Qəbizlik və təbii yollarla müalicəsi

Qəbizlik problemindən xilas olmaq üçün məsləhət görülən təbii vasitələr.

1828173
Qəbizlik və təbii yollarla müalicəsi

Sağlıq Olsun_38_2022

Məlum olduğu kimi qəbizlik, bağırsaq hərəkətlərinin yavaşlaması, həftədə üç və ya daha az sərt və quru nəcis ilə xarakterizə olunan həzm problemidir. Hətta ən çox görülən həzm problemlərindən biridir. Kəskin və xroniki olaraq iki formaya malikdir ki, bir neçə həftə və ya daha uzun davam edən qəbizlik xroniki, fasilələrlə yaranıb ümumiyyətlə bir neçə gün davam edən isə Kəskin qəbizlik olaraq bilinir. Xroniki qəbizlik, əsas fizioloji problem olub olmadığı baxımından araşdırılmalıdır. Lakin Kəskin qəbizlik ən çox pəhriz, gündəlik dəyişikliklər və ya lif qəbulunun az olması ilə əlaqədardır. Ancaq hansı formada olarsa olsun, bu problemdən xilas olmaq üçün məsləhət görülən təbii üsullar və tətbiqlər mövcutdur ki, bunlardan bəziləri belədir:

• Qurudulmuş meyvələrin istifadəsinə üstünlük verilməlidir.

• Yeməkdə zeytun, zeytun yağı və kəklikotu istifadə edilməlidir.

• Həddindən artıq kofein, süd və süd məhsulları istehlak edilməməlidir.

• Kifayət qədər su və maye qidalar qəbul etməlidir.

•İdman ilə məşğul olunmalıdır.

• Qəbul edilən qidalar arasında lif əsaslı tərəvəzlər, meyvələr, paxlalılar və taxıllar olmalıdır.

• Yemək yaxşıca çeynəndikdən sonra udulmalıdır.

• Tualet ehtiyacı təxirə salınmamalıdır.

• Qəbizliyə səbəb olan qidalar istifadə edilməməlidir.

• Qəbizliyin aradan qaldırılmasına kömək edən nanə, şüyüd, itburnu, zəncəfil, alma, gicitkən, zəncirotu, exinecea və senna çayı içilməli və armud, ərik, gavalı kimi meyvələrin istehlakı artırılmalıdır.

Körpələrdə qəbizliyə nə səbəb olur?

Körpələrdə qəbizlik problemi körpənin mədəsinə və kürəyinə masaj etməklə həll edilə bilər. Körpəyə pulpalı meyvə püresi yedizdirmək və şorbalarına zeytun yağı qarışdırmaq da faydalıdır.

Körpələrdə qəbizliyin təbii yollarla müalicəsi:

Körpələrdə qəbizlik problemini aradan qaldırmaq üçün onların mədəsinə və kürəyinə masaj edilməli, pulpalı meyvə püresi yedizdirib və şorbalarına zeytun yağı əlavə edilməlidir.

Uşaqlarda qəbizliyin yaranma səbəbləri və müalicəsi:

Uşaqlarda qəbizliyin yaranmasına ən çox şəkərli qidaların qəbulu, kifayət qədər su istehlak edilməməsi, tualetə gecikmə, stress, psixoloji problemlər, çox miqdarda inək südü istehlak etmək və fastfud yemək səbəb olur.

Əslində uşaqlar hərəkətli quruluşa sahibdilər. Bu səbəbdən sağlam qidalansalar, yəni sərinləşdirici içkilər, qəhvə və qara çay kimi içkilər istehlak etməsələr asanlıqla qəbizliyin öhdəsindən gələ bilərlər.

Hamiləlik zamanı qəbizliyə səbəb nədir?

Hamiləlik zamanı qadınların üçdə ikisi və doğuşdan sonra hər üçü bağırsağın boşalmasının ləngiməsi ilə bağlı narahatçılıqdan şikayət edir. Çoxları belə halları bu dövr üçün təbii hesab edərək, bu xoşagəlməz simptomlara dözməyə çalışır. Lakin belə yanaşma həm ana üçün, həm də körpə baxımından təhlükəli olduğu üçün bağırsağın işinin pozulmasına zamanında diaqnoz qoyulmalı və müalicəyə başlanmalıdır. Ancaq hamiləlik dövründə qəbizliyi aradan qaldırmaq üçün məsləhət görülən təbii üsullar da mövcutdur.

Hamilə qadınlar qəbiz olmamaq üçün sağlam qidalanmalı və gündə ən azı 45 dəqiqə gəzməli, sıx, ancaq az yemək qəbul etməli və 2 litr su içməlidir. Evdə hazırlanmış şirələr, soyuq çaylar və ya limonad istehlakına üstünlük verməlidir. Qazlı və ya kofeinli içkilərdən imtina etməlidir.

Qəbizliyin yaranmasına mane olacaq təbii vasitələr isə bunlardır:

 Ərik

Səhərlər ac qarına bir stəkan ərik suyu və 4-5 ədəd ərik qurusunu birlikdə yesəniz, qəbizlikdən xila ola bilərsiniz.

Gavalı

Gavalının qəbizlik üçün faydalı olduğunu bilməyən yoxdur. Mövsümünə görə yaşıl və ya qırmızı gavalı istehlak etmək qəbizliyin azalmasına kömək edər.

Banan

Səhər yeməyinə bir neçə gün bananla başlamaq qəbizliyi azaldır.

Yulaf

Yulafı ilıq su ilə yumşaldaraq istehlak etmək həzmi asanlaşdırır və qəbizliyin azalmasına kömək edər.

Razyana çayı

Bağırsaq hərəkətlərini tənzimləyən razyana, qəbizlik probleminə qarşı təsirli bir vasitədir.

Ağ kələm

Qısa müddətdə qəbizlikdən xilas olmaq üçün kələm yarpaqlarını qaynadıb suyunu içmək məsləhətdir.

 Quru əncir

Qəlyanaltı və ya səhər yeməyində 4-5 ədəd quru və ya təzə əncir istehlakı bağırsaqdakı həzm problemini aradan qaldırır və tualetə daha rahat getməyə imkan verir.

 Zeytun yağı

Zeytun yağının tərkibindəki köməkçi toksinlərin qəbzlik problemini aradan qaldırdığı bilinir. Buna görə gündə 2 dəfə bir qaşıq zeytun yağı içmək məsləhətdir. Yağı birbaşa içməkdə çətinlik çəkənlər, zeytun yağı ilə bişirilmiş yeməklər seçim etməlidilər.

Armud və kəvər soğanı

Armudu qabıqlı və kəvər soğanını zeytun yağı ilə bişirib yemək qısa müddətdə qəbizliyi aradan qaldırır.

Limonlu qatıq, qəhvəli süd, buynuz ağacı və probiotik qatıqlar da qəbizlik üçün istifadə edilə bilər.



Әlaqәli Xәbәrlәr