Türkiyәnin terror tәşkilatı PKK-ya qarşı apardığı amansız mübarizә

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

1825993
Türkiyәnin terror tәşkilatı PKK-ya qarşı apardığı amansız mübarizә

Türkiyә terrora qarşı mübarizәsini qәtiyyәtlә davam etdirir.Türkiyә İraqın şimalında  ‘‘Pәncә-Kilid’’ әmәliyyatını hәyata keçirir, hәmçinin Suriyada terror tәşkilatına qarşı amansız mübarizә aparır.Ölkә daxilindә dә terror tәşkilatı PKK-ya qarşı qәtiyyәtli mübarizә davam edir. Ağrıda terror tәşkilatının 11 üzvünün zәrәrsizlәşdirilmәsi tәşkilatın Türkiyәdә zәiflәdiyini göstәrir.

Türkiyә son illәrdә terror tәşkilatına qarşı mübarizәsini güclәndirib.Hәyata keçirilәn hәrbi әmәliyyatların müsbәt nәticә verdiyi müşahidә olunur. Xüsusilә Türkiyәnin dağlıq әrazilәrindә fәaliyyәt göstәrәn tәşkilatın infrastrukturuna ağır zәrbәlәr endirilir. Türkiyә daxilindә qalan terrorçuların sayının 100-dәn az olduğu tәxmin edilir. Son olaraq Ağrı dağında 11 terrorçu zәrәrsizlәşdirilib.

Türkiyә Silahlı Qüvvәlәri İraqın Avaşin-Basyan vә Zap bölgәlәrindә terror tәşkilatına qarşı amansız mübarizә aparır. İraqın digәr bölgәlәrindә dә terror tәşkilatına  qarşı mübarizә davam edir. İraq Kürd Regional Rәhbәrliyinә sadiq olan Peşmәrgәlәr dә PKK-ya ağır zәrbәlәr endirir. İraq rәhbәrliyinә tabe olan İraq ordusu da paralel şәkildә Sincarda PKK-nın YBŞ qoluna tәzyiq göstәrәrәk bölgәdәn çıxmasını tәmin etmәyә çalışır.

Türkiyә terror tәşkilatı PKK-ya qarşı mübarizәsini Suriyada da davam etdirir. Tәmas xәttindә YPG üzvlәri hәdәf alınır. Tәşkilatın dırnaqarası liderlәri silahlı pilotsuz uçuş aparatları ilә zәrәrsizlәşdirilir. Türkiyənin Ukrayna müharibəsinin yaratdığı geosiyasi imkanlardan istifadə edərək Suriyada PYD/YPG terror təşkilatına qarşı yaxın zamanda hərtərəfli hərbi əməliyyata başlayacağını da proqnozlaşdırmaq olar.

 

 



Әlaqәli Xәbәrlәr