Keyfiyyәtli yuxunun sirlәri

Bu günkü proqramımızda yuxunun orqanizmə olan faydalarından bəhs edəcəyik.

1913886
Keyfiyyәtli yuxunun sirlәri

Hәyatın maraqlı anları_13_2022

Havaların soyuduğu, günlərin qısaldığı bu günlərdə yata bilməyən və ya özünü daim yorğun hiss edənlər var. Mütəxəssislər gündəlik həyata təsir edən bu problemin aradan qaldırılması üçün keyfiyyətli yuxunun əhəmiyyətinə diqqət çəkirlər.

Bu günkü proqramımızda yuxunun orqanizmə olan faydalarından bəhs edəcəyik.

Gündəlik həyatın ən səmərəli şəkildə davam etməsi üçün keyfiyyətli yuxu böyük əhəmiyyət kəsb edir.  Beləliklə, orqanizmi sabahkı günə hazırlamaq, toksinlərdən təmizləmək, endokrin sistemini tənzimləmək, immun sistemini gücləndirmək, gün ərzində öyrənilən məlumatı seçib qeyd etmək kimi bəzi hormonlar ifraz olunur.

Bəs ideal yuxu dövru gündә neçә saat olmalıdır? İdeal yuxu dövrü hərkəs üçün eynidirmi?

Sağlamlıq Elmləri Universiteti Nevrologiya fakültəsinin müaüəllimi professor Füsun Mayda Domaç mövzu ilə bağlı  deyib:" ideal yuxu dövrü sutkada 7-8 saat təşkil etməlidir''

Mövsümi dəyişikliklər yuxu rejiminə necə təsir edir?

"Soyuq hava və günlərin qısalması yuxu hormonu adlanan melatonin və  serotonin hormonlarının istehsalına təsir edir. Nəticədə yuxu problemləri, yorğunluq, motivasiyanın azalması kimi problemlər müşahidə olunur.

Mövsümi dəyişikliklərdən daha az təsirlənmək üçün yuxu rejiminə əməl etmək,  balanslı qidalanmaq və immun sistemini güclü saxlamaq lazımdır.

Keyfiyyətli yuxunu necə təmin edə bilərik?

- Hər gecə eyni vaxtda yatın və səhər eyni vaxtda oyanın.

- Gün ərzində 20 dəqiqədən çox yatmayın.

-Axşam saatlarında kofein qəbulunu məhdudlaşdırın.

- Yatmazdan əvvəl siqaret çəkməyin və spirtli içki qəbul etməyin.

- Çarpayıda yemək yeməyin, kitab oxumayın, telefon və ya kompüterdən istifadə etməyin.

-Yataq otağının uyğun temperaturda, səssiz və qaranlıq olmasına diqqət yetirin.

- Yuxudan oyananda pərdələri açın.

-Şam yeməyinizi yatmazdan azı  3-4 saat əvvəl yeyin.

İdeal yuxu üçün mühit necə olmalıdır?

Yataq otağının uyğun temperaturda,sәssiz  və qaranlıq olması böyük әhәmiyyәt kәsb edir. Otaq temperaturunun 20 dərəcə olmasına diqqət yetirin. Otaq temperaturunun həddindən artıq yüksək olması yuxudan oyanmaya və dərin yuxuya getməyə mane olur. Beləliklə yuxunun keyfiyyəti azalır.

Otaq temperaturu 12 dərəcədən aşağı olduqda yuxu keyfiyyəti pisləşir. Yuxuya təkcə otaq temperaturu deyil, bədən istiliyi də təsir edir. Buna görə də yatmazdan əvvəl isti su ilə vanna qəbul etmək bədən istiliyini artırır, yuxuya getməyi çətinləşdirir.

Mavi işıq yuxu keyfiyyətini pisləşdirir

"Yataq otağında elektromaqnit dalğaları yayan cihazların olması melatonin hormonunun ifrazına mәnfi təsir göstərir. Mavi işıq yuxusuzluğa, yuxu-oyanma ritmimizin pozulmasına və yuxu keyfiyyətinin azalmasına səbəb olur.

Xüsusilə, mavi işıq yayan ağıllı telefon, planşet və kompüterlərin istifadəsi yatmazdan 2 saat əvvəl dayandırılmalı və zehin yuxuya hazır olmalıdır. Yatarkən televizora baxmaq və kitab oxumaq da yuxuya getməyi çətinləşdirə bilər.



Әlaqәli Xәbәrlәr