Dünyanın ən önəmli şumeroloqlarından birinin türk olduğunu bilirsinizmi?

1914-cü ildə anadan olan Muazzez İlmiye Çığ şumerologiya sahəsində çox sayda elmi araşdırmalar aparıb.

1988591
Dünyanın ən önəmli şumeroloqlarından birinin türk olduğunu bilirsinizmi?

Dünyanın ən önəmli şumeroloqlarından birinin türk olduğunu bilirsinizmi?

1914-cü ildə anadan olan Muazzez İlmiye Çığ şumerologiya sahəsində çox sayda elmi araşdırmalar aparıb.

Muazzez İlmiye Çığ Anadolunun zəngin sivilizasiya tarixini gün ışığına çıxarmaq məqsədi ilə yaradılmış Dil, Tarix-Coğrafiya fakültəsinin Şumerologiya kafedrasının ilk məzunlarından biridir. Universiteti bitirdiktən sonra alman dili müəllimi ona universitetdə qalmağı təklif etsə də, o, bu təklifi qəbul etmir və İstanbul Arxeologiya Muzeyində işləməyə başlayır. Bu qərar onun həyatının dönüş nöqtəsi olur.

O, 1973-cü ildə təqaüdə çıxana qədər İstanbul Arxeologiya Muzeyinin Mixi Yazılı Sənədlər arxivində çalışıb. O, bu arxivdə üç müxtəlif dildə yazılmış yetmiş beş minə yaxın lövhənin düzülməsi üçün illər boyu çalışıb. O, şumer, akkad və het dillərində yazılmış on minlərlə lövhəni təmizləyib, təsnif edib və mixi sənədlərin arxivini yaradıb. İşlədiyi müddətdə elmi sahədə səkkiz kitab və çox sayda məqalə yazıb.

Çoxsaylı beynəlxalq elm mükafatlarının sahibi olan Muazzez İlmiye Çığ araşdırmaları ilə adını yalnız Türkiye deyil, dünya tarixinə qızıl hərflərlə yazdırıb. O, təqaüdə çıxdıqdan sonra da fəaliyyətini davam etdirib və çox sayda kitab yazıb.

Bu kitablarında o, Şumer və Het sivilizasiyasını, tarixini və mədəni dəyərlərini hər kəsin anlayacağı və sevəcəyi üslubda qələmə alıb.

 

 



Әlaqәli Xәbәrlәr