Türkiye-Yunanıstan əlaqələrində S-300 gərginliyi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın "Türkiye-Yunanıstan əlaqələrində S-300 gərginliyi" başlıqlı yazısı

1877473
Türkiye-Yunanıstan əlaqələrində S-300 gərginliyi

Hәftәnin Analizi_2_2022

Türkiye-Yunanıstan münasibətləri bir çox problemlərlə birlikdə enişli-yoxuşlu gərginlik dövrünü yaşayır. Bu gərginlik daha çox Yunanıstan tərəfinin maksimalist siyasətləri və təxribatları, Türkiyenin bu siyasətləri qəbul etmədiyini diplomatik və hərbi olaraq nümayiş etdirməsi və təxribatlara eyni və ya artıqlaması ilə cavab verməsindən ibarətdir. İlk baxışdan bir sıra qarşılıqlı sərt bəyanatlar kimi görünsə də, böhran fonunda həm tarixi, həm də geosiyasi fikir ayrılıqları var. Münasibətlər bir müddət gərgin olsa da, gərginlik dərinləşməmiş bitmişdi. Lakin avqustun 23-də Yunanıstanın Türkiye döyüş təyyarələrini S-300 zenit-raket kompleksi ilə narahat etməsilə iki ölkə arasındakı böhran yeni bir istiqamətə üz tutdu.
Nə üçün S-300 zenit-raket sistemləri sualına cavab axtarmaq lazımdırsa bir neçə məsələnin ön plana çıxdığı görünür. Bunlardan birincisi hər iki ölkənin seçki prosesinə daxil olmasıdır. Yaxın zamanda Yunanıstanda növbədənkənar seçkilər keçiriləcək. Türkiye seçkilər yaxınlaşdıqca Yunanıstanın daxili siyasətində bir nömrəli gündəmə çevrilir. 2023-cü ildə isə Türkiyedə seçkilər olacaq. Yunanıstan Türkiye seçkiləri üçün çox önəmli olmasa da, mövcud gərginlik seçkilərdə mühüm müzakirə mövzusuna çevrilə bilər. İkinci səbəb isə Yunanıstanla Türkiye arasında hərbi güc fərqinin son illərdə Yunanıstana qarşı artmasıdır. Türkiyenin müdafiə sənayesində əldə etdiyi mühüm irəliləyişlər qarşısında Yunanıstan uzun müddətdir ki, özünü dezavantajlı hiss edir. Türkiyenin bu tutumla sahədə əhəmiyyətli üstünlüklər əldə etməsi, Yunanıstanın isə cavab verə bilməməsi və gecikməsi onlar üçün əhəmiyyətli bir maneə olaraq qəbul edilir. Türkiyenin xüsusilə pilotsuz uçuş aparatları (PUA) sahəsində əldə etdiyi üstünlük Yunanıstan üzərində təzyiq yaradır və narahat edir.
Yunanıstanın əsas məqsədi Türkiyeni mövcud münaqişələrə görə təhrik etmək və Avropanı öz tərəfinə çəkmək kimi önə çıxır. Bu nöqtədə Türkiyenin Yunanıstanın təxribatlarına sərt cavab verməsi gözlənilir və bu reaksiyanı Avropaya daşıyaraq Türkiye əleyhinə açıqlama vermək hədəflənir. Bu yanaşma uzun müddətdir ki, Yunanıstanın Türkiyeyə qarşı xarici siyasətinin əsasını təşkil edir. Xüsusilə Ukrayna müharibəsi ilə Afina rəhbərliyi Türkiyenin artan geosiyasi əhəmiyyətindən narahat görünür. Türkiyenin Orta Şərqdə yeni normallaşma siyasəti də Afinanı narahat edib. Çünki Türkiyenin Orta Şərq ölkələri ilə gərgin münasibətləri Afinanı rahatlatdı və Türkiyenin Aralıq dənizi qazı məsələsindən kənarda qalmasına gətirib çıxardı. Ancaq Türkiyenin normallaşma siyasəti ilə bu prosesi dəyişməsi Afinanı yenidən Türkiye əleyhinə mövqeyə isbtiqamətləndirdi. Digər tərəfdən, Yunanıstan Türkiyenin artan hərbi gücünü bəhanə edərək həm Egey adalarını silahlandırmağa çalışır, həm də Fransa və ABŞ kimi ölkələrlə silahlanma müqavilələri imzalayaraq silah üçün xərclədiyi pulu Türkiyeni bəhanə edərək daxildə qanuniləşdirir.  Bu vəziyyət həm daxili siyasətdə borc bataqlığında olan hökumətin əlini gücləndirir, həm də ABŞ, Fransa kimi ölkələri asan şəkildə qane etməkdə razı salır.

Digər səbəb isə Yunanıstanın Türkiyenin Şərqi Aralıq dənizində təbii qaz kəşfiyyatı aparmasından narahat olmasıdır. "Əbdülhəmit Han” adlı gəmisi ilə enerji kəşfiyyatında lider ölkələrdən birinə çevrilən Türkiye Afinada narahatlığın əsas səbəbidir. Ona görə də rəsmi Afina gərginliyi artıraraq Türkiyeni təbii qaz kəşfiyyatında tək buraxmaq niyyətindədir. İndi də yunan lobbisi bütün gücünü bu məsələyə cəmləyib.
S-300 zenit-raket sistemləri ilə bağlı gərginlik iki ölkə arasında münasibətlərin bundan sonra gərgin dövrə girəcəyini göstərir. Əslində prezident Ərdoğanın S-300 ilə bağlı çox sərt açıqlaması da buna işarədir. Təbii ki, hələlik Yunanıstanla Türkiye arasında silahlı qarşıdurma və ya müharibə ehtimalı o qədər də güclü görünmür. Ancaq Yunanıstanın gərginliyi artırma tərzi dəyişərsə və Türkiyenin buna reaksiyası daha sərt olarsa, o zaman iki ölkə arasında münasibətlərin siyasi və diplomatik gərginlikdən kənara çıxa çıxa biləcəyini söyləmək olar.



Әlaqәli Xәbәrlәr