Kosmosda istehsal edilәn süni tor qişası korluğu müalicә edә bilәr
Beynəlxalq Kosmik Stansiyada aparılan araşdırma süni tor qişaların mikroqravitasiya mühitində istehsalının daha təsirli olduğunu ortaya qoydu.
Hәyatın maraqlı anları_10_2022
Beynəlxalq Kosmik Stansiyada aparılan araşdırma süni tor qişaların mikroqravitasiya mühitində istehsalının daha təsirli olduğunu ortaya qoydu. Aparılan araşdırma korluğun əsas səbəblərindən bəzilərinin müalicəsi üçün ümid mənbəyi ola bilər.
Bu günkü proqramımızda kosmosda istehsal edilən tor qişasının korluğu müalicə edə biləcəyindən bəhs edəcəyik.
İşıq gözə daxil olduqdan sonra orqanın arxasındakı nazik təbəqə olan tor qişasına keçir və burada fotoreseptorlar adlanan işığa həssas hüceyrələr onu elektrik siqnallarına çevirir. Daha sonra həmin siqnallar beyinə göndərilir. Bәzi göz xəstəlikləri fotoreseptorları zədələyir, bu da görmə problemlərinə və hətta korluğa səbəb olur.
Milyonlarla insana təsir edən bu problemin məlum müalicəsi yoxdur. Ancaq kosmosda bununla bağlı maraqlı layihələr var.
Mərkəzi Konnektikutda yerləşən ''LambdaVision'' şirkәti süni tor qişası yaratmaq üçün "bakteriorhodopsin" adlı işıqla aktivləşdirilmiş zülaldan istifadə edir. Bu tor qişalarının zədələnmiş fotoreseptorları dolduraraq torlu qişa degenerasiyası olan insanlarda görmə qabiliyyətini bərpa etmək üçün tədqiqatlar aparılır. Süni torlu qişaların hər birində 200 protein təbəqəsi var. Bu təbəqələr nə qədər hamar olarsa, implant bir o qədər yaxşı işləyir, lakin istehsal zamanı yarana bilәcәk hәr hansı problem qüsurlara səbəb ola bilər.
''LambdaVision'' şirkəti peyklərdəki mikroqravitasiya mühitinin daha yaxşı məhsul təmin edəcəyinə ümid edərək, kosmosda öz süni tor qişalarının hazırlanmasının mümkünlüyünü araşdırmaq qərarına gəlib.
Şirkət sınaqlar aparmaq üçün lazım olan bütün avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş CubeLabs-dan birini istifadə edib. 'LambdaVision'' sınağı hәyata keçirmәk üçün isә ‘‘Space Tango’’ şirkәti ilә әmәkdaşlıq edir.
NASA-nın 5 milyon dollarlıq kommersiyalaşdırma qrantı ilə dəstəklənən ilk CubeLab 2018-ci ildə Beynəlxalq Kosmik Stansiyasına (ISS) göndərilib. Bu çәrçivәdә dörd sınaq da keçirilib.
Beşinci CubeLab cihazı artıq dünyaya qayıdıb. ‘‘LambdaVision’’ şirkәtinin mәlumatına görә, cihazın içərisində olan 200 qatlı tor qişası dünyada süni şәkildә yaradılan tor qişalardan daha hamardır.
Hər bir mikroqravitasiya sınağı ‘‘LambdaVision’’ şirkәtinә Amerika Birlәşmiş Ştatlarının Әrqaz vә Dәrman Administrasiyasının (FDA) 2023-cü ilin sonuna qədər süni tor qişaları ilә әlaqәdar istehsal standartlarına cavab vermәsinә kömәk etdi. Bu çәrçivәdә Beynәlxalq Kosmik Stansiyasına daha üç CubeLeb cihazının göndәrilmәsi planlaşdırılır.
‘‘LambaVision’’ şirkәti 2024-cü ilə qədər retina distrofiyası xәstәliyindәn әziyyәt çәkәn xəstələrin iştirakı ilə sınaqlar keçirmәyi nәzәrdә tutur.
Bu sınaqlar uğurlu olarsa, yaşa bağlı makula degenerasiyasını müalicə etmək üçün sınaqlar davam edəcək.