Türkiyedə baş verən zəlzələ fəlakəti

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “Türkiyedə baş verən zəlzələ fəlakəti'' başlıqlı məqaləsi...

1944292
Türkiyedə baş verən zəlzələ fəlakəti
deprem arama kurtarma.jpg
kahramanmaras deprem.jpg
deprem tr.jpg

Həftənin Analizi-24-2023

Fevralın 6-da Türkiyedə iki güclü zəlzələ baş verdi. Mütəxəssislərin fikrincə, 8 saatlıq fasilələrlə baş verən bu zəlzələlər dünya tarixində bir ilkdir. Dənizlərdə baş verən zəlzələləri nəzərə almasaq, maqnitudaya görə dünya tarixində ən güclü on zəlzələ sırasındadır. Zəlzələdən zərər çəkən şəhərlərin sayı da çoxdur. Zəlzələnin ziyan vurduğu şəhər sayı 10-dur. Həm şimal-cənub, həm də şərq-qərb xəttində təsirini və qırılmalarını nəzərə alsaq, Almaniyanın ərazisinə bərabər olan bir bölgə zəlzələdən təsirləndi. Yəni bu zəlzələ Almaniyada baş versəydi, demək olar ki, bütün ölkə zəlzələdən zərər çəkəcəkdi. Zəlzələdən zərərçəkən 13,5 milyon insanı da bu rəqəmlərə əlavə etdikdə ortadakı mənzərə həqiqətən çox ağır görünür.

Zəlzələnin ilk anından ciddi səy göstərilsə də, bu miqyasda bir zəlzələnin dağıdıcı təsirinə çox təcili və kifayət səviyyədə müdaxilə etmək çox mümkün görünmür. Əslində ilk 24 saat ərzində zəlzələlərə qarşı mübarizə aparmaq səlahiyyəti olan bütün qurumlar zəlzələ bölgəsinə göndərilsə də, tam yetərli olmadı. Ancaq Türkiyenin son iki onilliyində inkişaf etdirdiyi potensialı nəzərə alsaq, bu zəlzələnin nəticələrinin aradan qaldırılmasında uğurlu olacağını deyə bilərik. Ancaq Türkiye yenə də çox uzun bir proseslə qarşı-qarşıyadır.

Bu proseslərdən birincisi zəlzələ nəticəsində yaranan dağıntıların aradan qaldırılması olacaq. İlk 72 saat həlledici idi. Xilaskarlıq fəaliyyələri nəticəsində on minə yaxın insan xilas edildi. Bu səbəbdən zəlzələnin yaratdığı dağıntıların ən böyük təsiri insan itkisi ətrafında olacaq. Bəlkə də Türkiye tarixinin indiyə qədər gördüyü ən böyük can itkisinə çatılacaq. Həlak olanların sayı 1999-cu ildə İzmit zəlzələsindən də çox ola bilər.

İkinci məsələ isə hazırda 13,5 milyon insanın zəlzələdən zərər çəkməsidir. Bu qədər insanın sığınacaq və digər təcili ehtiyaclarını ödəmək çox çətindir və vaxt aparacaq. Digər məsələ zəlzələnin sosial-psixoloji ölçüsüdür. Zəlzələlər cəmiyyətin ümumi əhval-ruhiyyəsinə ciddi təsir göstərən təbii fəlakətlərdəndir. Hələ də az da olsa koronavirusla mübarizə aparan bir vaxtda bir cəmiyyət böyük bir təbii fəlakətlə qarşılaşarsa, bu, cəmiyyətə qalıcı təsir göstərə bilər. Bu səbəbdən cəmiyyətin psixi sağlamlığının güclü olması və bunun üçün həmrəy olmaq çox vacibdir. Türkiyedə əhali əvvəlki təbii fəlakətlərdə belə həmrəylik nümunələri göstərdiyi üçün bu dəfə də eyni ruhun güclü şəkildə ortaya çıxacağını söyləmək mümkündür.

Hər bir zəlzələnin iqtisadi nəticələri var. Türkiyedə baş verən bu zəlzələlərin də iqtisadi nəticəsi olacaq. Hazırda bunu proqnozlaşdırmaq çox çətin olsa da, bu miqyasda zəlzələnin maliyyətinin baha başa gələcəyini proqnozlaşdırmaq çətin deyil.

Türkiyedə baş verən bu zəlzələ Almaniyanın ərazisinə bərabər olan bir ərazidə baş verdi, lakin Ukrayna müharibəsindən qat-qat böyük dağıntılara gətirib çıxardı. Bu səbəbdən beynəlxalq ictimaiyyətin Türkiyeyə yardımlarla bağlı aktiv mövqeyi davam etməlidir.



Әlaqәli Xәbәrlәr