Əsərlərində Anadolunun səsini hayqıran yazıçı: Yaşar Kamal

Bu günkü proqramımızda əsərlərində Anadılunun səslərini hayqıran məşkur yazıçısı Yaşar Kamal haqqında danışacağıq.

1959492
Əsərlərində Anadolunun səsini hayqıran yazıçı: Yaşar Kamal

Əsərlərində Anadolunun səsini hayqıran yazıçı: Yaşar Kamal

Şeir, hekayə, roman, xatirə, müsahibə, esse, pyes, lətifə, məqalə və ssenari kimi bir çox ədəbi əsərə imza atan Yaşar Kamal 26 roman, 11 esse, 9 müsahibə, 2 hekayə və çox sayda şeirin müəllifidir.

Bu günkü proqramımızda əsərlərində Anadılunun səslərini hayqıran məşkur yazıçısı Yaşar Kamal haqqında danışacağıq.

Ömrü boyu müxtəlif ədəbi janrlarda çox sayda əsərlər qələmə alan və əsərlərində ümumiyyətlə Anadolunu əks etdirən hekayələri ilə bilinən yazıçı Yaşar Kamal  1923-cü ilin 6 oktyabr tarixində anadan olub.

Yaşar Kamal 3 yaşında düşdüyü qəza nəticəsində sol gözünü itirib. Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. Onun ilk kitabı 1943-cü ildə nəşr olunub.

1951-ci ildə İstanbula köçən yazıçı fəaliyyətini  “Yaşar Kemal” imzası ilə davam etdirməyə qərar verib.

Yazılarında Anadolu xalqının iqtisadi və sosial problemlərini vurğulamağa çalışan Yaşar Kamal bəzi əsərlərinin xarici dillərə tərcümə edilməsi  sayəsində Avropada da tanınmağa başlayıb.

“Bebek”, “Dükancı” və “Memet” adlı hekayələrinin yer aldığı “Sarı Sıcak” kitabını  1952-ci ildə qələmə alan yazıçı bu əsərində yoxsulluq, zorakılıq, həmrəylik, insan ilə təbiət arasındakı münaqişədən bəhs edir.

''İnce Memed'' romanı yazıçı üçün dönüm nöqtəsi olub.

Yaşar Kamalın 1955-ci ildə yazdığı və dörd seriyadan ibarət olan ''İnce Memet'' romanı yazıçının ən məşhur romanlarından biridir. ''İnce Memet'' romanı 40-dan çox dilə tərcümə edilib.

Məşhur yazıçı əsərlərində sadə və axıcı üsluba üstünlük versə də, roman və hekayələrində daha çox Çukurovada baş verən insan dramlarından bəhs edir.

Yaşar Kamalın ''İnce Memet'' romanının da aralarında olduğu 9 əsəri əsasında film çəkilib.

Kitablarında Anadolunun  əfsanə və nağıllarından da bəhs edən yazıçı 1970-ci ildən sonra yazdığı romanlarında şəhər əhalisinin həyatından bəhs etmişdir.

2-si xaricdə olmaqla 7 universitetin fəxri doktoru adına layiq görülən yazıçı 1973-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.

Daha sonra bir neçə dəfə Nobel mükafatına namizəd olub.

Şeir, hekayə, roman, xatirə, müsahibə,  esse, pyes, lətifə, məqalə və ssenari kimi bir çox ədəbi əsərlərə imza atan Yaşar Kamal 26 roman, 11 esse, 9 müsahibə, 2 hekayə və çox sayda şeirin müəllifidir.

Qeyd edәk ki,Yaşar Kemal 2015-ci ilin 28 fevral tarixindә dünyasını dәyişib.



Әlaqәli Xәbәrlәr