Maqnezium çatışmazlığı

Maqnezium çatışmazlığı və bu mineralın təbii qaynaqları

1842249
Maqnezium çatışmazlığı

Sağlıq olsun_42_2022

Maqnezium nədir?

Maqnezium bədənin funksiyası üçün yəni əzələ yığılması, sinir funksiyaları, sümüklərin möhkəmliyi və enerji istehsalı üçün vacib və bədəndə ən çox miqdarda olan 4-cü miniral hesab edilir. Orqanizmə yalnız qida ilə daxil ola bilir və nazik bağırsaqlardan qana sovrulur. Orqanizmdə olan maqneziumun sadəcə 1 faizi qanda, qalan hissəsi sümük, hüceyrə və toxumalarda toplanır. Orqanizmimiz üçün böyük əhəmiyyət daşıyan bu mineralın çatışmazlığı böyrək daşlarına, sancı və depressiyaya səbəb olduğu bilinir.

Maqneziumun faydaları nələrdir?

“Master mineral” kimi tanınan maqnezium bədəndəki 300-dən çox metabolik prosesdən məsuldur. Bunlardan neçəsini belə sadalaya bilərik:

•Maqnezium beyindəki kortizolu balanslaşdıran ən təsirli vitamindir.

• Bədənin daxili tarazlığını qorumaq üçün qan səviyyəsi normal qalmalıdır. Ancaq səhv qidalanmaq və bədənə qəbul edilən bəzi qidalar qan səviyyəsinin mənfi təsirlənməsinə səbəb ola bilər. Maqneziumun vəzifəsi bu tarazlığı qorumaqdır.

•Edorfin, yəni xoşbəxtlik hormonunu tarazlıqda saxlamaq üçün bədənin maqneziuma ehtiyacı var. Bu mineralın bədəndə kifayət qədər olması depressiya və narahatlıq pozğunluqlarının qarşısını alır, bədəndəki yorğunluğun və tükənmənin azalmasına, məhs elektrolit balansına töhfə verir, diş sağlamlığını qorur.

• Hüceyrələrin parçalanmasında mühüm funksiyaları vardır.

• Əzələ funksiyalarının və enerji əmələ gəlməsi mexanizmlərinin reallaşmasına kömək edir.

•Hüceyrələri alüminium, nikel, kadmium, civə və qurğuşun kimi zərərli elementlərdən qoruyur.

• Orqanizmdə kaliumun və kalsium funksiyasını artırır.

Maqneziumun təbii mənbələri nələrdir?

Maqneziumun təbii mənbələri arasında ilk növbədə İspanaq kimi yaşıl yarpaqlı tərəzvəzlər iştirak edir. Lakin fındıq, qoz, ərik qaxı, badam, qarpız, xaşxaş toxumu, aruqula, şalğam, badımcan, xurma, kəvər soğanı, kərəviz, lobya, noxud, soya, süd, qatıq, qoz-fındıq, banan, avokado, tünd yaşıl yarpaqlı tərəvəzlər, şokolad, günəbaxan, küncüt, kambalalar balığı, taxıl, zəngin mineral su, maqnezium baxımından zəngin  təbii  mənbələr hesab edilirlər.

Ancaq bunlardan metabolizmimizin gündəlik maqnezium ehtiyacını ən çox təmin edənləri bunlardır:

1. Tünd şokolad

Tərkibinin ən azı 70 faizi kakao olan tünd şokoladın 28 qramda 64 mq maqnezium var. Bu gündəlik maqnezium ehtiyacının 16 faizini təmin edər.

2. Avokado

Bir avokadoda 58 mq maqnezium var ki, bu da metabolizmin gündəlik ehtiyacının 15 faizini təşkil edir.

3.Çərəz

Badam, qoz və anakardiya kimi çərəzlərin 28 qramında 82 miliqram maqnezium vardır ki, gündəlik ehtiyacın 20 faizini təmin edər.

4. Paxlalılar

Mərci, lobya, noxud, əkin noxud və soya kimi paxlalılar da yüksək nisbətdə maqnezium ehtiva edər.

5. Toxumlar

Günəbaxan, kətan, balqabaq və çia toxumları yüksək kalorili qidalardan bəziləridir. Xüsusilə balqabaq və ya balqabaq toxumunun 28 qramında 150 mq maqnezium var ki bu da gündəlik maqnezium ehtiyacın 37 faizini təmin edər.

6.Tam taxıllı qidalar

Buğda, qarabaşaq yarması, yulaf, arpa, quinoa maqnezium baxımından zəngin qidalar hesab edilir. 38 qram qarabaşaq yarmasının tərkibində 65 mq maqnezium var ki, bu da gündəlik maqnezium ehtiyacının 16 faizini qarşılar.

7. Banan

Banan xüsusilə yüksək kalium tərkibi ilə tanınsa da, bir ədədində gündəlik  tələbatın 9 faizini təmin edəcək  qədər, yəni  37 mq maqnezium var.

8. Yarpaqlı tünd yaşıllıqlar

İspanaq, kələm, xardal otu, turp kimi bitkilərin 100 qramında olan maqnezium gündəlik  ehtiyacın 39 faizini təmin ədər.

9. Süd, qatıq və mineral su

Maqnezium çatışmazlığı üçün süt, qatıq və mineral su istehlakı tövsiyə olunan qidalar arasında iştirak edir.

10. Yaşıl lobya və soya

Soyanın gündəlik maqnezium ehtiyacının 70%-ni qarşıladığı bilinir.

 



Әlaqәli Xәbәrlәr