2023-cü ilə doğru Türkiyenin xarici siyasəti

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “2023-cü ilə doğru Türkiyenin xarici siyasəti'' başlıqlı məqaləsi...

1925424
2023-cü ilə doğru Türkiyenin xarici siyasəti

Türkiyənin Ukrayna müharibəsi ilə bağlı yürütdüyü balans siyasəti Ukraynadakı müharibəyə xas deyil. Bu ilk növbədə strateji muxtariyyətini təmin etmək, ikincisi geosiyasi üstünlüklərini şaxələndirmək üçün daha geniş strateji və geosiyasi oriyentasiyanın bir hissəsidir. Türkiyenin Qərblə əlaqələri 2023-cü ildə praktiki əməkdaşlıq kontekstində davam edəcək. Bu çərçivədə  Türkiyenin 2023-cü ildə də mövcud balans və neytrallıq siyasətini davam etdirməsi gözlənilməlidir. 2023-cü ildə danışıqların yeni raundları keçirilə bilər və Türkiyə bu imkanlara rəhbərlik edəcək.

Türkiyenin xarici əlaqələrində “ticarət dövləti” xarakteri 2023-cü ildə də davam edəcək, çünki iqtisadi problemləri qısa müddətdə aradan qaldırmaq mümkün olmayacaq.

Bundan əlavə, qlobal epidemiyanın dünya iqtisadiyyatına olan təsirinin davam etməsi və 2023-cü ildə qlobal durğunluqla bağlı gözləntilər Türkiye istisna olmaqla demək olar ki, bütün ölkələr üçün iqtisadi narahatlıqlar doğurur. Bu iqtisadi mənzərəyə paralel olaraq, Türkiye ilə tərəfdaşları arasında davam edən normallaşma prosesinin 2023-cü ildə davam edəcəyi və bəlkə də dərinləşəcəyi gözlənilməlidir, çünki prosesin başlamasını təmin edən şərtlər  2023-cü ildə qüvvədə olacaq. Türkiyenin müdafiə sənayesi 2022-ci ildə olduğu kimi 2023-cü ildə də sürətlə inkişaf etməyə davam edəcək. Türkiye artıq “dron diplomatiyası” və ya “müdafiə diplomatiyası” olaraq adlandırılan müdafiə məhsullarının ixrac bazarlarını genişləndirmək məsələsində irəliləyiş əldə edib. Ukraynadakı müharibə Rusiyanın bir çox ölkələrə müdafiə məhsulları ixrac etmək imkanlarını xeyli azaldıb və müharibə gələn il də davam edəcəyi üçün Rusiyanın imkanları 2023-cü ildə daha da azalacaq. Türkiye Rusiyanın başda Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikasında  yaratdığı boşluğu doldurmağa hazırlaşır.

2023-cü ildə Türkiyənin terrorla mübarizə səyləri həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda davam edəcək. 2022-ci ildə Türkiyənin xüsusilə Şimali İraqda terrorla mübarizə əməliyyatları daha da dərinləşsə də, Türkiyənin əməliyyat və strateji hədəfləri hələ də tam reallaşmayıb. Buna görə də Türkiyənin İraqın şimalında davam edən antiterror əməliyyatlarını tamamlamağa, eləcə də Suriyanın şimalında YPG liderlərinə və üzvlərinə qarşı həssas əməliyyatlarını davam etdirməsi gözlənilir. Türkiye Suriyanın şimalında YPG-nin nəzarətində olan bölgələrdə əməliyyat keçirə bilər. 2023-cü ildə Türkiyə-ABŞ münasibətlərindəki ən mühüm məsələ Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin əngəllədiyi  F-16 döyüş təyyarələri və modernizasiya dəstlərinin Türkiyeyə ixracı mövzusu olacaq. Türkiyənin Suriyanın şimalında YPG-yə qarşı mümkün hərbi əməliyyatı ikitərəfli münasibətləri gərginləşdirə bilər.

Türkiye ilә Yunanıstan arasında Egey vә Şәrqi Aralıq dәnizindәki dәniz bölgәlәri ilә bağlı gәrginlik yaşana bilәr. Yunanıstanın Kritlә bağlı iddiaları ilә Türkiyə-Liviyanın ikitərəfli olaraq müəyyən edilmiş iqtisadi zonalar arasındakı münaqişə 2023-cü ildə Türkiyə və Yunanıstan arasında gәrginliyә sәbәb ola bilәr, çünki Yunanıstan bölgədə  karbohidrogenlərin kəşfiyyatı ilә bağlı iri enerji şirkətləri ilə müqavilə bağlayıb.

Qeyd etmәliyik ki, 2023-cü ildə Türkiyə-Yunanıstan münasibətlərində yaşana biləcək gərginlik Türkiye-ABŞ münasibətlərinə də təsir edə bilәr.

Türkiye ilә Azərbaycan arasındakı münasibətlərin strateji keyfiyyətinin 2023-cü ildə daha da güclәnәcәyi  gözlənilir. Türkiye işğaldan azad edilmiş Qarabağ bölgəsinin inkişaf etmәsi  və bölgәdә sabitliyin tәmin edilmәsi, hәmçinin hərbi əməkdaşlığın davam etdirilməsində Azərbaycana dəstəyini davam etdirəcək. Türkiye hәmçinin Azərbaycanla Ermənistan arasında hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün səylərini artıracaq.

2023-cü ildə Türkiye ilә Azərbaycan arasındakı  münasibətlər enerji geosiyasətinə də daha geniş təsir göstərəcək. Putinin Türkiyeni enerji mərkəzinə çevirmək təklifi reallaşsa da, reallaşmasa da, Azərbaycandan Türkiyə üzərindən Avropaya uzanan hazırkı enerji dəhlizin imkanları arta bilәr.

Ukraynadakı müharibə 2023-cü ildə də davam edəcək və Türkiyenin gündəmindəki mərkəzi yerini qoruyacaq. Türkiyə taxıl sazişinin yenilәnmәsi üçün sәylәrini davam etdirәcәk, həmçinin 2023-cü il ərzində tərəflər arasında sülh danışıqlarının bərpası və gərginliyin azaldılması üçün hər fürsətdən istifadə edəcək.

2023-cü ildә Orta Şәrqdәki vә bir çox ölkә arasında davam edәn normallaşma proseslәri gündәmdә olacaq. Şərqi Qüds və Qəzzada yaşana bilәcәk gәrginlik  həm “İbrahim razılaşmaları”na, həm də Türkiyə-İsrail münasibәtlәrinә mәnfi tәsir göstәrә bilәr.  

  



Әlaqәli Xәbәrlәr