Mətbuatdan günün xülasəsi, 27 sentyabr 2022

“Haber Türk”, “Hürriyet”, “Yeni Şafak”, “Sabah” və “Star” nələrdən yazır?

1884987
Mətbuatdan günün xülasəsi, 27 sentyabr 2022

 

“Haber Türk”: Yunanıstan bizim tayımız deyil

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 26 sentyabr iclasından sonra verdiyi açıqlamada Yunanıstanın Egey dənizinə silah toplamasına qarşı “Rısmi Afina təxribatlara son qoymalıdır. Yunanıstan heç bir şəkildə bizimlə bərabər deyil. Bunun cavabını Yunanıstan hökuməti verməlidir" deyib.

“Hürriyet”: Nazir Akarın terrorla mübarizədə qətiyyəti vurğulaması

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar 26 sentyabrda verdiyi məlumatda terrorla mübarizənin böyük müvəffəqiyyətlə davam etdiyini və 24 iyul 2015-ci ildən bu yana 36.143 terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Yeni Şafak”: Çavuşoğlu “Məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir” deyib

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 26-da Yaponiyada etdiyi çıxışında bunları söyləyib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqları davam etdirir. Məqsədimiz iki ölkə başçısını bir araya gətirmək və qərarların rəhbərlər səviyyəsində qəbul edilməsinin təmin olunmasıdır”.

“Sabah”: OECD Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu yüksəldir

  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - OECD Türkiyənin 2022-ci il üçün artım proqnozunu 3,7 faizdən 5,4-ə qaldırıb.

“Star”: Türkiyə ilə əməkdaşlıq daha səmərəlidir

  Cənubi Afrika Respublikası Baş Qərargah rəisi, general Rudzani Maphvanya Türkiyə ilə əməkdaşlığı səbirsizliklə gözlədiklərini bildirərək “Türkiyə müdafiə sənayesinin imkanlarından xəbərdarıq. Bu sənaye ən keyfiyyətli platformalara malikdir”.



Әlaqәli Xәbәrlәr