Sağlam həyatın sirri

Bu günkü proqramımızda sağlam hәyatın sirrlerindәn danışacağıq.

1932309
Sağlam həyatın sirri

Hərəkətsiz həyat tərzi bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər təxminən 500 min insanın müxtəlif xəstəliklərdən əziyyət çəkəcəyini təxmin edir. Mütəxəssislər müntəzəm olaraq fiziki fəaliyyətdə olanların bunun qarşısını ala bildiklərini bildirir.

Bu günkü proqramımızda sağlam hәyatın sirrlerindәn danışacağıq.

İnsanlar ekran qarşısında daha çox vaxt keçirir, hətta alış-verişi belə internet vasitəsilə edirlər. Müasir həyat tərzi insanların yükünü azaldır, eyni zamanda, hərəkətsizliyə gətirib çıxarır və bir çox sağlamlıq problemlərinə zəmin hazırlayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı hesabat da  bunu təsdiqləyir. 194 ölkədən toplanan məlumatlarla hazırlanan hesabata görə, heç bir tədbir görülməsə, 2030-cu ilə qədər təxminən 500 min insan hərəkətsizliyə görə sağlamlıq problemləri ilə üzləşəcək.

Bəs, oturaq həyat niyə insan sağlamlığına mənfi təsir göstərir və hansı xəstəliklərə səbəb olur?

Piylənmənin fiziki fəaliyyət azlığından qaynaqlanan ən əhəmiyyətli xəstəlik olduğunu ifadə edən Sağlamlıq Elmləri Universitetinin Endokrinologiya və Metabolizma Xəstəlikləri uzmanı, professor Mazhar Müslüm Tuna deyir:

"Biz piylənməni tək bir xəstəlik kimi deyil, bir çox xəstəliklərin xəbərçisi kimi qəbul edə bilərik. Piylənmənin səbəb olduğu xəstəliklərin biri şəkərli diabetdir. Bundan başqa ürək-damar xəstəlikləri, hipertoniya, infarkt və insult kimi xəstəliklərə səbəb ola bilər. Təbii ki, fiziki xəstəliklər ilə yanaşı, bir sıra psixoloji xəstəliklərə də səbəb ola bilir''.

Bütün bu xəstəliklərin qarşısını almaq üçün sağlam qidalanma ilə birlikdə hərəkət etmək, yəni müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunur.

Çünki müntəzəm fiziki fəaliyyət ürək-damar xəstəlikləri, hipertoniya, şəkərli diabet, döş vəzi və kolon xərçəngi və hətta depressiya riskini azaldır.

"Sağlamlığı qorumaq üçün gündə neçə dəqiqə idmalma məşğul olmalıyıq?

Ümumdünya Səhiyyə Təşkilatı və əksər dərnəklər həftədə 150 ​​ilə 300 dəqiqə arasında idmanla məşğul olmağı tövsiyə edir. Gündə təqribən 30-60 dəqiqə açıq havada gəzinti tövsiyə olunur.  Ancaq bu gəzinti sürətli olmalıdır.

Hərəkət etmək depressiya riskini də azaldır

Hərəkət oynaqları, birləşdirici toxumaları və sümükləri gücləndirir. İnsulin müqavimətini azaldır. Arıqlamağı asanlaşdırır. Bu şəkildə qan şəkərini və təzyiqi sabitləşdirir. Daim idmanla məşğul olmaq yalnız fiziki sağlamlıq üçün deyil, həm də psixi sağlamlıq üçün faydalıdır. Ən yüngül hərəkətlilik belə ilk andan etibarən insanın əhval-ruhiyyəsini yüksəldir, əsəblərini sakitləşdirir və zehnini dincəldir.

Mütəxəssislərin fikrincə idmanla yalnız  səhhətində problemi olanlar yox, hamı məşğul olmalıdır.  Bunu bir həyat tərzinə çevirməyin vacibliyinə diqqət çəkən professor Tuna uşaqlıq dövründə daha çox idmanla məşğul olmağı tövsiyə edir. Çünki uşaqlıq dövründə kökələnlərin sonrakı illərdə daha böyük problemlərlə üzləşə biləcəyini bildirir.



Әlaqәli Xәbәrlәr