Əllərdə çatlar, səbəbləri, çarələri

Soyuq fəsillərdə əllərdə yaranan çatların təbii yollarla müalicəsi

1774663
Əllərdə çatlar, səbəbləri, çarələri

Soyuq fəsillərdə bir çox insanda, xüsusilə qadınlarda əllərin dərisi qurumağa və çatlamağa başlayır. Əvvəl belə çatlar yalnız estetik problem yaradır. Lakin vaxtında müalicə olunmadıqda bu çatlar dərinləşir, ağrılara, məhz fərqli dəri xəstəliklərin yaranmasına səbəb olur.

Əllərdəki çatların təbii yollarla müalicəsi:

1. Dərinin nəmli qalması üçün gündə orta hesabla 2 litr su içmək məsləhət görülür. 2. Yatmadan əvvəl əllərə zeytun yağı çəkib, corab və ya əlcək geyilir. Səhər ilıq su ilə yuyulur.

3. Zeytun yağına alternativ təbii-üzvi kərə yağı istifadə etmək olar. Kərə yağının çatları yox etdiyi və əlləri yumuşutdığı ən çox ilinən reseptlərdən biridir.

4. Çay ağacının efir yağı, badam, küncüt və kokos yağının da dəriyə faydalı olduğu, çatları yox etdiyi bilinir. Bu yağlar xüsusilə soyuqdəymə və kökəlmə nəticəsində dəridə yaranan bütün çatlarda çox təsirli nəticə verir.

5. Gün ərzində əllərə nəmləndirici krem ​​çəkərək çatların qarşısı alınır. Nəmləndirici krem ​​çəkərkən xüsusilə dırnaq hissəsi unutulmamalıdır.

Soyuğun təsiri ilə quru və çatlamış əllər üçün ən yayğın istifadə edilən üzvi tərkib reseptlər isə belədir:

*Zeytun yağı və limon suyu

1 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı limon suyu qarışdırılır, hazırlanan məhlul əllərə çəkilir.

*Badam yağı və bal

Ocaqda və ya qızdırıcıda 1 xörək qaşığı badam yağı qızdırılır 1 çay qaşığı bal əlavə edildikdən sonra əllərə və dırnaqlara çəkilir.

*Avokado və Bal

Avokadonun qabığı soyulub, tumu çıxarılır və çəngəllə əzilir, üzərinə bir çay qaşığı bal əlavə edilib qarışdırıldıqdan sonra əllərə çəkilir. 30 dəqiqə gözləyib ilıq su ilə yuyulur.

*Süd və çobanyastığı

Bir stekan südə az miqdarda çobanyastığı əlavə edib qaynadıldıqdan sonra süzülən məhlul, biraz moruq toxumu və zeytun yağı qarışdırılaraq əllərə çəkilir.

*Bal və küncüt yağı

Bir çay qaşığı bal əridilib, üzərinə iki xörək qaşığı küncüt yağı, bir qaşıq badam yağı və bir qaşıq qliserin əlavə edilərək qarışdırılır. Hazırlanan məlhəm gecə yatmazdan əvvəl əllərə çəkilir.

*Qızılgül suyu

 Gül suyuna bir neçə damçı badam yağı əlavə edildikdən sonra əllər bu suya batırılır və 15 dəqiqə gözlədikdən sonra dəsmal ilə qurudulur.

* kartof, çobanyastığı və vazelin

Bir ədəd qaynadılmış kartof əzilir, üzərinə 1 çimdik çobanyastığı, 1 çay qaşığı vazelin əlavə edilərək yaxşıca qarışdırıldıqdan sonra əllərə çəkilir. Dəsmal ilə bağlanır və 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Bu resepti həftədə bir neçə dəfə tətbiq etdikdə, çatlar sağalacaq.

*Uşaq pudrası və qliserin

 Bir çay qaşığı qliserin 1 çay qaşığı uşaq pudrası ilə qarışdırılır, 1-2 damcı zeytun yağı əlavə edildikdən sonra gündə bir dəfə əllərə çəkilir.

*Qatıq və yulaf

Qatıq və yulaf qarışığına 1-2 damcı limon suyu əlavə edərək əllərə çəkilir.

*Qəhvə maskası

Türk qəhvəsi içildikdən sonra fincanın dibinə çökən qalıq əllərin yuxarı hissəsinə və dırnaqların kənarlarına çəkilir. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur.

Çatların qarşısını almaq üçün ən çox istifadə edilən reseptlərdən biri də belədir:

3 xörək qaşığı gül suyu 3 çay qaşığı badam yağı 2 çay qaşığı limon suyu 1 çay qaşığı üzvi alma sirkəsi qarışdırılır. Hazırlanan məhlul ilə əllər masaj edilir. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur.



Әlaqәli Xәbәrlәr