Mayın 14-də keçirilən seçkilər və nəticələri

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “Mayın 14-də keçirilən seçkilər və nəticələri” başlıqlı məqaləsi...

1988187
Mayın 14-də keçirilən seçkilər və nəticələri

Türkiye demokratik yetkinliklə tarixi əhəmiyyətə malik seçki həyata keçirdi. Bütün dünya paytaxtları Türkiyedəki seçkiləri yaxından izlədi. Seçkilərdə 88,92 faiz iştirakla milli iradə seçki qutusunda öz əksini tapdı və türk demokratiyası bir daha gücünü göstərdi. Prezident Ərdoğan ikinci yerdə olan Kılıçdaroğlunu 49,5 faiz səslə qabaqladı. Yenə Cümhur İttifaqı 49,5 faiz səslə 322 millət vəkili ilə Məclisdə çoxluğu əldə etdi. Bu nəticələr Ərdoğanın ikinci tura ən azı üç üstünlüklə gedəcəyi mənasını daşıyır. Belə ki, parlament çoxluğu, birinci yeri tutması və açıq üstünlük. Bu fəallıqla 0,5 faiz əlavə səsə ehtiyacı olan Ərdoğanın ikinci turda asanlıqla qalib gələcəyi gözlənilir. Əslində, Ərdoğanın partiyasının mərkəzi qərargahındakı müraciətində əhatəli və özünə inamlı çıxışı bu rahatlığı nümayiş etdirdi. Bu həm də ikinci tur kampaniyası üçün yaxşı başlanğıc idi.

Müxalifət isə bir çox parametrlərdə uduzmuş kimi görünür. Müxalifətin seçki öncəsi kampaniyalarında, sorğu şirkətlərində və sosial mediada səsləndirdiyi gözlənti seçicilərində böyük ruh düşkünlüyünə səbəb oldu. İlk turda həm parlament çoxluğu, həm də Kılıçdaroğlunun 55 faizlə qalib gəlməsinə motivə edilən seçicilərin reaksiyasının Cümhuriyyət Xalq Partiyasına (CXP) və Kılıçdaroğluna yönələcəyini gözləmək olar. Müxalifət nümayəndələrinin seçki gecəsi açıqlamaları təkcə öz seçicilərini narahat etmədi. İmamoğlu, Yavaş və Kılıçdaroğlunun seçki nəticələri ilə bağlı məlumatlarla ziddiyyət təşkil edən iddiaları (Kılıçdaroğlunu 13-cü prezident elan etmələri) ikinci tur üçün çox pis başlanğıc oldu. Müxalifət sanki yeni seçkiyə gedirmiş kimi kampaniya hazırlamaq istəyəcək. Ərdoğandan fərqli olaraq, ikinci tur seçkilərinin təşviqat prosesinə ilk axşam mənfi yerdən başlayıblar. İki bələdiyyə sədri və 5 liderlə səhnəyə çıxan Kılıçdaroğlunun 1 dəqiqə 51 saniyədə deyə biləcəyi bir neçə şey Ərdoğanı ittiham etməkdən və “İkinci tura çıxacağıq” iddiasından başqa bir şey deyildi. Kılıçdaroğlu “Mən burdayam” videosu ilə sanki ikinci turdan çox CXP rəhbərliyinə mesaj verir. Kılıçdaroğlu üçün Millət İttifaqı partiyalarının seçicilərini ikinci tura aparmaq çox çətin olacaq.

Kılıçdaroğlu yaxın günlərdə 44 faizə istinad edərək yaxşı nəticələr əldə etdiyini iddia etsə də, prezidentliyə namizəd irəli sürən bir partiyanın, CXP-nin 25 faizdə qalması ciddi maneədir. Bu nəticə 4 sağ partiyanı CXP siyahılarına daxil etsə də çatdığı nöqtədir.

Sağçı partiyalar 34-35 millət vəkili qazanmaqla yaxşı bazarlıq etdiklərini göstərdilər, lakin CXP seçiciləri bu partiyalara dözməyin qarşılığını görə bilmədilər. Akşener Kılıçdaroğlunu qalib gələ bilməyəcək namizəd elan etmişdi, elə görünür haqlı çıxdı. Ekrem İmamoğlunun Mansur Yavaşı yanına götürüba partiya sədri olub-olmayacağını hələ bilmirik.

Seçkilərin digər mühüm nəticəsi millətçi seçicilərin siyasi tənlikdəki çəkisidir. Əvvəla, Millətçi Hərəkat Partiyası (MHP) 10 faiz səs topladı. Bununla da bəzi anket şirkətlərini yenə təəccübləndirdi. İYİ Partiya 10 faizə yaxın səs topladı və Sinan Oğan 5 faizi keçərək ikinci turunmillətçi seçicilər tərəfindən formalaşacağını göstərdi. Cümhur İttifaqının səs çoxluğu qazanması və (HDP) Yaşıl Sol Partiyanın (YSP) 8 faizə düşməsi ilə YSP-nin əsas mövqedə olmaq iddiası tamamilə ortadan qalxmış kimi görünür. Əksinə, YSP ilə hərəkət edən namizədin uduzacağı bəlli oldu.

14 may seçkilərinin qalibi şübhəsiz ki, Ərdoğan və AK Partiyadır. 21 illik iqtidarın yükünə baxmayaraq, AK Partiya 35 faizdən çox səs topladı, Cümhur İttifaqı isə Məclis üçün 50 faiz səs topladı Parlamentdə səs çoxluğunu qazandı. Ərdoğan ikinci tura çox rahat gedir. Yenə MHP-nin 10, Yenidən Rifah Partiyasının 2,8 və BBP-nin 1 faiz səs toplaması Ərdoğanla birlikdə hərəkət edən partiyaların qazandığını göstərir. Ərdoğanın yeni qələbəsi yalnız əvvəlki seçki uğurları ilə rəqabət aparır. Bir partiyanın eyni liderlə 26 illik fasiləsiz demokratik idarəçiliyi nə Türkiye, nə də dünya tarixində olmayan bir ilk olaraq tarixə düşdü.

İkinci turun nəticələri Türkiye siyasəti ilə bağlı bir çox məsələləri yenidən gündəmə gətirəcək.



Әlaqәli Xәbәrlәr