Türkiyenin yeni əsri

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "Türkiyenin yeni əsri" başlıqlı məqaləsi...

1996962
Türkiyenin yeni əsri

Həftənin Analizi-41

Mayın 14-ü və 28-də keçirilən seçkilərdən sonra prezident Ərdoğan yeni kabineti açıqladı. Türkiyə Milli Təhlükəsizlik (MİT) Təşkilatının rəhbəri Hakan Fidan kabinetdə xarici işlər naziri kimi təyin olunduqda, iqtisadiyyatın başçısı kimi liberal iqtisadi modelin müdafiəçisi olan Mehmet Şimşək kimi bir şəxs təyin edildi. Digər təyin olunmuş adlarla birlikdə Türkiyenin yeni əsrini istiqamətləndirəcək güclü adlardan ibarət kabinet quruldu.

Türkiyedə mayın 14-də və 28-də ardıcıl seçkilər keçirildi və prezident Ərdoğan və Cümhur ittifaqı bəzi qərb ölkələrinin gözləntilərinə baxmayaraq, böyük qələbə qazandı. Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Millət İttifaqı ağır məğlubiyyətə uğradı. Seçkilərin nəticələri elan edildiktən sonra verilən əsas sual prezident Ərdoğanın necə bir kabinet formalaşdıracağı idi, çünki kabinet Türkiyenin növbəti yol xəritəsi və bununla bağlı siyasət üçün ən mühüm göstərici olacaq və nəhayət, Ərdoğan çox güclü bir kabinet formalaşdıraraq, iqtisadiyyat, xarici siyasət və təhlükəsizlik siyasətinə dair istiqamətini müəyyən etdi.

İlk olaraq uzun illər MİT rəhbəri vəzifəsində işləmiş, həm Türkiyedə, həm də beynəlxalq aləmdə əfsanəyə çevrilən Hakan Fidan xarici işlər naziri təyin edildi. Bu təyinat, Ərdoğanın yeni dövrdə çox aktiv və iddialı xarici siyasət izləyəcəyi bu kontekstdə çox güclü bir ad təyin etdi. Həmçinin Hakan Fidanın MİT-in rəhbəri işlədiyi müddətdə  münaqişə zonaları ilə bağlı məsələlərə bələd olduğunu nəzərdə tutsaq bir davamlılıq olacağı da məlumdur. Hakan Fidan dövründə ABŞ-Rusiya tənliyi qorunacaq olsa da, xüsusilə regional normallaşma baxımından əhəmiyyətli addımlar atıla bilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Misirlə münasibətlərin yeni dövrə girməsi ehtimalı olsa da, Suriya mövzusu diplomatik baxımdan da fəal olacaq. Türkiye, Rusiya, İran və Suriya arasında razılaşma axtarışları daha mənalı bir mövqede qərarlaşacaq.

Digər mühüm təyin iqtisadiyyatla bağlı reallaşdı. Mehmet Şimşək xəzinə və maliyyədən məsul nazir təyin edildi. M.Şimşək beynəlxalq norma və qaydalara riayət edən liberal iqtisadi modelin tərəfdarıdır. Ona görə də yeni dövrdə Türkiyenin iqtisadi modelinin yenidən bu çərçivədə bir istiqamətə üz tutacağı nəzərdə tutulur. Çox güman ki, mərkəzi bankın rəhbərliyinə də oxşar siyasətləri müdafiə edən birinin təyin ediləcəyi gözlənilir. Ticarət naziri Ömər Bolatın da harmoniya içində işləyəcəyi gözlənilə bilər. Ona görə də yeni dövrdə siyasət faizlərinin yüksəldilməsi, inflyasiyanı azaldacaq pul siyasəti əsas götürüləcək. Yenə cari balansı təmin edəcək şəkildə idxalın sıxışdırılmasına cəhd ediləcək və Türkiye üçün kövrək mövzu olan iqtisadi baxımdan bərpa dövrünün şahidi olacağıq.

Daxili işlər və müdafiə kimi təhlükəsizliklə bağlı nazirliklərə də güclü adlar təyin edildi. Bu kontekstdə, mövcud təhlükəsizlik paradiqmasının davam edəcəyi və Türkiyenin yeni dövrdə prezident Ərdoğanın liderliyində, xüsusilə xarici siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində güclü bir kabinetlə yoluna davam edəcəyi görünür.



Әlaqәli Xәbәrlәr