Yaxınlaşan seçkilər və terrorla mübarizə

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "Yaxınlaşan seçkilər və terrorla mübarizə" başlıqlı məqaləsi...

1980162
Yaxınlaşan seçkilər və terrorla mübarizə

Həftənin Analizi-35-2023

Türkiye seçki tarixinə yaxınlaşdığı bir vaxtda PKK terror təşkilatının qondarma başçılarının davamlı olaraq seçkilərlə bağlı açıqlamalar vermələri və Ərdoğanın qarşısındakı ittifaqları dəstəkləmələri diqqətləri cəlb edir. Nəticə etibarı ilə siyasi proseslərdən çox terror və zorakılıqla nəticə əldə etməyə çalışan PKK-nın bu yeni üslubu altında təşkilatın qarşı-qarşıya olduğu çıxılmaz yol və dırnaqarası rəhbərlik kadrının tükənmişliyi kimi görünür.

PKK/KCK-nın icra komitəsinin üzvü Duran Kalkan mətbuata açıqlama verərək, Ərdoğanın rəhbərlik etdiyi hökumətin devrilməli olduğunu nümayiş etdirib. Əslində Türkiyenin seçki tarixinə az qalmış bir vaxtda PKK-nın qondarma yüksək səviyyəli adlandırılanların demək olar ki, hamısı oxşar bəyanatlar verdilər. Cəmil Bayık, Murat Karayılan, Bese Hozat kimi adlar AK Partiya-MHP ittifaqındakı iqtidarın nəyin bahasına olursa olsun devrilməsi və yerinə məqbul alternativ yaradılmasının vacibliyini vurğuladılar. Bu çərçivədə təşkilat adından Bese Hozat verdiyi açıqlamada 14 may seçkilərinin heç bir seçkiyə bənzəmədiyini vurğulayıb, HDP-nin Kamal Kılıçdaroğlunun lehinə namizəd irəli sürməməsini doğru gördüyünü və seçkilər bitənə qədər “hərbi aksiyaları”nı dayandırdıqlarını bəyan etmişdir. PKK/KCK terror təşkilatının var gücü ilə seçki prosesi ilə maraqlanması və Ərdoğana qarşı mövqe tutması nə deməkdir? Legitim siyasi sistemdən, seçki proseslərindən uzaq durmalı olan terror təşkilatı nəyə görə siyasi kampaniya aparmağa başlayıb?

Duran Kalkanın verdiyi son açıqlama PKK-nın bu hərəkət tərzini izah edir. Duran Kalkan verdiyi açıqlamada: “Ərdoğan bizi öldürmək üçün MİT-i səfərbər etdi. Adımızı siyahıda açıqlayıblar, hər gün öldürürlər, heç kimdən səs çıxmır. Media müdafiə dairələrində, Bakurda tunellərdə, hər yerdə hücuma məruz qalırıq. Qəndildə, Şengalda, Rojovada öldürülürük. Hər gün öldürür. Heç kim səsini çıxarmır. Siyahılar düzəltdilər. Qırmızı siyahı, sarı siyahı, yaşıl siyahı, boz siyahı, başqa sözlə, hər siyahıya otuz-qırx ad qoyurlar. Şəkillər qoyublar. Bunlar elə axtarılanlar siyahısı deyil. Açıq-aşkar öldürüləcəklərin siyahısıdır" ifadəsilə əslində PKK/KCK-nın necə təzyiq altında olduğunu, rəhbər kadrların hərəkətə keçə və idarə edə bilməyəcək hala gəldiyini ortaya qoydu. 

Türkiyenin son illərdə PKK terror təşkilatına qarşı fəal və hərtərəfli təzyiqi son illərdə ciddi nəticələr verdi. Türkiyedə demək olar ki, fəaliyyətsiz hala gətirilən terror təşkilatı İraq və Suriyada sərhədyanı hərbi əməliyyatlarla mövqelərini itirməkdədir. Ancaq Duran Kalkanın da dilə gətirdiyi və vurğuladığı başqa bir mübarizə üsulunu isə MİT davam etdirir. MİT-in yeni təhlükəsizlik doktrinası kontekstində PKK qondarma liderlik kadrlarını ləğv etmək üçün başlatdığı məhv etmə prosesi 2015-ci ildən bəri 500-ə yaxın adın zərərsizləşdirilməsinə imkan yaratdı. Bunun da təşkilatın fəaliyyət istiqamətində ciddi dəyişikliyə səbəb olduğu görünür. Duran Kalkanın aprelin 18-də verdiyi açıqlamaların da təsdiqlədiyi kimi, hərəkət və ünsiyyət bacarıqları ciddi şəkildə zədələnən təşkilat rəhbərliyinin tükənmişliyinin olduğunu hesab etmək düzgün olardı.

Bu kontekstdə PKK/KCK terror təşkilatının sözdə liderləri qarşı-qarşıya olduqları çıxmaz yoldan xilas ola bilmələri üçün seçkiləri tarixi fürsət kimi görürlər. Onlar hesablayırlar ki, Ərdoğanın devrilməsi ilə terrora qarşı qətiyyətli mövqe zəifləyəcək, Türkiyenin İraq və Suriyada hərbi əməliyyatları dayandırılacaq, hüquqi strukturları olan HDP/YSP isə güclənəcək və ölkənin şərq bölgələrində özlərinə yer açacaq. 

Halbuki, terrorla mübarizə Türkiye üçün siyasətdən kənar milli təhlükəsizlik məsələsidir. PKK-nın yox olmaq ərəfəsində olduğu halda, mövcud təhlükəsizlik doktrinası qətiyyətlə davam etdirilməlidir.



Әlaqәli Xәbәrlәr