Aydakı kraterin Mustafa Kamal Atatürkün adını daşıdığını bilirsinizmi?

Türkiyenin Qurtuluş Savaşı zəfərlə nəticələnəndə türk xalqı üçün başqa bir savaş başladı.

1985152
Aydakı kraterin Mustafa Kamal Atatürkün adını daşıdığını bilirsinizmi?

Aydakı kraterin Mustafa Kamal Atatürkün adını daşıdığını bilirsinizmi?

Türkiyenin Qurtuluş Savaşı zəfərlə nəticələnəndə türk xalqı üçün başqa bir savaş başladı. Bir tərəfdən iqtisadi çətinliklərlə mübarizə aparılıb, digər tərəfdən elmə, incəsənətə sərmayələr qoyulub, tələbələr təhsil üçün xaricə göndərilib, müasir ölkə yaradılıb.
O zaman insanlar astronomiyanın nə demək olduğunu belə bilmirdilər. Amma bir nəfər bunun vacibliyini bilirdi. Mustafa Kamal Atatürk üzünü elmə tərəf çevirən, uzaqgörən bir dövlət xadimi idi. O, Sorbonna Universitetində aviasiya mühəndisliyi üzrə təhsil alan professor Əli Yardan astronomiya elmi barədə kitab yazmağı xahiş edib. 
Professor Əli Yar “Kosmoqrafiya” adlı kitab yazıb. Dünyanın böyük iqtisadi böhranla mübarizə apardığı 1929-cu ildə ilk dəfə nəşr olunan kitab  məcburi dərslik kimi tədris olunmağa başlayıb. Kitabda fəsillərin əmələ gəlməsindən tutmuş qara dəliklərə, Aristoteldən Kopernikə, Qalileoya, Günəş sistemindən Süd Yolu xəritəsinə qədər bütün elm adamlarının baxışları və çox vacib məlumatlar yer alır. O, həmçinin səmanın xəritələrini, planetləri, ulduz qruplarını, teleskopları və hətta Ayın səthindəki krateri göstərib.
1956-cı ildə Uels əsilli Britaniya alimi Hugh Percy Vilkins Ayda böyük bir kraterə dərin hörmət bəslədiyi Mustafa Kamal Atatürkün adını verib.



Әlaqәli Xәbәrlәr