Həddindən artıqmı qablaşdırırıq?

Bu günkü proqramımızda qablaşdırmada davamlılıq mәsәlәsini qiymәtlәndirәcәyik.

1894848
Həddindən artıqmı qablaşdırırıq?

Hәyatın maraqlı anları_09_2022

Bu günkü proqramımızda qablaşdırmada davamlılıq mәsәlәsini qiymәtlәndirәcәyik.

İstehlak artdıqca qablaşdırma da artır. Qablaşdırmanın davamlılığını təmin etmək üçün müxtəlif variantlar gündəmdədir. Bəs, qablaşdırmada davamlılıq necə təmin edilir, hansı alternativlər müzakirə olunur?

İstehlakçıya çatan məhsulların əksəriyyəti qablaşdırma ilə qorunur. Məhsulun keyfiyyətinin və standartının qorunub saxlanmasında qablaşdırmanın böyük əhəmiyyəti var. Amma daha çox qablaşdırma istehsalı daha çox xammal və tullantı deməkdir. Beləliklə, qablaşdırma sənayesində davamlılığı təmin etməyin yolları axtarılır.

Qablaşdırmanın davamlılığını təmin etmək üçün zəruri olan üç məqam təkrar emal, resurslardan səmərəli istifadə və xammalın dəyişdirilməsidir.

Qablaşdırmada istifadə olunan kağızın təxminən 90 faizi və plastiklərin 95 faizi təkrar emal olunma potensialına malikdir.

Türkiyə dünyanın 16-cı, Avropanın isə 6-cı ən böyük qablaşdırma sənayesinə malik ölkədir.

Məhsulların lazım olduğundan daha böyük paketlərdə təqdim edilməsi kimi təcrübələr xammal sərfini artırır. Davamlılıq üçün minimalist yanaşma nümayiş etdirməyin zəruriliyindən danışılır.

Qablaşdırmada istifadə olunan materialların dəyişdirilməsi davamlılığın təmin edilməsində başqa bir addımdır.

Dünyada hansı alternativlərdən danışılır?

Mövcud qablaşdırma üsullarına alternativ ola biləcək bir çox variant var. Onlardan biri lazer sistemi ilə kəsilmiş etiketlərdir. CBS News-da yayımlanan hesabatda meyvə və tərəvəzlərə yapışdırılan plastik etiketlərdən çıxış yolu kimi lazer sistemi ilə kəsilmiş etiketlərindən bəhs edilir. Bu texnologiya meyvə və tərəvəzlər üzərində marka adını və izləmə məlumatını həkk etmək üçün karbon dioksid lazerindən istifadə edir. Bu gün Fransa, İspaniya və Polşada istifadə edilən texnologiya ilə bağlı araşdırmalar davam edir.

Mövcud sistemin daha səmərəli olması, alternativlərin istehsalı da gündəmdədir. Britaniyanın ''Tesco'' supermarketlər şəbəkəsi diş məcunu qablarının saxlandığı karton qutularından istifadəni aradan qaldırmaq  üçün böyük diş məcunu markaları ilə işlədiyini açıqlayıb. Brend 2021-ci ilin noyabr ayında “lazımsız” adlandırdıqları bu qutunu öz diş məcunundan  ayıraraq ildə 55 tondan çox kartona qənaət etmişdi. Hazırkı araşdırma uğurlu olarsa, ildə 680 ton kartona qənaət ediləcəyi proqnozlaşdırılır.

Alternativ qablaşdırma geniş tətbiq edilməsə də, bu tədqiqatlar gələcək üçün həyati əhəmiyyət daşıyır.



Әlaqәli Xәbәrlәr