NATO sammiti

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın mәsәlә ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1850451
NATO sammiti

İyunun 29-da Madriddə keçirilən liderlər sammitində NATO yeni strateji konsepsiyasını qəbul edib. Əvvəlki strateji konsepsiya ilə müqayisədə təhlükəsizliklә bağlı ciddi dəyişiklik  edilib vә bu  NATO-nun yeni strateji konsepsiyasını kökündən dəyişdirib. Bu çәrçivәdә 2010-cu ildә qәbul edilәn sənəddə Avro-Atlantik bölgəsindәki sülh mühitinin  Rusiyanın hücumu  səbəbindәn pozulduğu və alyansa üzv bir ölkənin  gәlәcәkdә hәdәfә çevrilmә ehtimalının gözardı edilmәyәcәyi ifadә edilib. Əvvəlki sənəddə Rusiya tərəfdaşlığında nüvə silahlarının azaldılması, silahlara nəzarət müqavilələri və tərksilah kimi məsələlər mühüm yer tutsa da, yeni sənəddə bu səylərin Rusiyanın atdığı addımlara  görә azaldığı  və strateji sabitliyә mәnfi tәsir göstәrdiyi vurğulanıb. Digər tərəfdən, əvvəlki sənəddә yer almamasına baxmayaraq İran və Şimali Koreyanın  nüvə və ballistik proqramlarını inkişaf etdirməyə davam etdiklәri, Suriya, Şimali Koreya və Rusiyanın qeyri-dövlət silahlı qüvvələri ilə birlikdə kimyəvi silahdan istifadə etdiyi bildirilir. Yeni strateji konsepsiyada NATO-nun əsas missiyaları qorunub saxlanılıb. Bu çәrçivәdә  alyansın üç əsas missiyası davam edəcək. Bu missiyalar  müdafiə, böhranın qarşısının alınması və idarə edilməsi ilə birgə təhlükəsizlikdir. Yeni sənəddə NATO-nun beşinci maddəsi olan kollektiv müdafiə çərçivəsində müdafiə imkanlarının ciddi şəkildə gücləndirilməsinin vacibliyi vurğulanır. Digər tərəfdən, nüvə silahları mövcud olduğu müddətdə NATO-nun da  nüvə ittifaqı olaraq qalacağı anlayışı davam etdirilir. Bundan əlavə, NATO-nun nüvə silahının məqsədinin sülhü qorumaq, təcavüz və hədə-qorxu aktlarının qarşısını almaq olduğu vurğulanıb, hәmçinin NATO-nun istənilən düşmən aktora qarşı addım atma  gücünə və iradəsinə malik olduğu qeyd olunub. İnkişaf edәn və dağıdıcı texnologiyaların həm fürsət, həm də risk olduğu, bu texnologiyaların münaqişənin xarakterini dəyişdirdiyi vә  daha çox  strateji əhəmiyyətә malik olduqları vurğulanıb. Bu mənada texnoloji üstünlüyün  döyüş meydanında qәlәbәnin әldә edilmәsinә daha çox təsir etdiyi müşahidә olunur. Bu çәrçivәdә  NATO-nun ölkə və kollektiv mәnada  texnoloji üstünlüyünü gücləndirəcəyi bildirilir. Digər tərəfdən, texnoloji baxımdan  kosmos və kiberməkan sahələrinə fasiləsiz çıxışın effektiv müdafiə üçün vacib olduğu ifadə edilir. NATO-nun yeni strateji konsepsiyasında Rusiyaya aid edilən rol köklü dəyişikliyə məruz qalıb. Sәnәddә Rusiyanın atdığı addımlar sәbәbindәn  əvvəlki sənəddə olduğu kimi artıq tərəfdaş statusunda ola bilmәyәcәyi bildirilir.


Etiketlәr: #NATO sammiti

Әlaqәli Xәbәrlәr