İstanbulda imzalanan taxıl sazişi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın mәsәlә ilә bağlı qәlәmә aldığı mәqalәsini tәqdim edirik.

1860830
İstanbulda imzalanan taxıl sazişi

Türkiyәnin İstanbul şәhәrindә imzalanan taxıl sazişi ilә Rusiya vә Ukrayna arasındakı müharibә yenidәn gündәmә gәlib. 2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibәsi sәbәbindәn Ukrayna anbarlarındakı 20 milyon ton taxılı ixrac edә bilmәyib. Yeni biçin mövsümünün başlanmasına baxmayaraq, anbarlarda məhsul üçün yerin olmaması ərzaq məhsullarının istehsalını çətinləşdirir. Minalar və döyüş gəmiləri səbəbindən taxıl mәhsullarını dəniz yolu ilə ixrac edə bilmәyәn Ukrayna alternativ ticarət yollarına yönәlmәyә başlayıb. Lakin lazımi infrastrukturun olmaması və müharibənin davam etməsi müxtəlif tədarük yollarından istifadәni çәtinlәşdirir. Taxıl ehtiyacını daha çox Ukraynadan qarşılayan ölkələr arasında yer alan Eritreya, Somali, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Oman, İsrail, Tunis, Efiopiya, Yəmən və Keniya prosesdən ən çox təsirlənən ölkələrdir. Ukraynanın qlobal ərzaq istehsalındakı payını nəzərə alsaq, ölkədən kənd təsərrüfatı məhsulları tədarük edənlərin qısa müddətdə başqa ölkədən idxalı çətinləşir. Çünki koronavirus epidemiyası, enerji və ərzaq böhranları səbəbindən qiymətləri bahalaşan kənd təsərrüfatı məhsullarının qısa müddətdə tədarük edilməsi mümkün deyil. Bu səbəbdən də Ukrayna taxıl dəhlizinin açılması böyük әhәmiyyәt kәsb edir. Dəhlizin fәal şәkildә fәaliyyәtә başlaması kәnd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşmәsinә sәbәb ola bilәr. Qәrbi Afrika vә Afrika ölkәlәri mövcud prosesdәn әn çox faydalanacaq ölkәlәr arasındadır.

Müharibə nəticəsində yaranan ərzaq qiymәtlәrindәki balanssızlığı aradan qaldırmaq üçün yaradılması  planlaşdırılan ərzaq dəhlizi ilә  anbarlardakı taxılın dünya bazarlarına çatdırılması hədəflәnir. Ukrayna taxılının dünya bazarlarına çatdırılması ərzaq qiymətlərindəki balanssızlığı aradan qaldıra bilər. Rusiya və Ukrayna ilə dialoq kanallarını açıq saxlayan Türkiyə müharibә başlayandan bәri diplomatik yolla sülh mühitini bərpa etməyə çalışır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və təcrid siyasəti səbəbindən müharibənin yaratdığı problemlərin həll edilmәsi  üçün diplomatiya masası qura biləcək ölkələrin sayı məhduddur. Türkiyənin müharibənin ilk günündәn etibarәn  yürütdüyü xarici siyasәt taxıl dәhlizinin yaradılmasına öz töhfәsini verib.  Rusiyanın kənd təsərrüfatı obyektlərinə və infrastruktura etdiyi  hücumlara son qoyması böyük əhəmiyyət kəsb edir. Rusiyanın hücumlarını davam etdirmәsi yaxud ukraynalı fermerlərin məhsullarını ələ keçirilməsi növbəti istehsal dövründə Ukraynada istehsalın azalmasına sәbәb ola bilәr, hәmçinin razılaşmanın uğurlu şәkildә hәyata keçirilmәsini mәhdudlaşdıra bilәr.



Әlaqәli Xәbәrlәr