Vitamin B12 çatışmazlığı

Vitamin B12 çatışmazlığının təbii yollarla qarşısını almaq

1834945
Vitamin B12 çatışmazlığı

Sağlıq Olsun_40_2022

B12 vitamini, sinir sistemi və qan hüceyrələrinin sağlamlığını təmin edir. Əzələlərə və orqanlara oksigen verir, metobalizmanı qaydasına salır. Bağırsaqlarımızdakı bakteriyalar tərəfindən istehsal olunan bu vitamin demək olar ki, qırmızı qan hüceyrələrinin yaranması üçün də böyük əhəmiyyətə malikdir. Lakin B12-nin bağırsaqlarımız tərəfindən sorulması üçün sağlam bağırsaq sisteminə sahib olmalıyıq.

B12 vitamini çatışmazlığının əlamətləri

B12 vitamini çatışmazlığının əlamətləri yeriş pozğunluğu, zəiflik, tənəffüs çatışmazlığı, xroniki yorğunluq, depressiya, narahatlıq, həzm pozğunluğu, baş gicəllənməsi, yuxululuq halı, qaraciyər böyüməsi, göz pozğunluqları, hallüsinasiya, baş ağrıları, dil infeksiyası, balans problemi, yaddaş itkisi, sinir böhranları, ürək döyüntüsü, anemiya, qulaqlarda cingilti, onurğa beyninin zədələnməsi, qəbizlik, kilo itkisi olaraq ifadə edə bilərik.

Vitamin B12 mənbəyi qidalar

-Süd və süd məhsulları:

Süd, qatıq, kefir və ya pendir kimi süd məhsulları yüksək miqdarda protein, vitamin və mineral ehtiva edir. 240 ml. yağlı süd gündəlik B12 ehtiyacımızın 18%-ni qarşılayır. Yağlı qatıq da B12-nin mühüm mənbəyidir. Tədqiqatlara görə süd və süd məhsullarındakı B12, bağırsaqlarımız tərəfindən ət, balıq və ya yumurtadaki B12-yə müqayisədə daha tez sorulur.

- Tərəvəzlər

 Mərci, çuğundur, brokoli, ispanaq, lobya, noxud, yaşıl lobya, cəfəri, soya, badam və düyü südləri yüksək səviyyədə B12 vitamini ehtiva etməsə də əlavə qidalar istifadə edilərək az da olsa B12 təmin edilə bilər.

-Göbələk

Vitamin B12 seviyyəsi ən yüksək olan yeganə bitki qöbələkdir. Elə ki, günlük bir boşqab göbələk yeyərək B12 çatışmazlığından xilas olmaq mümkündür.

-Yumurta

Yumurta B12 mənbəyi olan heyvan mənşəli qidalar arasında ilk sırada iştirak edir. İki böyük yumurta gündəlik B12 ehtiyacımızın 22%-ni və B2 ehtiyacımızın 28%-ni qarşılayır.

-Qaraciyər və böyrək

 Dana, quzu və xüsusi ilə qoyun qaraciyəri B12 vitamini baxımından qırmızı ətdən daha zəngindir.

-Balıq

 Tərkibində B12 vitamini olan qidalar arasında sardina, skumbriya, qızılbalıq, ton balığı, alabalıq və mavi balıq əhəmiyyətli yer tutur. Bu qidaların istehlakı omeqa 3 qəbulu üçün də tövsiyə olunur.

100 qram təzə ton balığı gündəlik B12 vitamin ehtiyacımızın 160%-ni qarşılarkən, konservləşdirilmiş ton balığı da əhəmiyyətli miqdarda B12 ehtiva edir.

-Qırmızı ət

 Xüsusilə dana və quzu ətində yüksək miqdarda B12 mövcutdur. Təxminən 95 qram yağsız ət istehlak edərək gündəlik B12 ehtiyacımızı təmin edə bilərik.

-Çərəz

 Fındıq, qoz və badam vitamin B12 çatışmazlığını azaldan qidalardır

-Ağ Kələm

Vitamin B12 ümumiyyətdə heyvan mənşəli qidalarda olur, lakin ağ kələmin fermentasiyası nəticəsində B12 vitamini baxımından zəngin və dadı turş olan qıcqırdılmış kələm əmələ gəlir ki, bunun istehlakı B12 ehtiyacını təmin edər. Ancaq qalxanabənzər vəz xəstəliyindən əziyyət çəkənlər kələm istehlakından imtina etməlidilər.



Әlaqәli Xәbәrlәr