Çox qütblü dünya və türk dövlətləri

“Çox qütblü dünya və türk dövlətləri” mövzusunda Bakı Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun məqaləsini təqdim edirik

1828854
Çox qütblü dünya və türk dövlətləri

 

  Rusiyanın beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüklərinin toxunulmazlığı prinsipini heçə sayaraq  Ukraynanı işğaletmə təşəbbüsündən sonra Skandinav ölkələri İsveç və Finlandiya da öz milli təhlükəszilik maraqlarını əsas götürərək Şimali Atlantika Alyansına – NATO-ya üzvlük üçün  müraciət etdilər. Adı keçən iki ölkə ABŞ-ın ənənəvi Türkiyəyə qarşı siyasəti ilə hərəkət edərək NATO-nun aparıcı hərbi qüvvələrindən olan Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid olan PKK, FETÖ kimi terror təşkilatı üzvlərini açıq şəkilldə himayə edir, hər cür dəstək verir, Türkiyənin milli müdafiyə sənayesinin inkişafını əngəlləmək məqsədiylə sanksiya tətbiq edir. Bütün bu səbəblərə görə rəsmi Ankara hər iki ölkənin NATO üzvlüyünə etiraz bildirdi.

  Hazırkı həssas geosiyasi qarşıdurmalar şəraitində dünya nizamının gələcək şəkillənməsi, yeni güc paylaşımı xətlərinin müəyyənləşdirilməsi baxımından Türkiyə böyük imkanlara malikdir, atdığı hər bir addımı dünya gündəminin ilk sıralarındadır, türk dünyasında da ortaq qüvvənin inşası və yeni dünya nizamı quruculuğunda fəal rol alıb. Xüsusilə Türkiyə və türk dünyası problemlərin tərəfi olduğu zaman indi qarşı duran  antoqanist qütbləri təmsil edən istər kollektiv Qərb, istərsə də  Rusiya ikili standartlarla hərəkət edərək, türk xalqlarını bölüb parçalayaraq, maneələr yaradaraq, milli haqlarını əllərindən almağa çalışaraq zaman-zaman birlikdə hərəkət ediblər. Ən son Suriya məsələsində də dünya ictimaiyyəti buna açıq şəkildə şahid oldu.  

  ABŞ başda olmaqla Türkiyənin NATO müttəfiqləri həvəslə Rusiya qarşısında Türkiyəni meydanda tək buraxdılar. Digər tərəfdən PKK, DAEŞ , FETÖ kimi terror təşkilatlarını dəstəkləyərək, müstəmləkə anlayışı ilə idarə etməyə, hər fürsətdə onlara sığınan zəif bir Türkiyəyə nail olmağa, müxtəlif əməliyyatlarla ölkənin iqtisadiyyatını çökdürməyə çalışdılar.  Qarabağ müharibəsi zamanı da Qərbin, Rusiyanın davranışı göründü. Ancaq Türkiyə bütün bu imperiyalist hücumları dəf edərək, milli müdafiyə sənayesini gücləndirərək Türk-İslam coğrafiyasında strateji bütövləşmə siyasəti həyata keçirərək daha əmin şəkildə yoluna davam etdi. Ukrayna-Rusiya müharibəsi də bütün tərəflər üçün Türkiyənin, enerji resurslarıyla zəngin türk dövlətlərinin əhəmiyyətini daha aydın şəkildə yenidən ortaya qoydu.    

  Bu tarixi geosiyasi həqiqətlər Türkiyə və türk dövlətlərinin tarazlaşdırılmış xarici siyasət doktrinası, insan resursları və texnoloji sərmayələri artıraraq, yalnız öz milli imkanlarına söykənərək çox qütblü bir dünyanın mərkəzi güclərindən biri olmaq zərurətini yaratdı. Azərbaycandan sonra Türkiyənin Özbəkistan və Qazaxıstan arasında da artan əməkdaşlıq xətti,  hərbi sahə də daxil olmaqla, strateji birliyin dərinləşdirilməsi bütün türk dünyasında reallıqların tarixi məsuliyyətinin dərk edildiyini, buna görə addımlar atıldığını göstərməkdədir.

  Geosiyasi mübarizələrlə bərabər “Covid-19” pandemiyasından sonra dünya iqtisadiyatında daha qabarıq şəkildə özünü büruzə verən iqtisadi böhran, iqlim dəyişikliklərinin gətirdiyi ərzaq çatışmazlığı məsələsi də türk dövlətlərinin bütün istiqamətlərdə ortaq hərəkətetmə, əməkdaşlıqları artırma, öz aralarında ticarət və paylaşımı genişləndirmə zərurətini meydana çıxarıb. Xüsusilə təhlükəszilik və daxili sabitliyin qorunması, kənar güclərin daxili siyasətə müdaxilələrinə imkan verilməməsi, kütləvi köç hadisələri kimi geosiyasi mühəndislik və oyunlara qarşı dura bilmək üçün kəşfiyyat və hərbi əməkdaşlıq sahəsində vahid konsepsiya ilə hərərkət edilməsi, müştərək  sülhməramlı qüvvələrin formalaşdırılması olduqca mühüm əhəmiyyət kəsb edən məsələ olub.  



Әlaqәli Xәbәrlәr