Birinci ildönümündə Rusiya-Ukrayna müharibəsi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "Birinci ildönümündə Rusiya-Ukrayna müharibəsi" başlıqlı məqaləsi...

1954012
Birinci ildönümündə Rusiya-Ukrayna müharibəsi

Həftənin Analizi-27-2023

Təxminən bir il əvvəl, 2022-ci il fevralın 24-də Rusiya ordusu Ukraynanı işğal etmək cəhdinə başlayanda Rusiya prezidenti Putin asan qələbə arxasınca gedirdi. Bir ildirim əməliyyatı ile Zelenski hökumətini  devirib özünə yaxın bir idarəni hakimiyyətə gətirərək Ukraynaya nəzarəti ələ keçirəcəyini düşünürdü. Lakin zaman keçdikcə Putinin çox böyük səhv hesablamalara yol verdiyi və Rusiyanı strateji intihar həddinə çatdırdığı görüldü. Rusiya-Ukrayna müharibəsi nəticələrinə görə tarixin ən mühüm dönüş nöqtələrindən birinə çevrildi.

24 fevral 2022-ci ildə Putin böyük bir addım atmaqla Ukraynada Zelenskinin hakimiyyətini devirə və özünə yaxın Rusiyanın təsiri altında bir Ukrayna yarada biləcəyini düşünürdü. Rusiya Xüsusi Təyinatlı Qüvvələri bir ildırım hərakatı ilə Kiyevi nəzarətə götürəcək, Ukrayna Ordusu isə kifayət qədər müqavimət göstərmədən dağılacaqdı. Lakin zaman keçdikcə Putinin çox böyük səhv hesablama apardığı görüldü. İldırım əməliyyatı uğursuz olduğu üçün xüsusi təyinatlıların əməliyyatı kimi başlayan əməliyyat adi işğal cəhdinə çevrildi. Lakin Rusiya ordusu bu işğala lazımi səviyyədə hazır deyildi və şimaldakı Kiyev, Çerniqov və Sumi kimi şəhərlərində məğlub olaraq geri çəkilməli oldu. Sonra Xarkovu və nəhayət, Krımın şimalında yerləşən Xersonun mərkəzini Ukrayna ordusuna itirdi. Sonra Dnepr çayının cənub və şərq hissəsində cərgə təşkil edərək müdafiə rejiminə keçdi. Rusiya ordusunun hərbi keyfiyyətləri şübhə altına alınarkən, Ukrayna isə gözlənilməz müqavimət göstərdi. Qərb ölkələrinin qeyri-məhdud yardımı təbii ki, müəyyən edən amillərdən biri idi. Ruslar müharibə strategiyasını dəyişərək Ukrayna infrastrukturunu hədəfə almağa başladılar, daha sonra qismən səfərbərlik yolu ilə sahədə insan resurslarını artıraraq və müdafiə sənayesinə diqqət yetirərək iqtisadiyyatlarını tədricən müharibə iqtisadiyyatına çevirməli oldular. Müharibənin başlamasından bir ili geridə qoyan tərəflər hərbi baxımdan böyük yaz müharibəsinə hazırlaşır və siyasi həll yolu ilə bağlı optimist fikir yoxdur.

Türkiye müharibədəki misilsiz üçüncü yol adlandırılan mövqeyini qoruyarkən mümkün atəşkəs üçün mübarizəni davam etdirir. Ancaq xüsusilə ABŞ və İngiltərənin öz şahin mövqelərini qoruduqlarını və artıq dağıdıcı müharibəyə çevrilmiş prosesin davam etdirilərək Rusiyanın daha da gücdən salınmasının lazım olduğu düşüncəsi hakimdir.  İndiyədək müharibənin qlobal mənada ciddi təsirləri olub. Qlobal ərzaq təhlükəsizliyindən tutmuş enerji geosiyasətinə qədər bir çox mövzularda müharibənin həlledici təsirlərindən danışa bilərik. Türkiyenin təşəbbüsləri ilə qlobal dağıdıcı təsirlərin azaldılmasına çalışılsa da, müharibə davam etdikcə mənfi təsirlərin daha da artacağını proqnozlaşdırmaq olar. Yenə də nəzərə almaq lazımdır ki, müharibənin uzanması Çin kimi yeni güclərin Rusiyanın xeyrinə müdaxilə etmə ehtimalını artırır və eyni zamanda nüvə münaqişəsi ehtimalını da eləcə.

Lakin bütün risklərə baxmayaraq, tərəflərin və onların tərəfdarlarının hələlik atəşkəsə hazır olmadığı, yaz ayları ilə eskalasiyaya hazırlaşdığı görünür. Hər iki tərəfin də sərt qış ayları boyunca yeni hücuma hazırlaşdığını gördük. Ukrayna ordusu qərb ölkələrindən mürəkkəb silah sistemləri almağa davam etdi, xüsusilə laylı hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəşi sistemləri, ağır zirehli tanklar mühüm elementlər idi. Rusiya isə Dineyer üzərindən istehkamlar təmin etdikdən sonra, qismən səfərbərlik yolu ilə əsgər sayını artırıb, təlim keçirərkən, “Vaqner” kimi muzdlu hərbi təşkilatın nümayəndələrinin sayını da xeyli artırdılar. Yenə Rusiya müdafiə sənayesi istehsalını xeyli artırdığını gördük. Ona görə də hər iki tərəf yeni böyük münaqişələrə hazırlanıb, mövsümi şərtlərin yetişməsini gözləyir.



Әlaqәli Xәbәrlәr