Rahat-hülqumun yüzlərlə illik tarixә malik olduğunu bilirsinizmi?

Osmanlı dövründə saray mətbəxinin əhəmiyyətli bir parçası olan lokum yüzlərlə illik tarixә malikdir

1874995
Rahat-hülqumun yüzlərlə illik tarixә malik olduğunu bilirsinizmi?

 

  Rahat-hülqumun (Türk lokumu) yüzlərlə illik tarixә malik olduğunu bilirsinizmi?

  Osmanlı dövründə saray mətbəxinin əhəmiyyətli sirniyyatlarından biri olan rahat-hülqum yüzlərlə illik tarixә malikdir. Eramızdan əvvəl 226-652-ci illər arasında Fars İmperiyasında hökmranlıq edən Sasanilər tərəfindən tez-tez istehlak edilən 'abhisa’’ sirniyyatı rahat ul-hulkümun mәnşәyi olaraq tәxmin edilir.

  Anadolu coğrafiyasında tәxminәn 15-ci əsrdə yenidən kəşf edilən rahat ul-hulküm 17-ci əsrdə çox məşhur lәzzәtә çevrilib. Lokum 18-ci əsrdə səyahətçilər sayәsindә Avropada da çox istehlak edilәn şirniyyata çevrilib. Tələbatın artması ilə 1777-ci ildə Osmanlı İmperiyası dövründə kütləvi istehsal başlayır. Əvvəlcə bal, meyvə siropu və unun qarışdırılması ilə hazırlanan rahat ul-hulkümun tәrkibi  nişasta və rafine şəkərin kəşf edilmәsi ilә dәyişikliyә mәruz qalıb.

  Rahat-hülqum adətən türk qəhvəsi ilə istehlak olunan şirniyyatdır. Son zamanlar çay ilә dә şəkər əvəzinə istehlak edilir. Qeyd etmәliyik ki, rahat ul-hulküm peçenye arasında da doyumlu qəlyanaltı kimi dә istehlak edilir. Bu gün qoz, fındıq, püstə, darçın, qızılgül və meyvə ilə hazırlanan rahat ul-hulküm türk mətbəxinin ən lәzzәtli şirniyyatlarından biridir.



Әlaqәli Xәbәrlәr