Rәcәb Tayyib Әrdoğanın taxıl dәhlizi ilә bağlı göstәrdiyi sәylәr
SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

Türkiyә prezidenti Rәcәb Tayyib Ərdoğanın israrlı səyləri nәticәsindә iyulun 22-dә İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında “Taxıl Dəhlizi Sazişi” imzalanıb. Türkiyənin ev sahibliyindә imzalanan taxıl sazişi sayəsində qlobal әrqaz təhlükəsizliyi kontekstində mühüm addım atılıb.
2022-ci ilin 24 fevralında Rusiya ilә Ukrayna arasında başlayan müharibә sәbәbindәn Ukrayna limanındakı yük gәmilәri yola düşә bilmәyib. Rusiya Odessa şәhәri başda olmaqla Ukrayna limanlarını mühasirәyә alıb. Bu sәbәbdәn qlobal әrqaz tәhlükәsizliyi ciddi tәhlükә ilә üzlәşib vә Ukrayna limanlarında gözləyən milyonlarla ton taxılı ixrac etmәk mümkün olmayıb. Bu vәziyyәt ərzaq məhsullarının qiymətlərinin sürətlə artmasına sәbәb olub vә yoxsul ölkələrin ərzaq təhlükəsizliyinə birbaşa tәsir edib.
Türkiyə Prezidenti Rәcәb Tayyib Ərdoğan bu çәrçivәdә diplomatik sәylәrini davam etdirib vә Ukrayna ilə Rusiyanı Türkiyənin ev sahibliyindә bir araya gətirərək taxıl dəhlizinin yaradılması üçün mübarizə aparıb. Türkiyә prezidentinin sәylәri nәticәsindә taxıl sazişi әldә olunub.
Yeri gәlmişkәn qeyd edәk ki, iyulun 22-dә Ukrayna limanlarındakı taxılın daşınması sazişinin imza mәrasimi baş tutub. İmza mәrasimindә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş dә iştirak ediblәr. Sazişә әsasәn, aylardır Odessa limanında gözlәyәn ilk gәmi yola düşüb. Taxıl daşımaları İstanbuldakı Birgə Koordinasiya Mərkəzi və Türkiyənin müvafiq rәsmilәrinin nəzarəti altında davam edəcək.
Müharibədən əvvəl Ukraynadan ildə təxminən 50 milyon ton taxıl, arpa, günəbaxan, qarğıdalı və digər ərzaq məhsulları ixrac edilirdi. Sazişin həyata keçirilməsi ilə ilin sonuna qədər azı 30 milyon ton məhsulun daşınması nәzәrdә tutulur. Әldә olunan saziş ilə artıq qlobal ərzaq qiymətlərində kəskin ucuzlaşmalar başlayıb. Beləliklə, yüz milyonlarla insan qidaya daha təhlükəsiz və daha ucuz çıxış əldə edəcək.
Әldә olunan saziş Türkiyə və Prezident Rәcәb Tayyib Ərdoğan üçün böyük diplomatik və siyasi zəfər, bəşəriyyət üçün isә böyük nailiyyətdir. Prezident Rәcәb Tayyib Ərdoğan göstәrdiyi sәylәrә görә Nobel Sülh Mükafatına layiq görülmәlidir.