Türkiyenin ən çox pomidor istehsal edən ölkələrdən biri olduğunu bilirsinizmi?

Cənubi və Mərkəzi Amerikanın qərb sahillərindəki yüksək dağlarda yetişən pomidor Amerikanın kəşfindən sonra dörd əsr ərzində bütün dünyaya yayılaraq ən çox becərilən bitkilərdən birinə çevrilib.

1919691
Türkiyenin ən çox pomidor istehsal edən ölkələrdən biri olduğunu bilirsinizmi?

Cənubi və Mərkəzi Amerikanın qərb sahillərindəki yüksək dağlarda yetişən pomidor Amerikanın kəşfindən sonra dörd əsr ərzində bütün dünyaya yayılaraq ən çox becərilən bitkilərdən birinə çevrilib. Pomidor Avropaya dekorativ bitki kimi gətirilib. Pomidor 16-cı əsrə qədər zəhərli bitki hesab olunub. Pomidor 1723-cü ildən  etibarən Osmanlı mətbəxində qida məhsulu olaraq istifadə edilib. Osmanlı dövründə pomidor yalnız yaşıl olduqda istehlak olunub.Qırmızı pomidor 19-cu əsrdən etibarən istehlak edilib və bir müddət sonra Osmanlı mətbəxinin vazkeçilməz məhsullarından birinə çevrilib. Osmanlı sarayından zibilə atılan qırmızı pomidorları yığan xalq  xarab olduğunu zənn etdikləri bu meyvəni əzib duza qarışdırır. Deyilənə görə, tomat pastası türk mətbəxinə belə daxil olur. Birinci Dünya Müharibəsindən sonra Adana və Trakyada başlayan pomidor istehsalı qısa müddətdə bütün Türkiyəyə yayılıb. Bu gün pomidor türk mətbəxinin vazkeçilməz məhsullarından biridir. Yeri gәlmişkәn qeyd etmәliyik ki, Türkiyə ən çox pomidor istehsal edən ölkələrdən biridir.



Әlaqәli Xәbәrlәr