Türkiyenin Suriyada quru əməliyyatı ehtimalı

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun baş direktoru, professor Murad Yeşiltaşın "Türkiyenin Suriyada quru əməliyyatı ehtimalı" başlıqlı yazısı...

1913536
Türkiyenin Suriyada quru əməliyyatı ehtimalı

Həftənin Analizi-14-2022

YPG-nin əvvəlcə Taksim, daha sonra Öncüpınar və Karkamışda törətdiyi terror aktlarından sonra Türkiyenin Suriyada yeni hərbi əməliyyata hazırlaşdığı görünür. Taksimdə törədilən terror aktı PKK-nın yeni tərz terror aktlarını əks etdirməsi baxımından son dərəcə kritikdir. Hücum edən şəxsin qısa zamanda saxlanılması PKK-nın qavrayış əməliyyatı və təbliğat apararaq ictimaiyyəti çaşdırmaq ehtimalını aradan qaldırdı. Türkiye isə hücuma cavab olaraq "Pəncə-Qılınc" antiterror əməliyyatına start verdi və İraq və Suriyadakı PKK-YPG ünsürlərini hədəf aldı. Hava əməliyyatı olaraq həyata keçirilən əməliyyatın bir çox cəhətdən ilkləri var. Əvvəla, İraq və Suriyadakı hədəflərin eyni vaxtda hədəfə alınması onu göstərir ki, Türkiye geniş ərazidə hərtərəfli və eyni vaxtda hava əməliyyatı keçirə bilir. Digər tərəfdən, Süleymaniyyə də daxil olmaqla 70 km sərhəddənkənar ərazilərin hədəf götürüldüyünü nəzərə alsaq, Türkiyenin Suriyanın istənilən yerində YPG-ni vura biləcəyi məlum olur. Hava əməliyyatından sonra quru əməliyyatının  isə dinamikası tamam fərqlidir.

Quru əməliyyatına nə üçün ehtiyac duyulduğu xeyli əhəmiyyət kəsb edir. Əvvəla, YPG-nin bütövlükdə Suriya üçün qeyri-sabitlik ünsürü olduğu məlumdur. YPG Suriya Milli Ordusunun yerləşdiyi Afrin, Cerablus, Azez və Əl Bab kimi əhalinin sıx yaşadığı ərazilərə mütəmadi olaraq hücum edir və mülki insanları hədəfə alır. YPG Türkiyeyə qarşı Ayn Əl Ərəbdən də hücumlar həyata keçirir. Beynəlxalq təşkilatlar da mütəmadi olaraq YPG-nin nəzarət etdiyi ərazilərdə insanlığa qarşı cinayətlər törətdiyini bilderən hesabatlar yayırlar. Burada qeyd edək ki, YPG mümkün həll yolu kontekstində Suriyanın ərazi bütövlüyünə təhlükə yaradır. Çünki YPG-nin özünüidarə anlayışı Suriyada həll prosesini qeyri-mümkün hala gətirir.

Türkiye bölgənin sabitliyini təmin etmək, bölgənin terrordan təmizlənməsinə imkan yaratmaq və Türkiyedə yaşayan qaçqınların geri qayıtmasına zəmin hazırlamaq üçün quru əməliyyatının zəruri olduğunu hesab edir. Çünki 2019-cu ildə Türkiyenin Rusiya və ABŞ ilə razılaşmasının əsasları hələ də yerinə yetirilməyib. Bu razılaşmalara görə, YPG Türkiye sərhədindən 30 km kənara çıxacaq, YPG-dən boşalan yerlərdə isə Suriya rejimi qüvvələri yerləşəcək, beləliklə, bu ərazilərdə təhlükəsizlik təmin ediləcəkdi. Lakin bunların heç biri baş vermədi. Bu çərçivədə hərbi əməliyyat Türkiye üçün yeganə seçim olaraq qalır.

Bəs, Türkiye necə bir hərbi əməliyyatı həyata keçirəcək? Bu məqamda bir neçə ssenaridən danışmaq olar. Birinci ssenariyə görə, Türkiye ilk növbədə Tel Rıfat və Mənbicdəki YPG varlığını hədəf alacaq. Bu bölgələrin YPG-dən təmizlənməsi Fərat çayının qərbində yerləşən  bölgənin sabitliyi üçün son dərəcə əhəmiyyətlidir. Daha sonra isə Türkiye sərhədinin dibində yerləşən Ayn Əl Ərəbi hədəf alacaq. Ayn Əl Ərəb Suriyanın beynəlxalq səviyyədə tanınmış şəhərlərindən biridir. DEAŞ şəhəri işğal etdikdən sonra bölgədən gələn minlərlə qaçqın Türkiyeyə sığınmaq məcburiyyətində qaldı, daha sonra isə YPG bölgəni zəbt etdi. Bu məqamda Türkiyenin əməliyyatı beynəlxalq reaksiyaya səbəb ola bilər. Ancaq, Türkiye YPG-nin buradakı varlığını aradan qaldırmaqda qətiyyətlidir.

İkinci ssenariyə görə, Türkiye Fərat çayının şərqində qalan sərhədindəki bölgələrə qarşı əməliyyatla hərəkat sahəsini genişləndirir. Ancaq bu bölgələrdə Suriya rejiminin YPG-nin yanında olmasını nəzərə alsaq, əməliyyatın baş tutma ehtimalı az görünür. Əməliyyat əvəzinə bu bölgədə Əsəd rejimi ilə Türkiye arasında razılaşma əldə oluna və bu bölgələrə əvvəlki kimi Suriya rəhbərliyi nəzarət edə bilər.

Əməliyyatın başqa bir cəhətini isə xarici qüvvələrin Türkiyenin əməliyyatına qarşısı yanaşması təşkil edir. Rusiyanın Ukrayna müharibəsinə görə Türkiye ilə münasibətləri güclü saxlamaq istədiyi və buna görə də Türkiyenin Suriyadakı quru əməliyyatına tamamilə etirazının olmadığı aydın olur. ABŞ-ın yanaşması isə əvvəlki əməliyyatlardakı kimi sərt deyil. Bu dəyişikliyi də Türkiyenin Ukrayna müharibəsində artan əhəmiyyəti ilə əlaqələndirmək mümkündür. İran isə əməliyyatın əleyhinə görünür, lakin daxili qarışıqlıq İranın prioritetlərini də dəyişib.

Konyuktur Türkiyenin əleyhinə görünür.



Әlaqәli Xәbәrlәr