Rәqәmsal dövrün xәstәliyi: phubbinq (cib telefonu asılılığı)

Bu günkü proqramımızın mövzusu Phubbing- cib telefonu asılılığıdır.

1877567
Rәqәmsal dövrün xәstәliyi: phubbinq (cib telefonu asılılığı)

Hәyatın maraqlı anları_04_2022

Bu günkü proqramımızın mövzusu Phubbing- cib telefonu asılılığıdır.

"Phubbing" sözü  bizim gündəlik  hәyatda istifadә etdiyimiz bir söz olmaya bilәr, ancaq bunu qәbul etmәsәk dә gündәlik hәyatımızın bir hissәsinә çevrilib. Smartfon asılılığının həyatımıza təsiri budur. Belәliklә әziz oxucularımız bu gün rәqәmsal dövrün xәstәliyi olan ‘‘Phubbing’’ haqqında danışacağıq.

Son zamanlar texnoloji asılılığı və onun növləri insanların ən böyük problemlərindən birinә çevrilib. Bu cür  problemlər ilk növbədə internet və oyun asılılığı olsa da, smartfonun inkişafı ilə daha da artıb.

‘‘Phubbing’’ sözü əsasən ətrafındakı insanlarla söhbət edərkən telefonundan istifadə edən və sizinlə danışan insanlar üçün istifadə olunur.

ABŞ-da aparılan araşdırmada iştirak edәnlәrin 98 faizinin həqiqətən belə hallarla qarşılaşdığı bildirilib. Yәni qayıqda tək olduğunuzu düşünürsünüzsə, deyilsiniz.

‘‘Phubbing’’ zamanı  TikTok ən çox ziyarət edilən sosial media platformasıdır. ‘‘Instagram’’, ‘‘Twitter’’ və ‘‘Facebook’’ da ‘‘Phubbing’’ zamanı ziyarәt edilәn internet sәhifәlәrindәndir.

Araşdırmalar göstərir ki, əllərimiz çox vaxt telefonlara gedir. Əslində, televizora baxan insanların 99 faizi də telefonları ilə vaxt keçirir.

Yuxudan oyandığımız andan yuxuya gedənə qədər cib telefonumuzla iç-içə bir həyat keçiririk. Araşdırmada iştirak edәnlәrin 86 faizi yatmazdan əvvəl, 82 faizi isə oyandıqdan dərhal sonra telefonlarını yoxlayıb.

Araşdırma bu asılılığı təəccüblü nəticələrlə ortaya qoyur. İnsanların telefona gələn bildirişi yoxlamadan gözləyә bilәcәyi  müddətinin orta hesabla 64 dəqiqə olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr