Ukrayna böhranı vә Orta Şәrqdәki vәziyyәt

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın mövzu ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1822719
Ukrayna böhranı vә Orta Şәrqdәki vәziyyәt

 

Rusiya ilә Ukrayna arasındakı müharibә rәsmi Vaşinqtonu olduqca mәşğul etdi. Amerika Birlәşmiş Ştatları bu sәbәbdәn Orta Şәrq ölkәlәrinin tәhlükәsizliklә bağlı problemlәrinә kifayәt qәdәr diqqәt yetirә bilmәdi.

İsrail vә bәzi  Körfәz ölkәlәri Vyanada İran ilә davam etdirilәn dolayı danışıqlarda Bayden administrasiyasının ciddi güzәştә getmәsindәn narahatdır. İranın  nüvә sazişinә  tabe olmağı qәbul edәcәyi tәqdirdә rәsmi Vaşinqtonun hәm İranın raket imkanlarını mәhdudlaşdırmaq tәlәbindәn imtina edәcәyi, hәm dә rәsmi Tehranın yerli silahlıların bölgәdәki tәsirini vә mövcudluğunu görmәzlikdәn gәlәcәyi düşünülürdü.

Nüvә sazişinin yenilәnmәsi ilә ABŞ-ın İran İnqilab Keşikçilәri Korpusunu terror siyahısından çıxarması ehtimalının Vaşınqtonda müzakirә edilmәsi adıçәkilәn ölkәlәr üçün qәbuledilmәz tәhlükәsizlik problemi olaraq qiymәtlәndirilir.

Körfəz ölkələri  xüsusən də son illərdə ABŞ-ın bu mövqeyinә görә çox  məyus olublar. Vaşinqtonun Asiya ilә bağlı yürütdüyü siyasət bölgәnin nüfuzunun azalmasından xәbәr verir.  Eyni şəkildə, Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi raket hücumlarına Bayden administrasiyasının müdaxilə etmədiyi müşahidә olunur. Bu sәbәbdәn Körfəz ölkələri  hәm hәrbi tәchizat, hәm dә ticari münasibәtlәr yaratmaq üçün bir sıra ölkә ilә vә tәbii ki, Çin vә Rusiya kimi böyük dövlәtlәrlә münasibәtlәrini şaxәlәndirmәk istәyir.

ABŞ bölgədəki ölkələrin bu siyasətindәn mәmnun olmasa da, bu günәdәk  bu vəziyyəti geri qaytarmaq üçün ciddi mövqe nümayiş etdirmәyib.

Lakin Vaşinqton administrasiyası gәlәcәkdә Körfəz, İsrail və Şimali Afrika ölkələri ilә yaxınlaşma prosesinə daxil ola bilәr.Bu proses әrzindә əsaslı regional əməkdaşlıq üçün yeni zəmin yarana bilər.

Hazırda BƏƏ, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Bəhreyn, İraq və İsrail Yaxın Şərq bölgәsindә müxtəlif görüşlərlə yeni əməkdaşlıq imkanları axtaran ölkələr sırasındadır. Türkiyә Körfәz bölgәsindә qarşılıqlı qazanmaq prinsipi ilә hәrәkәt edir. Rәsmi Ankara bu çәrçivәdә Körfәz ölkәlәri ilә energetika vә turizm sahәlәrindә  yeni tәrәfdaşlıqlar qura bilәr. Qarşıdakı günlәrdә Türkiyә Yaxın Şәrqdә yeni addımlar ata bilәr vә bu Ukrayna böhranı zamanı Türkiyənin əhəmiyyətli üstünlük əldə etməsinə şərait yarada bilər.

 



Әlaqәli Xәbәrlәr