Türkiyenin Muğla şәhәrinin bal istehsalında lider mövqeyindә olduğunu bilirsinizmi?
Bal qədim zamanlardan bəri insan üçün ən vacib qida mənbələrindən biri olub.

Bal qədim zamanlardan bəri insan üçün ən vacib qida mənbələrindən biri olub.Türkiyenin Muğla şәhәri bal istehsalı mövzusunda lider mövqeyindәdir. Mülayım hava şәraiti arıçılara il әrzindә bal istehsal etmәlәrinә imkan verir. Eyni zamanda, sitrus və badam növlərindən ibarət iri meyvə bağları arıçılıqla mәşğul olanlar üçün böyük əhəmiyyət kəsb edir. Bölgәnin digәr zәnginliyi isә saqqız ağacıdır. Endemik ağaç növü olan vә Muğlanın rayonlarında bitәn saqqız ağacının tozu antiseptik xüsusiyyәtә malikdir. Lakin bölgәdәki şam meşәlәri sәbәbindәn Muğlada әn çox istehsal edilәn bal növü şam balıdır. Muğla bölgəsindəki şam balı istehsalının şəhərin tarixi qədər qədim olduğu bildirilir.
Arılar şam balını çiçək tozcuqlarından deyil, Aralıq dənizi iqliminə xas olan bəzi şam ağacı növlərinin gövdəsində yaşayan vasitəçi həşəratın ifrazından istehsal edir.Qeyd etmək lazımdır ki, bu həşəratlar yalnız Türkiye şamı və Hələb şamı olaraq adlandırılan ağacların gövdəsində yaşayır.
Türkiyenin әn çox ixrac etdiyi bal şam balıdır. Şam balı uzun müddət kristallaşmadığı və funksional qida xüsusiyyətlərinə malik olduğu üçün tibb və qida sənayesində geniş istifadə edilir. Tünd rəngə malik Muğla şam balının tərkibində dəmir, manqan və sink kimi minerallar var. Aparılan araşdırmalar Muğlada istehsal edilən şam balının antimikrobiyal təsirə malik olduğunu göstərib.
Әlaqәli Xәbәrlәr

Strabonun Türkiyenin Amasya şəhərində doğulduğunu bilirsinizmi?
Dünyanın ilk tanınmış coğrafiyaşünasının Türkiyenin Amasya şəhərində doğulduğunu bilirsinizmi?