NATO-nun yeni strateji konsepsiyası

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın mәsәlә ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1853886
NATO-nun yeni strateji konsepsiyası

NATO Soyuq Müharibədən sonra cəmi 4 strateji konsepsiya yayımladı. Birinci konsepsiya  1991-ci ildə sovet irsindən sonra yeni regional və beynəlxalq geosiyasi reallığa əsaslanırdı. İkinci  1999-cu ildə elan edilmiş strateji konsepsiya idi. Bu konsepsiyanın mənbəyi Avropanın yanında baş verən Balkan böhranı və onun yaratdığı təhlükəsizlik dinamikası idi. Üçüncü strateji konsepsiya 2010-cu ildə elan edilib. Bu konsepsiya asimmetrik və qeyri-ənənəvi təhdidlərə diqqət yetirirdi. Bu kontekstdə yeni təhlükəsizlik yanaşmasının əsasını terrorizm və kiberməkana qarşı mübarizə mövzuları təşkil edib. 2022-ci ildә  regional və qlobal miqyasda gözlənilməz və qeyri-müəyyənliyi dərinləşdirən son dərəcə sürətli və transformativ proseslәrin  şahidi olduq. Bunlardan ən çox diqqəti çəkən və uzunmüddətli strateji  təsirlərə malik olanı 2011-ci ildə başlayan Ərəb Baharı idi. Ərəb baharı yalnız NATO-nun cənub bölgəsindəki dövlətləri zəiflətmədi eyni zamanda  qiyam, miqrasiya, terrorizm, ərzaq təhlükəsizliyi kimi bir çox kövrək problemlәri  ortaya çıxardı. Bunun tәsiri Şimali Afrika, Sәhra, Balkan ölkәlәri vә Yәmәndә müşahidә olundu. Eyni zamanda, Rusiya vә Çin kimi müxtəlif aktorların da mövqelərini gücləndirdiklərinin şahidi olduq.

Digər mühüm məsələ isә  Rusiyanın  NATO-nun ənənəvi qarşıdurma məkanını təmsil edən məsələlərdə öz gücünü bərpa etməyə cəhd göstərmәsi idi. Bu vəziyyət Gürcüstandan sonra Krımın ilhaqı kimi strateji bir problem olaraq ortaya çıxdı. Digər tərəfdən, ABŞ və Çin arasındakı rəqabətin yaratdığı yeni beynəlxalq vәziyyәt  NATO üzәrindә yeni təzyiq yaratdı. Bundan başqa, pandemiya, iqlim dəyişikliyi, nüvə silahlanması, ballistik raket texnologiyası, kiberhücumlar, qeyri-dövlət aktorlarının imkanları, dağıdıcı texnologiyaların inkişafı və onların istifadə sahələrinin yayılması kimi məsələlərin daha çox yer tutması NATO-nun strateji konsepsiyanın dәyişdirilmәsinә zәmin yaratdı.

NATO-nun 2022-ci ildә yayımlanan  dördüncü və ən son strateji konsepsiyası həm ənənəvi təhlükə qavrayışını, həm də asimmetrik təhdidləri birlikdə idarə edən hibrid yanaşmanı təmsil edən ideyaya əsaslanır. Bu çərçivədə NATO-nun üç əsas missiyası yəni “müdafiə və çəkindirmə”, “böhranların qarşısının alınması və idarə edilməsi” və “təhlükəsizlik” yanaşması əvvəlkinә görә daha effektiv, çevik və funksional mexanizmə çevrilәcәk. 2022-ci ilin strateji konsepsiyasının  yeni geosiyasi mübarizənin başlanğıcını tәmsil etdiyini ifadә edә bilәrik.



Әlaqәli Xәbәrlәr