mərhələsinin şahidi olub.

1920-ci il martın 16-da İstanbulun rəsmi işğalı ilə oradakı ziyalılar Milli Mübarizədə iştirak etməyi seçərək Ankaraya gediblər. Bu ziyalılar arasında jurnalist Yunus Nadi və jurnalist ilə yazıçı Halide Edip də var idi. Qurtuluş Savaşı zamanı baş verənləri ən doğru şəkildə ictimaiyyətə çatdırmaq və bu mübarizənin ədalətli olduğunu dünyaya bəyan etmək böyük əhəmiyyət kəsb edirdi. Bu məqsədlə araşdırmaya başlayan Halide Edip və Yunus Nadi xəbər agentliyinin yaradılması ilə bağlı fikirlərini Mustafa Kamal Atatürklә bölüşüblər. Mustafa Kamal Atatürk Milli Qurtuluş Savaşının әvvәlindә mətbuatın əhəmiyyətini anlayıb. Anadolu Agentliyi dövlətin qurulması dövründə Türkiye Böyük Millət Məclisinin açılışına 17 gün qalmış Mustafa Kamal Atatürkün 1920-ci ilin  6 aprel tarixindә imzaladığı sərəncamla fəaliyyətə başlayıb.

1925-ci  ilin 1 mart tarixində  “Anadolu Ajansı Türk Anonim Cemiyyeti”nin yaradılması ilə Anadolu Agentliyi müasir xəbər agentliyinə çevrilib. Beləliklə, Anadolu Agentliyi muxtar status qazanıb və o gündәn etibarәn ictimai jurnalistika ilə məşğul olmağa davam edir.



Әlaqәli Xәbәrlәr