2022-ci ildə Türkiyenin müdafiə sənayesi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "2022-ci ildə Türkiyenin müdafiə sənayesi" başlıqlı məqaləsi...

1941261
2022-ci ildə Türkiyenin müdafiə sənayesi

Türkiye Müdafiə Sənayesi ulduz kimi parlamağa davam edir. Son illərdə ciddi yüksəliş müşahidə edilən sektor 2022-ci ili zirvədə tamamladı. Türkiyenin Müdafiə Sənayesi və Aviasiya Sektoru 2022-ci ildə 4,3 milyard dollarlıq ixrac həyata keçirib. 2021-ci ildə 3,2 milyard dollarlıq ixrac etməklə o vaxta qədərki ixrac rekordu qıran Türkiye Müdafiə Sənayesi və Aviasiya (havaçılıq) sektoru bununla da bu sahədə yeni rekorda imza atıb.

AK Partiya hökumətinin ilk dövründən bəri strateji sektor olaraq görülən Türkiye Müdafiə Sənayesi və Aviasiya sektoru addım-addım güclənməyə davam edir. Son illərdə ulduz kimi parlayan sektor yalnız 2022-ci ildə 4,3 milyard dollarlıq ixrac həddinə çatıb. Beləliklə, 2022-ci il üçün nəzərdə tutulan 4 milyard dollarlıq ixrac məbləği artıqlaması ilə həyata keçirilib. 2021-ci ildə olduğu kimi "BAYKAR" şirkəti sektorun ixracat lideri oldu. Məşhur  “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) istehsalçısı olan şirkət 2022-ci ildə 1,18 milyard dollarlıq ixracat həyata keçirib. Təxminən 50 milyard dollarlıq bir həcmə çatan Türkiye Müdafiə Sənayesi sektorunda bir çox şirkət qlobal liqada zirvəyə yüksəlir. Dünyanın bir çox ölkəsinə ixrac şəbəkəsini genişləndirməklə yanaşı, bir çox türk şirkəti dünyanın ilk 100 şirkəti arasında yer alır. 7 türk şirkəti müdafiə sənayesi sahəsində yüksək keyfiyyətli qlobal rəqabət siyahısına daxil olub. Xüsusilə Aselsan və TAİ kimi türk şirkətləri çox böyük uğurlar əldə edirlər.

Türkiye xarici siyasətdə müstəqil olaraq öz maraqlarını mərkəzdə saxlayaraq siyasət ortaya qoyarkən təəssüf ki, qərbli müttəfiqləri tərəfindən çox ciddi sanksiyalara məruz qaldı. Xüsusilə, silah sanksiyaları Türkiye ordusunun qarşısını almaq məqsədi daşıyırdı. Lakin bu sanksiyalar və embarqolar Türkiyenin əzmini gücləndirdi, bununla da Türkiye müdafiə sənayesinin inkişafına töhfə verdi. Hazırda Türkiye ordusunun ehtiyaclarının 80 faizi milli istehsal müəssisələri ilə ödənə bilir. Sektor milyardlarla dollar ixrac edə biləcək tutuma sahibdir. Təbii ki, Türkiyeni bu sahədə bənzərlərindən fərqləndirən ən mühüm xüsusiyyət onun münaqişələrin içində yer alması və geniş sərhədyanı hərbi əməliyyatlar aparan bir ölkə olmasıdır. Beləliklə, Türkiye bu sahədə nəinki ehtiyaclarını görür, həm də istehsal etdiyi silah sistemlərini aktiv şəkildə sınaqdan keçirmək və daha da inkişaf etdirmək imkanına malik olur. Xüsusilə SİHA sahəsində Türkiye şirkətləri müharibənin mahiyyətini dəyişdirəcək miqyasda yeniliklərə imza ataraq sektorda birinci yeri tutdu. İraq, Suriya, Liviya və Azərbaycan kimi ölkələrdə də SİHA-lara əsaslanan müharibə konsepsiyaları inkişaf etdirilərkən, SİHA-lar meydanda yaratdıqları effektlə dünyada yeni bir fenomenə çevrildi. Hazırda 30-dan çox ölkə Türkiyenin SİHA-larını alıb; onlarla ölkə də almaq üçün cəhd göstərir. Türk SİHA-ları həm asimmetrik, həm də ənənəvi hədəflərə qarşı uğurlu olan nadir sistemlərdən biridir.

Böyük dövlət olmaq baxımından Türkiyeni gələcəyə daşıyacaq sektorlar arasında müdafiə sənayesi birinci yerdədir. Hakimiyyətdəki hökumətin bu şüurla sektora dəstəyini davam etdirəcəyini proqnozlaşdırmaq olar. Türkiye Müdafiə Sənayesi İdarəsi 2053-cü ilə qədər Türkiye müdafiə sənayesini 100 faiz müstəqil hala gətirməyi və ixrac qabiliyyətini 50 milyard dollara çatdırmağı hədəfləyir. AK Partiya hökuməti 2003-cü ildən bu yana sektora ciddi dəstək versə də, xüsusilə son dövrdə Türkiyenin hərbi sənayesi sahəsində hərtərəfli transformasiya prosesi yaşanıb. 2016-cı ildə uğursuz çevriliş cəhdindən sonra müdafiə sənayesinin Prezidentliyin tərkibinə daxil edilməsi və “Müdafiə Sənayesi İdarə Heyətinin” yaradılması da bunda təsirli olub. Ona görə də Müdafiə Sənayesində inkişafın və sürətlənmənin daha da artacağı nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr