Aya tarixi missiya...

NASA astrofiziki Umut Yıldız: ''Ayda kolonizasiyaya çox yaxınıq''

1920029
Aya tarixi missiya...

Hәyatın maraqlı anları_17_2022

İnsanın Aya sonuncu missiyasından  50 il sonra NASA Artemis layihəsinə start verib.

Bu günkü proqramımızda NASA-nın Aya göndәrәcәyi tarixi missiyadan bәhs edәcәyik.

NASA 50 il sonra Artemis adlı kosmik gəmisi ilə Aya addım atmağa hazırlaşır.

NASA-da işlәyәn astrofizik Umut Yıldız tarixi Artemis proqramı və kolonizasiyanın təfərrüatlarını haqqında bəyanatlar verib.

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi NASA 50 il sonra Artemis adlı kosmik gəmisi ilə Aya addım atmağa hazırlaşır.

TRT Haber-ə müsahibə verən NASA astrofiziki  Umut Yıldız  bir neçə həftə əvvəl başlayan NASA-nın Aya tarixi missiyası Artemisin detalları ilə bağlı məlumat verib.

İnsanların Ayda yaşayacaqları vaxtı səbirsizliklə gözlədiklərini ifadə edən Yıldız hazırda buna çox yaxın olduqlarını da dilə gətirib.

İlk layihənin Aya getmək və Ayın arxasından Yerə qayıtmaq olduğunu və bu layihənin 25 gün davam edəcəyini bildirən Yıldız deyib: “Buradakı məqsədimiz insanları oraya daşıyacaq kapsulun onları Dünyaya təhlükəsiz şəkildə geri qaytarmasıdır''.

Həyata keçiriləcək ikinci missiya zamanı astronavtlar Aya eniş etmədən qayıdacaqlarını ifadə edən Yıldız deyib: "Bunun müvəffəqiyyətli olmasından sonra 2025-ci ildə yenidən Aya dönüşün şahidi olacağıq" .

İlk layihə olan Artemis 1 çərçivəsində radiasiya səviyyəsi ölçüləcək və  astronavtların geyinəcəyi paltarlar sınaqdan keçiriləcək.

Yıldız kosmosdakı radiasiya miqdarını təyin etmək üçün edilən dizayndan danışdı:

“Hazırki artemis-1 layihəsində Orion kapsulunda 3 ədəd maneken var. Bir manekenin üzərində lazımi  paltarlar var, digərinin üzərində isə radiasiya kostyumu var. Onlardan birinin paltarı yoxdur. Onların hər biri sensorlarla təchiz edilmişdir. Onlar kosmonavtın  kosmosda səyahət etdiyi zaman qəbul edə biləcəyi radiasiya miqdarını müəyyən edəcək''.

NASA-nın bundan sonra planlaşdırdığı  missiyalar daha uzun müddətli olacaq.

Bu layihədən sonra koloniya proqramı olacağını ifadə edən Yıldız deyib: “Bu koloniya proqramı ilə Ay ətrafında bir stansiya qurulacaq və bu stansiyaya dünyadan insanlar  gedəcək. Bir müddət orada qalacaqlar, sonra Ay səthinə  enəcəklər”.

Yəni, məqsəd Aydan sonra Marsı koloniyalaşdırmaqdır?

Son məqsədin Yer kürəsindən çıxmaq ola biləcəyini ifadə edən Yıldız  bütün insanların fərqli planetlərə köçməsinin vacib olmadığını bildirib.

Yıldız  başqa planetlərdə də araşdırma mərkəzləri ola biləcəyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr