Eymәn əz-Zəvahirinin zәrәrsizlәşdirilmәsi

Әziz dinlәyicilәr SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın mәsәlә ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1866574
Eymәn əz-Zəvahirinin zәrәrsizlәşdirilmәsi

Keçәn hәftә gündәmi zәbt edәn mövzulardan biri Әfqanıstanın paytaxtı Kabildә Әl-Qaidә lideri Zәvahirinin zәrәrsizlәşdirilmәsi olub. Mәsәlә ABŞ-ın qlobal terrora qarşı elan etdiyi müharibә vә 11 sentyabr hadisәsi ilә әlaqәlәndirilib. Qeyd etmәliyik ki, mәsәlә arxa planda yaşanan olaylarla birlikdә qiymәtlәndirilmәlidir.

Zəvahiriyə edilən hücumun təşkilata zərbə vurduğuna dair fərziyyə çaşdırıcı ola bilər. Dini baxımdan etibarlılıq qazanan ideologiyaları intellektual infrastrukturu ilə birlikdə nəzərdən keçirmək lazımdır. Zərkavi, Laden, Bağdadi və ya Qureyşinin öldürülməsi ilə dindən qidalanan terrora son qoymaq mümkün olmayıb. Belə olan halda Zəvahirinin “məhv edilməsi” fәrqli nәticә göstәrmәyәcәk. Əl-Qaidənin sentyabrın 11-dә törәtdiyi hücumdan sonra özünü arxa plana çəkәrәk intellektual yayılma strategiyası izləməsi diqqət çәkir. Bu çәrçivәdә dəstəkləyən, istiqamətləndirən və idarə edən bir anlayışla müxtəlif radikal meylləri uzlaşdıra bilir. Belәliklә Әl-Qaidә özünü leqal tәşkilat statusuna çatdırmaq istәyir.

Əl-Qaidənin gələcəyi ilə bağlı bir neçə faktor var. Onlardan biri də lider mövqeyinә gәlәcәk növbəti şəxsin izlәyәcәyi yoldur.

Təşkilatın hərbi əməliyyatlarına rəhbərlik etmiş vә bir zamanlar Misir xüsusi təyinatlılarının tәrkibindә döyüşmüş  Seyf əl Ədlın adı həm tədqiqatçılar, həm amerikalı rәsmilәr, həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarında növbəti lider kimi keçir.  Digər ad isə BMT-nin hesabatında üçüncü yerdə olan, Zəvahirinin kürəkəni, “Əl-Qaidə”nin Əfqanıstan-Pakistan əmiri və Əbdürrəhman əl-Məqribi kimi tanınan əl-Səhab media orqanının direktoru Məhəmməd Abbataydır.

Digər faktor  isә Talibandır. Hərəkatın Əfqanıstandakı digər qruplaşmaları nәzarәt altında saxladığı bildirilir. Eymәn əz-Zəvahirinin əksinə yeni liderin Talibanla üz-üzə gəlmə ehtimalı da var.

Bu ehtimalın reallaşması isә yeni liderin  Eymən əz-Zəvahirinin qisasını almaq üçün amerikalılara qarşı şiddətli və sürətli reaksiyaya səbəb olacaq hәrbi siyasәtәmi yoxsa mövcudluğunu Әfqanıstan-Pakistan bölgәsindә daha tәhlükәsiz şәraitdә keçirmәyәmi üstünlük verәcәyi ilә birbaşa bağlıdır.

 



Әlaqәli Xәbәrlәr