Türkiyedə ilk dəfə seçkilərin 1909-cu ildə keçirildiyini bilirsinizmi?

Türkiyedə siyasi partiyaların iştirakı ilə ilk seçkilər Osmanlı İmperiyası Konstitusiyasının 1908-ci ildə yenidən elan edilməsindən sonra keçirilib.

1991310
Türkiyedə ilk dəfə seçkilərin 1909-cu ildə keçirildiyini bilirsinizmi?

Türkiyedə ilk dəfə seçkilərin 1909-cu ildə keçirildiyini bilirsinizmi?
Türkiyedə siyasi partiyaların iştirakı ilə ilk seçkilər Osmanlı İmperiyası Konstitusiyasının 1908-ci ildə yenidən elan edilməsindən sonra keçirilib. Bu ilk dəfə iki partiyanın mübarizə apardığı seçkilər idi. Xalq böyük həvəslə seçkilərdə iştirak etdi. O dövrdə seçkilər indiki kimi bir gündə keçirilmirdi. Seçkilərdə əldə olunan nəticənin açıqlanması bir neçə ay çəkərdi.
Yalnız kişilərin seçmək və seçilmək hüququna malik olduğu Osmanlı dövrü seçki sistemi Türkiyə Respublikasında uzun müddət tətbiq olundu. 28 iyun 1923-cü ildə ikinci dövr millət vəkillərini təyin etmək üçün keçirilən seçkilər Türkiyedə keçirilən ilk parlament seçkiləri idi. Həmin ilin 29 oktyabr tarixində Cümhuriyyətin elan edilməsi ilə Mustafa Kamal Atatürk ilk prezident seçildi. İlk siyasi partiyaların yaranması və seçkilərin keçirilməsi dünya ölkələri ilə müqayisədə gec sayıla biləcək bir tarixdə baş tutsa da, Türkiye Cümhuriyyəti qadınlara seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüququ verən qabaqcıl ölkələrdən biri olmuşdur.  Mustafa Kamal Atatürk 1930-cu ildə keçirilən bələdiyyə seçkilərində qadınlara da iştirak etmək imkanı verdi. Türk qadınları 1934-cü ildə seçmək və seçilmək hüququ əldə ediblər. 1935-ci ildə keçirilən parlament seçkilərində 18 qadın millət vəkili seçilərək parlamentə daxil olub.



Әlaqәli Xәbәrlәr