Hipersonik uçuş texnologiyası

Bu günkü proqramımızın mövzusu hipersonik (sәsdәn sürәtli) uçuş texnologiyasıdır.

1876557
Hipersonik uçuş texnologiyası

Hәyatın maraqlı anları_03_2022

Bu günkü proqramımızın mövzusu hipersonik (sәsdәn sürәtli) uçuş texnologiyasıdır.

Hipersonik uçuş texnologiyası ilə İstanbuldan Nyu-Yorka 1 saat 40 dəqiqəyə getməyin mümkün olduğu proqnozlaşdırılır.

Gələcәyin tәsvir olunduğu hәr yerdә nəqliyyat çox vacibdir. Bəlkə də bu, texnoloji inkişafın ən mühüm göstəricilərindən biridir. Bizdə uçan avtomobillər və teleportasiya texnologiyaları olmasa da, nəqliyyat texnologiyaları günü-gündən inkişaf edir.

Yaxın vaxtlarda peyda olacaq yeni sərnişin təyyarələri sizi İstanbuldan Nyu-Yorka 2 saatdan az müddətdə çatdıra biləcək. Supersonik (sәsdәn sürәtli) qabiliyyәtә malik təyyarələrlə başlayan lakin yarımçıq qalan bu macəra yenidən hipersəs təyyarələri ilə başlayır.

Supersonik  təyyarə ideyası 1960-cı illərin ortalarında yarandı  və 70-ci illərdən 2003-cü ilə qədər davam etdi.

Sərnişin uçuşları 2003-cü ildə ‘‘Air France’’ və ‘‘British Airways’’in müqavilәsi sona çatdıqdan sonra dayandırıldı.

Supersonik uçuş  bir təyyarənin səs sürətindən daha sürətli hərəkət etməsi deməkdir. 18 300 metr yüksəklikdə olan təyyarə saatda 160 km-dən daha sürətli uçur.

Hazırda sərnişin daşınması üçün hazırlanan hipersəs təyyarələri səs sürətindən daha sürətli hərəkət edə bilir. Başqa sözlə desək saatda 8 min kilometrdən çox sürətlə gedə bilir.

Hazırda sərnişin təyyarəsi ilə İstanbuldan Nyu-Yorka 10 saat 40 dəqiqədə getmək mümkündür. Bu təyyarələrlə İstanbuldan Nyu-Yorka 1 saat 40 dəqiqəyə getməyin mümkün olduğu proqnozlaşdırılır.

Supersonik uçuşları yenidən həyata keçirmək istəyən NASA təyyarə istehsalçısı Lockheed Martin ilə işləyir.

ABŞ-da yerləşən təyyarə şirkəti "Boom Overture" adlı supersonik təyyarəsi ilə Concorde-nin mirasını inkişaf etdirir. Şirkətin məqsədi 100 dollara dörd saat ərzində dünyanın hər yerində olmaqdır. Lakin bu prosesin qarşısında  ciddi maneələr var.

Supersonik uçuşlarla bağlı iki əsas narahatlıq var. Bu təyyarələrin ciddi səsə və çirklənməyə səbəb olacağı proqnozlaşdırılır.

Sürətli səyahət üçün istifadə olunan yanacaq miqdarının artması bu uçuşların daha çox karbon izinə səbəb olacağı bildirilir.

Ozon təbəqəsi də bu uçuşlar nəticəsində ciddi şəkildə zədələnir. Bundan əlavə, yüksək temperatur təyyarələrin davamlılığına təhlükədir.

Səs sürətindən daha sürətli səyahət etmək  güclü ildırım kimi eşidilə bilən ''bum'' səsinə səbəb olur. Boom şirkəti də adını buradan alır.

NASA hazırda Kaliforniyada ''X-59'' təyyarəsinin səsi ilə bağlı sınaqlar keçirir.

Supersonik təyyarə ilk dəfə 2023-cü ildə uçacaq və gözlənildiyi kimi sәsә sәbәb olmayacağını sübut etməyə çalışacaq.

Hər şey yaxşı olarsa 2030-cu ilə qədər bu təyyarələr dünyanın iki ucunu bir-birinə yaxınlaşdıracaq.



Әlaqәli Xәbәrlәr