‘‘Avropa Yaşıl sövdələşməsi''

‘‘Avropa Yaşıl sövdələşməsi'' 2030-cu ilə qədər Aİ-nin qalıq yanacaqlardan imtina edəcəyini, külək və günəş enerjisinin elektrik enerjisi istehlakının 55 faizini ödəyəcək əsas elektrik enerjisi mənbələri olacağını proqnozlaşdırır.

1996231
‘‘Avropa Yaşıl sövdələşməsi''

‘‘Avropa Yaşıl sövdələşməsi''

‘‘Avropa Yaşıl sövdələşməsi'' 2030-cu ilə qədər Aİ-nin qalıq yanacaqlardan imtina edəcəyini, külək və günəş enerjisinin elektrik enerjisi istehlakının 55 faizini ödəyəcək əsas elektrik enerjisi mənbələri olacağını proqnozlaşdırır.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində ‘‘Avropa Yaşıl sövdәlәşmәsi’’ haqqında danışacağıq.

Ekspertlәr 2030-cu ilə qədər külək və günəş enerjisinin elektrik enerjisinin əsas mənbələri olacağını bildirir.

‘‘Strategic Perspectives’’ analitik mərkəzinin ‘‘Avropa Yaşıl sövdələşməsi’’nin  enerji təhlükəsizliyinə, elektrik enerjisi qiymətlərinə, məşğulluq və investisiya ehtiyaclarına necə təsir edəcəyinә dair təhlilinə görə, təmiz enerjiyә üstünlük verәn Avropa İttifaqına üzv ölkәlәrin iqtisadiyyatlarında ciddi dәyişikliklәr gözlənilir.

‘‘Avropa Yaşıl sövdələşməsi’’  çərçivəsində 2030-cu ilə qədər xalis emissiyaların  azı 55 faiz azaldılmasını təmin edəcək qanunların həyata keçirilməsi ilə külək və günəş enerjisinin ümumi elektrik enerjisi istehlakının 55 faizini ödәyәn əsas elektrik enerjisi mənbələri olacağı proqnozlaşdırılır.

Belәliklә Aİ-nin qalıq yanacaqlardan geri dönməz şəkildə imtina edəcəyi və qaz istehlakının Aİ daxilində azı 31 faiz azalacağı bildirilir. Bu nisbәtin Ukrayna müharibəsindən əvvəl Almaniyanın illik təbii qaz istehlakı ilə eyni səviyyədə olduğu bildirilir.

‘‘Avropa Yaşıl sövdələşməsi’’ndən sonra Avropa İttifaqına üzv ölkələrində azı 58 milyon istilik nasosunun quraşdırılması və təxminən 29 milyon elektrikli avtomobilin yollarda olması nəzərdə tutulur.

Təmiz enerji sayәsindә  keçən il 8,6 faiz olan enerji xərclərinin 2030-cu ilə qədər 6,1 faizədәk azalacağı təxmin edilir. Bu dövrdə elektrik enerjisi qiymətlərinin 7 faiz ucuzlaşacağı proqnozlaşdırılır.

Belәliklә  Avropa İttifaqına üzv ölkәlәrdә azı 447 min yeni iş yeri yaratmaq mümkün olacaq.

Analitik mərkəzin  icraçı direktoru Linda Kalçer “Avropa Yaşıl sövdələşmə”nin reallığa çevrilməsinin iqtisadi rifah sәviyyәsini yüksәldәcәyi ilə bağlı təhlillərə münasibət bildirib. Linda Kalçer deyib: “Aİ-yə qaz, kömür və neft ixrac etmək istəyən ölkələr özlərini aldatmasınlar, istehlak günü-gündən azalır''.

Analitik mərkəzin direktoru Neil Makarof razılaşmanın qalxan rolu oynadığını söyləyib. Neil Makarof  neft, qaz və kömürün yüksək inflyasiyanın əsas səbəbləri olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr