İnterneti əvəz edəcək texnologiya: ChatGPT

Bu günkü proqramımızda interneti əvəz edə biləcək texnologiyadan danışacağıq.

1924858
İnterneti əvəz edəcək texnologiya: ChatGPT

Hәyatın maraqlı anları_18_2022

OpenAI tərəfindən hazırlanmış “ChatGPT” adlı robot dialoq şəklində qarşılıqlı əlaqədə olan dil modeli kimi bir çox mövzularda qənaətbəxş cavablar verə bilər. Bu robota şeir yazdıranlar da var, kodlaşdırma etməsini istəyənlər də var.

Bu günkü proqramımızda interneti əvəz edə biləcək texnologiyadan danışacağıq.

OpenAI tərəfindən hazırlanmış “ChatGPT” adlı  robot dialoq şəklində qarşılıqlı əlaqədə olan bir dil modeli kimi bir çox məsələlərdə qənaətbəxş cavablar verə bilər.

ChatGPT süni intellekt proqramı ilə proqramlaşdırılmış dil modelidir. Noyabrın 30-da süni intellekt tədqiqat şirkəti olan OpenAI tərəfindən bütün dünyaya təqdim edildi və təxminən beş gün ərzində bir milyon istifadəçiyə çatdırıldı. İstifadəçilərin ChatGPT ilə apardıqları söhbətlərdə sistemin bir çox mövzuda məntiqli və qənaətbəxş cavablar verə bildiyi müşahidə olunur.

İnsana bənzər cavablar verə bilən modelin internetdə yer alan məlumatlarla təchiz edildiyi və qarşıdakı illərdə axtarış sistemlərini əvəz edə biləcəyi deyilir.

ChatGPT-nin arxasında hansı texnologiya dayanır?

ChatGPT bu günə qədər ən böyük və ən güclü dil emal texnologiyalarından biri kimi qeyd edilən GPT-3 texnologiyasından istifadə edir. ChatGPT-ni xüsusi edən onun "dialoq" üçün optimallaşdırılmasıdır.

Texnologiya Akademiyasının qurucusu Devrim Danyal ChatGPT-nin istifadəçilərin rəyləri ilə qidalandığını vurğulayır.

ChatGPT hansı mövzularda danışa bilər?

ChatGPT-nin nə edə biləcəyini fərdi olaraq söyləmək çətindir. Məsələn, istədiyi mövzuda məqalə yaza bilər, saatlıq cədvəl işlərini görə bilər, yaxşı layihə təklifi hazırlaya bilər, hətta mahnı sözləri, hekayələr, ssenarilər və reseptlər yaza bilər...

ChatGPT hələ də çox məhduddur və OpenAI şirkəti sistemin sınaq mərhələsində olduğunu vurğulayır. Bu model internetdən məlumat əldə etdiyi üçün  təqdim etdiyi məlumatın təsdiqə ehtiyacı olduğunu nəzərə almaq lazımdır.

Texnologiya Akademiyasının qurucusu Devrim Danyal gələcəkdə təsdiqlənmiş, təsdiqi olmayan məlumatlar təqdim edərsə, qərar vermə mexanizminə çevrilə biləcəyini düşünür.



Әlaqәli Xәbәrlәr