Qalata qülləsinin dünyanın ən qədim qüllələrindən biri olduğunu bilirsinizmi?

İstanbuldakı Qalata qülləsinin dünyanın ən qədim qüllələrindən biri olduğunu bilirsinizmi?

1877103
Qalata qülləsinin dünyanın ən qədim qüllələrindən biri olduğunu bilirsinizmi?

Bunları Bilirsinizmi_03_2022

 

İstanbuldakı Qalata qülləsinin dünyanın ən qədim qüllələrindən biri olduğunu bilirsinizmi?

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən və dünyanın ən qədim qüllələrindən biri olan Qalata Qülləsi də İstanbulun simvollarından biridir. Qalata qülləsi İstanbulun Beyoğlu səmtində yerləşir.

Qalata qülləsi 508-ci ildə Bizans imperatoru Yustinianın göstərişi ilə inşa edilib.

Çox sayda müharibəyə şahidlik edən və ziyan görən qüllə 1349-cu ildə genuyalılar tərəfindən yenidən inşa edilib. 1500-cü ildə baş verən zəlzələ nəticəsində zərər görüb. 1831-ci ildə qüllədə  baş verən yanğından sonra növbəti dəfə təmir işləri aparılıb.Yeri gəlmişən qeyd edək ki, Qalata qülləsində son təmir-bərpa işləri 2020-ci ildə aparılıb.

Əsrlər boyu İstanbulun siluetinə öz damğasını vuran Qalata qülləsi   mayak olaraq tikilsə də, tarix boyu zindan, rəsədxana, yanğın qülləsi kimi müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Ümumilikdə 11 mərtəbədən ibarət olan qüllənin hündürlüyü  69 metrdir.

Günümüzdə muzey olaraq fəaliyyət göstərən Qalata qülləsi  yerli və xarici turistlərin ən çox ziyarət etdiyi turistik məkanlardan biridir.



Әlaqәli Xәbәrlәr