Göz sağlamlığı üçün təbii vasitələr

Gözlərimizin sağlamlığını qorumaq və görməni yaxşılaşdırılması üçün tətbiqi məsləhət görülən təbii üsullar

1845948
Göz sağlamlığı üçün təbii vasitələr

Sağlıq Olsun-43-2022

Gözlərin sağlamlığını qorumaqda düzgün və balanslı qidalanma mühüm rol oynayır. Belə ki, bir sıra vitaminlərlə zəngin qidaları mütəmadi istehlak etməklə göz xəstəliklərinin inkişaf riskini azaltmaq mümkündür. Bulanıq görməyə səbəb olan katarakt, qlaukoma, quru göz sindromu, hemeralopiya və ya el arasında “toyuq korluğu” kimi xəstəliklərə qarşı yüksək vitamin dəyəri olan qidaların istehlakı olduqca faydalıdır. Beləcə başa düşürük ki, bir sıra sadə tədbirlər ilə gözümüzdə yarana biləcək ciddi problemlərin qarşısını almağımız mümkündür.

Göz sağlamlığını qorumaq üçün istehlakı tövsiyə olunan qidalar:

Aruqula, çuğundur, ispanaq, portağal, çovdar və buğda kimi tünd yaşıl yarpaqlı bitkilər, sitrus meyvələri, taxıl, sink baxımından zəngin olan lobya, noxud, qırmızı ət və quş əti, gözü işığın zərərlərindən qorurkən, tərkibində A vitamini olan yerkökü, ispanaq, şirin kartof, kahı, kəvər soğanı və cəfəri kimi bitki qidaları, tuna, qızılbalıq, keçi südü, inək südü, yumurta və qaraciyər kimi heyvan mənşəli qidalar da görmə kəskinliyini qorur.

Sarı ləkə xəstəliyinin qarşısını almaq üçün də kök, şalgam, yumurta sarısı və brokkoli kimi qidalar müntəzəm istehlak edilməlidir.

Daha yaxşı görmək üçün məsləhətlər:

• Tərkibində “Beta karotin” olan yerkök və yerkökü suyu, şirin kartof, balqabaq, portağal və portağal suyu, qovun, manqo, ərik, kələm, ispanaq, qırmızı bolqar bibəri, Brüssel kələmi və balıq yağı,

• C vitamini baxımından zəngin sitrus meyvələri və onların şirələri, albalı, moruq, çiyələk, qaragilə, kivi, brokkoli, yaşıl və qırmızı bibər, gül kələm və kələm.

• Tərkibində vitamin E olan buğda rüşeymləri, badam və badam yağı, püstə və yerfıstığı yağı, günəbaxan toxumu, kətan toxumu, avokado və yumurta,

• Lutein və zeaksantin ehtiva edən ispanaq, çuğundur, bulaq otu, şalğam, yaşıl noxud, qarğıdalı, kahı, brokkoli, balqabaq, yerkökü, Brüssel kələmi,

• Sink və selen tərkibli püstə, balqabaq toxumu, noxud, fermentləşdirilmiş qidalar və dəniz məhsulları kimi qidalar istehlak edilməlidir.

*Makiyaj materialların son istifadə tarixlərinə diqqət yetirilməli

Bakteriyalar maye və ya qaymaqlı materiallarda asanlıqla çoxalır. Bu səbəbdən göz sağlamlığını qorumaq üçün istifadəsinə 3 ay əvvəl başlanan maye makiyaj materiallardan istifadə etməmək məsləhətdir.

Hələ göz infeksiyası keçirdikdə bütün makiyaj materialları atılmalı və kirpik kənarının daxili hissəsinə göz layneri və qələmi çəkməkdən imtina edilməlidir. Çünki kirpik xəttinin daxili hissəsində gözyaşı ifrazat kanalları var. Bunlarda tıxanmalara və infeksiyalara səbəb ola bilər.

Həmçinin makiyaj hər axşam gözə uyğun təmizləyicilərlə təmizlənməli və makiyaj materialları ortaq istifadə edilməməlidir.

* Bilgisayar ilə işləyən hər kəs hər 20 dəqiqədə bir gözlərini 20 saniyə ekrandan ayırmalıdır.

Bilgisayar ekranına baxmaq gözü korlamaz. Lakin yorulmasına və quramasına səbəb olar. Çünki ekrana baxarkən gözümüzü adi vaxtlardakının yarısı qədər yəni dəqiqədə 10-12 dəfə qırpırıq. Göz sağlamlığı üçün hər 20 dəqiqədən bir, 20 saniyə uzağa baxmaq, ekranı 50 sm məsafədə və yuxarı kənarını göz səviyyəsindən aşağıda saxlamaq, əks olunan işığın qarşısını almaq məsləhətdir.

* Kontakt linzalar müntəzəm təmizlənməlidir

Kontakt linzalardan istifadə edənlər, onların təmiz qalmasına etina göstərməlidilər. Əks halda göz infeksiyası riski ilə üz-üzə gələ bilərlər. Kontakt linzaları taxmadan və çıxarmazdan əvvəl əlləri sabunlu su ilə yumaq, hər gün linza qutusundakı məhlulu dəyişdirmək, linza qutusunu isə hər 2-3 ayda bir təzəsi ilə əvəz etmək, Linzaları tövsiyə olunan müddətdən artıq istifadə etməmək, onlarla yatmamaq və çıxarmazdan duş qəbul etməmək məsləhətdir.

*Yay və qış fəslində günəş eynəyi istifadə edilməlidir

Ultrabənövşəyi şüalar dəri ilə yanaşı gözlərə də zərər verir. Bu, katarakta, buynuz qişa yanıqların yaranmasına, göz qapağı xərçənginə, sarı ləkə xəstəliyinə səbəb ola bilər.

*Qoruyucu eynək istifadə edilməli

Göz zədələrinin təxminən yarısı iş yox, ev qəzaları nəticəsində yaranır. Bu səbəbdən evdə təmirat işləri aparıldıqda, təmizləyici materiallardan istifadə edərkən və xüsusilə top oynarkən qoruyucu eynək taxmaq məsləhətdir.

*Siqaret çəkməkdən imtina edilməli

Siqaretin yaşdan asılı olaraq makula degenerasiyası üçün ciddi risk təşkil etdiyi bilinir. Həmçinin katarakta əmələ gəlməsini də sürətləndirir və gözlərin qurumasına, göz damarlarında tıxanmaya səbəb olur.



Әlaqәli Xәbәrlәr