Bitkilərlə arıqlamağın yolları

Kökəlmənin qarşısını almaq üçün istifadə ediləsi bitkilər və təbii üsullarla arıqlamağın yolları.

1859289
Bitkilərlə arıqlamağın yolları

Bitki çaylarını içərək maddələr mübadiləsini sürətləndirmək və ya Bitki yağlarını yağlı nahiyələrə çəkərək yağ yandırma prosesini asanlaşdırmaq və nəticədə arıqlamaq mümkündür.

Maddələr mübadiləsinin sürətlənməsinə və araqlamağa kömək edən bir çox bitki çayı var. Lakin ən təsirli olanları bunlardır:

1-Yaşıl çay

Yaşıl çay arıqlamağa kömək edən ən yaxşı bitkidir. Tərkibindəki antioksidantlar sayəsində maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Araşdırmalar nəticəsində yaşıl çayın xüsusilə artıq çəkili insanlar üzərində daha çox təsiri olduğu müəyyən edilib. Ancaq ondan istifadə edərkən diqqətli olmaq lazımdır. Yaşıl çayda bir fincan qəhvənin yarısı qədər kofein var. Bu səbəbdən ürək döyüntüsü olanların yaşıl çay istehlakında çox diqqətli olmaları tövsiyə olunur. Hamilə qadınlar və süd verən anaların yaşıl çaş içməmələri məsləhətdir.

2-Darçın çayı

Darçın çayı termogenik təsirə malikdir. Bir çox müalicəvi xüsusiyyəti olan darçın çayı bədən istiliyini artırır və maddələr mübadiləsinin sürətlə işləməsini təmin edir. Darçın çayının digər bir xüsusiyyəti də bədənin qan şəkərini tarazlaşdırmaq, iştahı boğmaq və xolesterolu nəzarətdə saxlamaqdır. Bağırsaqları aktivləşdirmək üçün darçın çayını sadə və ya digər bitki çaylarına əlavə edərək dəmləyib içmək və ya süd ilə qatığa əlavə edərək istehlak etmək məsləhətdir.

3) Cəfəri

Cəfərinin zəiflədici xüsusiyyətləri hər kəsə məlumdur. Həzmi asanlaşdıran cəfəri çayı orqanizmdə ödemi aradan qaldırmağa kömək edir. Çəfəri çayı orqanizmin su tutmasına da mane olur. Lakin hamilə və süd verən qadınların içməsi tövsiyə olunmur. Cəfəri çayı 1 stəkan qaynadılmış suya 2 çay qaşığı xırda doğranmış cəfəri əlavə edilib və 3-4 dəqiqə dəmləndikdən sonra içilir. İstiyən limon və ya bal əlavə edə bilir.

4) Yerba Mate Çayı

Artıq çəkidən xilas olmağa kömək edən çaylardan biri də yerba mate çayıdır. Tərkibindəki “matein” komponenti sayəsində maddələr mübadiləsini sürətləndirir və daha çox kalori yandırmaq üçün bədən istiliyini artırır. Araşdırmalara görə yerba mate çayı içənlərin içməyənlərlə müqayisədə daha tez arıqladığı müəyyənləşdirilib. Yerba meta çayının bəzi insanlarda ürək bulanması, qusma, başgicəllənmə və ürək döyünməsi kimi yan təsirlərə də səbəb ola biləcəyi bilinir. Yerba mate çayı hazırlayarkən ən vacib məqam suyu yarpaqlar ilə qaynatmamaqdır. Yarpaqlar 3-4 dəqiqə otaq temperaturunda qaynadılmış suya əlavə edilmili və 2-3 dəqiqə dəmləndikdən sonra içilməlidir. İstiyən süt əlavə edərək də içə bilər.

5) rozmarin

Quş dili olaraq da bilinən rozmarin arıqlamaq istəyən insanlar üçün ideal vasitədir. Yüksək miqdarda vitamin A, vitamini C, vitamin B6, vitamin B1, vitamin B9, maqnezium, kalsium, mis və dəmir minerallarına sahib olduğu üçün həzm problemini aradan qaldırır. Miqren, ağız və boğaz yaralarını sağaldır. Və bədən çəkisini aşağı salır.

6) vəzəri

Səhər yeməyində bir və ya iki çimdik vəzəri istehlak etmək arıqlamağa kömək edər.

7) Gicitkən

Gicitkən ödəmi artıraraq bədəni yağ yandırmağa hazırlar.

8) Zəncəfil

Zəncəfil çayı əksər insanların arıqlamaq üçün istifadə etdikləri bitki çayları arasında yer alır. Zəncəfil çayının ən önəmli xüsusiyyətlərindən biri mədəni sakitləşdirmək və həzmi asanlaşdırmaqdır. Zəncəfil çayı maddələr mübadiləsini sürətləndirməklə yanaşı, psixologiyanın daim yaxşı olmasına kömək edər. Sidikqovucu xüsusiyyətə malik olduğu üçün ödəmi azaldır. Çay kimi dəmləyib və ya limon ilə birlikdə suya əlavə edərək istehlak etmək olar.

9) Kəklikotu

Məlumunuzdur ki, arıqlama prosesi ilk növbədə ödemi aradan qaldırmaqla başlar və sonra yağ yandırma ilə davam edər. Kəklikotu da bu iki xüsusiyyətə sahibdir. Bu səbəbdən araqlamaq üçün ədviyyat kimi salatlara əlavə edərək və ya çay kimi dəmlələyərək istehlak etmək məsləhətdir.

10) Mərzə

Mərzə yağın yanma prosesini sürətləndirdiyi üçün limon ilə birlikdə suya əlavə edilərək və ya çay kimi dəmləyərək istehlak edilə bilir.

11) Nanə

Xalq təbabətində ən çox istifadə edilən bitkilər arasında yer alan nanə arıqlamaq istəyənlərin ən çox istifadə etdikləri məşhur bitki çayları arasındadır. Həzmi artırmaq, iştahı azaltmaq və stressi aşağı salmaq xüsusiyyətlərinə malik olan nanə tünd qoxusu sayəsində toxluq hissi yaradır.

12) Gilas sapı

Gilas sapı maddələr mübadiləsini sürətləndirmə xüsusiyyətinə malikdir. Bu səbəbdən arıqlamaq üçün çayını dəmləyib içmək məsləhətdir.

13) Razyana və Erika yarpaqları

14) mixək çayı

Mixək çayını hazırlamaq üçün, qaynar suya 2 ədəd mixək atılır və bir-iki dəqiqə dəmləndikdən sonra 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edilərək istehlak edilir.

15) Limon çayı

Limon vitamin C və mineralla zəngin meyvədir. Həzmsizliyin qarşısını almaq, hərarəti aşağı salmaq, dəri sağlamlığını qorumaq, yanıqları sağaltmaq və qanaxmanı dayandırmaq üçün istifadə olunan liman arıqlamaq üçün də faydalıdır.

16) Ağ çay

Arıqlamağa kömək edən bitki çaylarından biri də ağ çaydır. “International Obezite” jurnalında yayımlanan bir məqalədə ağ çayın tərkibindəki polifenol və kofeinin arıqlamağa kömək etdiyi öz əksini tapıb. Aparılan başqa bir araşdırma ilə də ağ çayın tərkibindəki polifenolların yağ hüceyrəsinin meydana gəlməsinə mane olduğu müəyyənləşdirilib. Ancaq hamilə qadınların və süd verən anaların ağ çay istehlak etmələri məsləhət deyil.

Naharda 2 stəkan ağ çay içərək yağ yığılmasının qarşısı alına bilər.



Әlaqәli Xәbәrlәr