Türkiye ilə Əsəd rejimi arasında normallaşma olacaqmı?

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "Türkiye ilə Əsəd rejimi arasında normallaşma olacaqmı?" başlıqlı məqaləsi...

1935033
Türkiye ilə Əsəd rejimi arasında normallaşma olacaqmı?

Həftənin Analizi-21-2023

Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri ilk dəfə rəsmi Ankara ilə Dəməşq arasında birbaşa danışıqların başladığı bir dövrə qədəm qoyuruq. Liderlər səviyyəsində ilk bəyanatlardan və nisbətən müsbət mesajlardan sonra Moskvada müdafiə nazirləri və Kəşfiyyat Qurumlarının rəhbərləri bir araya gəldi, indi isə xarici işlər nazirlərinin görüşü gözlənilir. Rusiya vasitəçi rolunda olduğu halda, İran və BƏƏ kimi ölkələr də prosesə cəlb olunmaq üçün cəhd göstərirlər.

2011-ci ildə Ərəb baharının təsiri ilə Suriyada başlayan nümayişlər Əsəd rejiminə bağlı hərbi qüvvələrin silahlı müdaxilələri ilə addım-addım vətəndaş müharibəsinə çevrildi. İran və Rusiya kimi ölkələr Rejimi dəstəklədikdə, Türkiye də daxil olmaqla dünyanın böyük əksəriyyəti Suriya müxalifətini dəstəklədi. Azad Suriya Ordusunun yaradılması ilə rejimə qarşı hərbi müqavimət də başladı. Lakin daxili qarşıdurmalar vəkil müharibəsinə çevrildiyindən Rusiya və İran Rejimə meydanda ciddi dəstək verdi. İraqdakı xaosun təsiri ilə mövcud olan DEAŞ Suriya daxilində yayılmağa başladı və ilk növbədə müxalifləri hədəfə aldı. ABŞ və Qərb ölkələri isə DEAŞ-la mübarizəni mərkəzdə saxlayıb, Suriya müxalifətinə dəstəyini kəsdilər. Tək qalan Türkiye Rusiya və İranla üçlü mexanizmə başlayaraq Astana prosesini formalaşdırdı. Astana prosesi göstərdi ki, müharibənin qalibi olmayacaq və siyasi həllə ehtiyac var. Təbii ki, yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın didərgin düşdüyü, Suriyanın infrastrukturnun ciddi miqyasda məhv olduğu bir dağıntı var idi. Digər tərəfdən də, ABŞ DEAŞ-la mübarizədən sui-istifadə edərək, PKK-nın Suriya qolu olan PYD/YPG ilə Fəratın şərqindəki bölgələri nəzarətə götürərək terror dövləti qurmağa cəhd edirdi.

Türkiye həyata keçirdiyi hərbi əməliyyatları ilə bu dırnaqarası dövlətciyin bir qurşaq təşkil edib Şərqi Aralıq dənizinə daxil olmasının qarşısını aldı, lakin təhlükə hələ də davam edirdi.

Görünən odur ki, yuxarıda qeyd etdiyimiz siyasi həll yolu, terrorla mübarizə və qaçqınlar başlığı çərçivəsində yeni proses başlayıb. Prezident Ərdoğan Putinin təklifinə şans verərək Əsəd rejimi ilə görüş keçirilməsini təsdiqlədi. Daha sonra müdafiə nazirləri və Kəşfiyyat Xidmətinin rəhbərləri Moskvada görüşdülər. İndi xarici işlər nazirliyinin yaxın vaxtlarda bir araya gələcəyi gözlənilir. İran və BƏƏ-nin də bu prosesə cəlb olunması üçün səyləri var.

Ancaq tərəflər arasında ciddi maneələrin olduğunu görmək lazımdır. Türkiyenin əsas tələbləri ölkənin ərazi bütövlüyünün möhkəmləndirilib, PKK-ya qarşı birgə əməliyyatların həyata keçirilməsi, BMT-nin dəstəyi ilə beynəlxalq maliyyənin yaradılıb, Hələb başda olmaqla dağıdılan şəhərlərin bərpası və qaçqınların geri qaytarılmasıdır. Təbii ki, bütün bunları reallaşdırmaq üçün siyasi həll prosesinin davam etdirilməsi, yeni konstitusiyanın yaradılması və müxalifətin inteqrasiya olunduğu bir idarənin formalaşdırılmasıdır. Amma Rejimdən gələn siqnallar göstərir ki, bu tələblərə doğru heç bir tendensiya yoxdur. Müvafiq iradənin olmaması kimi, potensialın olub-olmaması da ciddi sual işarəsi yaradır. Təbii ki, unutmaq olmaz ki, Rejim ciddi çətinliklərlə üzləşib, ayaqda durmaqda çətinlik çəkib, xüsusən də iqtisadiyyat tam dayanıb, insanlar ərzaq və enerji təhlükəsizliyindən məhrum olublar. Bundan əlavə, Rusiyanın Ukrayna ilə müharibəsi kontekstində formalaşan yeni geosiyasi tarazlıqlar Türkiyenin əlini gücləndirir. Bu çərçivədə rejim müxtəlif güzəştlərə getməyə məcbur ola bilər. Ancaq Türkiyedəki seçkilərdən sonra prosesin istiqaməti daha aydın olacaq.



Әlaqәli Xәbәrlәr